Hacızadə A.


Moskvada Müslüm Maqomayevin yubileyi keçirilib

 

Moskvada görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin yubiley gecəsi keçirilmişdir. Məşhur həmvətənimizin istedadını yüksək qiymətləndirən Moskva ictimaiyyətinin Azərbaycan diasporunun nümayəndələri onu 65 yaşının tamam olması münasibətilə təbrik etmək üçün "Krokus-Siti" toplaşmışdılar.
Respublikamızın mədəniyyət turizm naziri Əbülfəs Qarayev yubiley gecəsində Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxumuşdur. Məktubda dövlət başçımızın ən xoş arzuları ifadə olunmuşdur. Rusiya ictimaiyyəti adından Moskva vilayətinin qubernatoru B.Qromov, Rusiya Prezidenti Administrasiyasının nümayəndələri, Onkoloji Mərkəzin baş həkimi M.Davıdov, həkim Roşal Rusiyanın digər tanınmış insanları yubilyara təbriklərini çatdırmışlar.
Yubiley təşkilinin fəal iştirakçıları - Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbərləri - M.Əliyev, A.Ağalarov, E.Quliyev Rusiya Federasiyasında Heydər Əliyev Fondunun nümayəndəsi Leyla Əliyeva da mərasimdə idilər. Müğənnini təbrik etməyə Rusiyanın görkəmli incəsənət xadimləri Alla Puqaçova, İqor Krutoy, Gennadi Xazanov Lev Leşşenko da gəlmişdilər.
ÜAK-ın prezidenti Məmməd Əliyev Müslüm Maqomayevə Ümumrusiya Azərbaycanlıları Konqresi tərəfindən təsis olunmuş "M.Maqomayev adına qızıl medal"ın nümunəsini təqdim etmişdir. O demişdir ki, bu medal Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafına böyük töhfələr vermiş Rusiya Azərbaycan vətəndaşlarına təqdim olunacaqdır.
Yubiley gecəsində məşhur Rusiya Azərbaycanın tanınmış ifaçıları çıxış etmişlər.

Azərbaycan.-2007.-20 sentyabr.-S.4.