Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin mədəniyyət turizm naziri Ərtoğrul Günayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28- Prezident sarayında Türkiyənin mədəniyyət turizm naziri Ərtoğrul Günayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev dost qardaş Azərbaycan Türkiyə xalqlarının qədim tarixi mədəni köklərə malik olduğunu qeyd edərək mədəniyyət sahəsində əlaqələrimizin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Turizm sahəsində Türkiyənin böyük təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanda da zəngin turizm potensialının olduğunu bu istiqamətdə mühüm işlərin görüldüyünü bildirdi.
Türkiyənin mədəniyyət turizm naziri Ərtoğrul Günay Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün salamlarını dövlətimizin başçısına çatdırdı. O, mədəniyyət turizm naziri kimi Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu dedi və Türkiyənin Azərbaycanla bütün sahələrdə, o cümlədən mədəniyyət turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün salamlarına görə minnətdarlığını bildirdi
onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı qonaqdan xahiş etdi.

 

Azərbaycan.- 2007.- 29 sentyabr.- S.1.