Qədim musiqilər
və musiqi alətləri bərpa olunur
Orta əsr üç Azərbaycan bəstəkarının əsərləri
ifa ediləcək
Qədim Musiqi Alətləri ansamblı hazırda yeni layihələr üzərində
çalışır. Bu
barədə "Xalq
Cəbhəsi"nə
ansamblın bədii rəhbəri Məcnun Kərimov bildirib: "Bir sıra dövlət
tədbirlərində iştirak
etmişik. Ansambl həmişəki ardıcıllıqla
yaşayır, fəaliyyət
göstərir. Hazırda
SOROS Fondu ilə bir layihənin gerçəkləşdirilməsi üzərində çalışırıq.
15-17-ci yüzillərdə Türkiyədə yaşamış
Azərbaycan bəstəkarlarının
əsərlərinin not
yazılarını əldə
etmişik. Bu əsərlərin tapılıb
üzə çıxarılmasında
musiqi tədqiqatçısı
Sürəyya Ağayevanın
xüsusi rolu var. Sürəyya xanım bu əsərləri
Türkiyənin arxivlərindən
tapıb. O, həmçinin
Əbdülqadir Marağayi
irsinin tədqiqatçısıdır".
Tapılan əsərlərin
Azərbaycanın mənəvi
mədəniyət, musiqi
tarixinin zəngin ənənəsinin öyrənilməsində,
daha ciddi qənaətlərə gəlinməsində
əhəmiyyəti böyükdür:
"Adətən 16-18-ci yüzillərdə,
yəni Marağayidən
sonra ta Mir Möhsün Həvvaba kimi musiqi sahəsində ciddi yaradıcılıq nümunəsi ortaya qoyan sənətkarlarımızın
mövcudluğu barədə
əlimizdə ciddi, tutarlı faktlar yox idi. Bizə
elə gəlirdi ki, 16-18-ci yüzillərdə
bu sarıdan boşluq olub. Əldə edilən nümunələr əsasında
təxmin etmək olur ki, sözügedən
dövrdə
nəinki boşluq olmayıb, əksinə, istedadlı musiqiçilərimiz
olub, amma onlar daha çox
siyasi proseslərlə
bağlı Azərbaycan
hüdudlarından kənarda,
saraylarda yaşayıb,
fəaliyyət göstəriblər".
Ansamblın repertuarına daxil edilən orta yüzil milli musiqi soraqlarının
müəllifləri Həsəncan,
Murad ağa və Heydərcandır:
"3 bəstəkarın əsərləri
artıq əlimizdədir.
Təxmin etmək olur ki, bu
əsərlər ötən
yüzildə, bəlkə
ondan qabaq nota köçürülüb.
O çağa kimi isə əsərlər qədim səs yazıları ilə gəlib çatıb".
M.Kərimov bu musiqi nümunələrinin
Marağağayinin musiqilərindən
fərqli olduğunu deyir: "Amma Marağayi daha mükəmməldir, qəlizliyi
ilə diqqəti cəlb edir".
Yeni əldə edilən qədim milli musiqi soraqlarımız
təkcə ruh sarıdan deyil, həm də adlar sarıdan özümüzəməxsusluğu ilə aydınca sezilir: "Əsərlər
"Arazbarı", "Şahnazsayağı",
"Varsağı" adlanır.
Bunların həm mahnısı, həm də sözləri var.
Hər halda bu musiqilər xalqımızın yaradıcılıq
sarıdan tükənməzliyinə
sübutdur".
Bu nümunələrin sayının azlığına
gəlincə, M.Kərimov
o dövrdə indiki kimi musiqi
əsərlərinin qoruyuculuğunun
olmamasının əsas
gətirir: "Əsərlər
saray mühitində qorunub saxlanıb. Bu sənətkarlar istedadlı, şöhrətli
olublar ki, saraylara gedib çıxa biliblər".
Ansambl İstanbulda keçiriləcək "İslam
ölkələrinin mədəniyyət
həftəsi"nə
hazırlaşır. Azərbaycanı
yeganə olaraq Qədim Musiqi Alətləri ansamblı təmsil edəcək:
"Tacikistan prezidenti
İmaməli Rəhmon
şəxsən özü
ansamblı ölkəsinə
dəvət edib.
2005-ci ildə bu ölkədə olmuşuq.
Ölkəmizdə səfərdə
olarkən onun gəlişilə düzənlənən
konsert proqramında iştirak edirdik. Bizimlə görüşdü,
dedi, sizi tanıdım. Ansamblınızın
ifasında tez-tez konsert proqramlarını efirə verirlər. Oraya ötən il Musiqi Alətləri
muzeyinə kömək
məqsədilə getmişəm.
Mədəniyət naziri
ilə görüşdüm.
Tacikistanda da qədim musiqi alətlərini sayğıyla
qoruyurlar, amma orada bu sahədə
bizdəki qədər
ardıcıl inkişaf
yoxdur. Ümumiyyətlə,
xalqımızın musiqi
mədiəniyyəti çox
zəngindir. Orta əsrlərdə Azərbaycanda
60-dan çox musiqi alətindən istifadə
olunub. İ.Rəhmon bizimlə söhbətində
qədim musiqi alətlərindən bərbədin
adını çəkdi.
Dedim elə konsertimizdə səsləndirilən
uda bənzər alət bərbəd idi. Tacikistanda ən iri konsert
kompleksi Barbədin adını daşıyır.
Barbəd Sasanilər dövründə saray musiqiçisi olub, tarixi şəxsiyyətdir".
Hazırda M.Kərimov nüshə alətinin bərpası üzərində
işi başa çatdırmaq üzrədir:
"Bu alət kanon alətinə oxşayır, geniş diapazonludur, 108 simi var. Bu aləti
S.Urməvi icad edib.
Çox mürəkkəb
quruluşlu alətdir,
3-4 ildir alətin bərpası üzərində
iş gedir".
Xalq cəbhəsi.-2007.-13 sentyabr.-S.14.