Kəngərli Q.

 

Səmərqənddə keçirilən Şərq təranələri beynəlxalq musiqi festivalında Azərbaycandan gəlmiş müğənni YUNESKO-nun xüsusi mükafatına layiq görülmüşdür

 

Səmərqənddə, bu qədim şəhərin Reqistan meydanında "Şərq təranələri" altıncı beynəlxalq musiqi festivalının təntənəli bağlanışı olmuşdur.
Festivalda dünyanın 50-dən artıq ölkəsindən gəlmiş 300 musiqiçi, muğam nəzəriyyəçiləri biliciləri iştirak etmişlər.
Avqustun 30-da qədim Reqistan meydanında festivalda qalib gəlmiş kollektivlər ayrı-ayrı ifaçılara mükafatların təqdim olunması mərasimi keçirilmiş, qaliblər Qala konsertdə iştirak etmişlər.
Bu musiqi bayramında ölkəmizi Azərbaycanın əməkdar artisti Zamiq Əliyevin rəhbərliyi ilə muğam üçlüyü təmsil etmiş, "Muğam" müsabiqəsinin qalibi Arzu Əliyeva YUNESKO-nun "Ən gənc müğənni" xüsusi mükafatına layiq görülmüşdür.
Xatırladırıq ki, 1997-ci ildə keçirilən "Şərq təranələri" birinci beynəlxalq musiqi festuivalında ölkəmizdən gəlmiş müğənni Simarə İmanova ən yüksək mükafata -"Qran pri" layiq görülmüş, sonrakı illərdə ayrı-ayrı vaxtlarda Alim Qasımov Aygün Bəylər birinci, Zabit Nəbizadə ikinci yerləri turmuşlar.

Azərbaycan.-2007.-1sentyabr.- S.6.