Bolqarıstanda ilk yerləri
Azərbaycan musiqiçiləri
tutub
Bolqarıstanda keçirilən XII musiqi festivalında Azərbaycan musiqiçiləri
Anar Seyidov I, Mustafa Mehmandarov isə II yeri qazanıb. Bunu APA-ya açıqlamasında
əməkdar artist, skripkaçı Zəhra Quliyeva deyib. Z. Quliyevanın sözlərinə
görə, Anar Seyidov onun tələbəsidir
və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Mustafa
Mehmandarov isə Bakı Musiqi Akademiyasının 10 illik
musiqi məktəbində
təhsil alır:
"Həm Anar, həm də Mustafa öz yaş kateqoriyaları arasında yer qazanıblar. Azərbaycan bu festivala ilk
dəfə qatılırdı.
15 ölkənin təmsil
olunduğu festivalda musiqiçilərimizin ifası
xüsusi hay-küyə səbəb oldu".
Festival
çərçivəsində Z. Quliyevanın solo-konserti keçirilib. Konsert proqramında Qara Qarayevin, Fikrət Əmirovun, Rauf Hacıyevin və Avropa bəstəkarlarının
əsərləri səslənib:
"Konsertdən sonra
festivalda iştirak edən musiqiçilər
mənə yaxınlaşaraq
ifa etdiyim Azərbaycan bəstəkarlarının
notlarını istədilər.
Mən də onlara əlimdə olan notları və CD-ləri təqdim etdim. Festival çərçivəsində münsiflər heyətinin
üzvlərinin ustad dərsləri də keçirilirdi. Münsiflər heyətinin üzvü olmasam da, mənim
də 11 ustad dərsim təşkil olundu. Konsertdə amerikalı dirijor
Renardo Averbaxxın rəhbərliyi və Bolqarıstan Kamera Orkestrinin müşayiəti
ilə Sevda İbrahimovanın "Dünya
bir pəncərədir"
romansını ifa etdim".
Xalq cəbhəsi.-2007.- 20 sentyabr.- S. 14.