Qaliboğlu E.

 

Qarabağ Bülbüllərinə həsr olunmuş kitab

 

Hazırda əksər hissəsi düşmən əsarətində olan Ağdama həsr olunmuş "Ağdamım - Qibləgahım" silsilə kitablarının müəllifi, tədqiqatçı-jurnalist Surxay Əlibəyli vaxtilə məşhur musiqi ansamblları kimi tanınmış "Qarabağ bülbülləri" "Şur" ansamblları haqqında kitab üzərində işləyir. Bu barədə o, "Xalq Cəbhəsi" qəzetinə müsahibəsində bildirib: "Ağdamım-Qibləgahım" kitabının indiyə kimi 3 hissəsi çapdan çıxıb, dördüncüsünü hazırlayıram. Bu kitabların hər biri 42 çap vərəqi həcmindədir. Qarabağın tanınmış musiqi ansamblları tanınmış musiqiçiləri, xanəndələrindən bəhs edəcək kitab 45 çap vərəqi həcmində olacaq. Artıq sözügedən tamamlanmaq üzrədir".

"Ağdam musiqiçiləri" kitabında vaxtilə məşhur olan Ağdam musiqi mühiti haqqında oxucuya tam, hərtərəfli məlumat veriləcək: "Burada əsasən Ağdamın 1971-ci ildə yaradılmış "Qarabağ bülbülləri", həmçinin 50 illiyini 3 il qabaq qeyd etdiyimiz "Şur" ansamblı, üzvləri haqqında bilgi veriləcək".

Bu ansamblların keçmiş SSRİ dünya səviyyəsində uğurlarını araşdıran Surxay Əlibəyli iştirakçıların hər biri haqqında məlumatlar toplayıb. "Qarabağ bülbülləri"nin bir çox üzvünün yaş həddi ilə əlaqədar olaraq müəyyən dövrdən sonra səsinin batması ilə bağlı məqamların da kitabda yer alacağını deyən S.Əlibəyli kitabda səsi olan yeniyetmə, gələcəyin istedadları üçün bu mənada gərəkli məsləhətlərin olacağını bildirir: "Adətən oğlan uşaqları yetkinlik dövründə təbiətin onlara verdiyi səsin qorunması yollarını bilməyəndə səslərini həmişəlik itirirlər. Tək-tük adamlar olur ki, sonradan səsini bir təsadüf nəticəsində bərpa edə bilir. Bu məqsədlə səsi qorumaq üçün hansı qidalardan istifadə, necə istirahət etmək məsələlərinə qədər dəyərli məsləhətlər verilir".

Kitabda əsasən ötən yüzilin 50-ci illərindən bəri fəaliyyət göstərmiş musiqiçilər nəsli haqqında bilgilər veriləcək: "Qədir Rüstəmovdan tutmuş, Arif Babayev, Rəmiş, Aydın Məmmədov, Sədi Məmmədov, Tacir Abdullayev (Şahmalıoğlu), Cabir Abdullayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova başqaları bu ansamblların yetirmələridir. Azərbaycanda bu vaxtacan "Leyli Məcnun"da Məcnun rolunu yaratmış xanəndələrdən 8-i ağdamlıdır, hamısı da"Şur" ansamblının üzvü olublar. Ümid edirəm ki, kitab gələcəkdə Azərbaycan musiqi mədəniyyətinin tarixinin öyrənilməsində əhəmiyyətli addım olacaq. Hər halda ermənilərin Qarabağın bir hissəsini işğal etdiyi bir vaxtda Azərbaycan musiqisinin Qarabağ nəfəsini qoruyub saxlamağımız son dərəcə gərəklidir. Azərbaycan xalq mahnılarının, muğamlarının qorunmasında sözügedən ansamblların mühüm rolu olub. Qarabağ musiqisi, Qarabağ nəfəsli mahnılar bu torpaqların bizim olmasını sübut edən ən əhəmiyyətli amillərdəndir".

Kitabın işıq üzü görməsində maliyyə cəhətdən problemlərlə qarşılaşan Surxay Əlibəyli ilk növbədə ağdamlılardan kömək gözləyir: "İmkanlılar üçün bu, adi bir məbləğdir. Eləsi var, deyir, mən ümumiyyətlə, kitaba pul vermirəm. Belələrinin münasibəti mənə pis təsir edir".

 

Xalq cəbhəsi.-2007.- 25 sentyabr.-S.14.