Lalə
Musiqi
məktəblərinin problemləri növbəti iclasda
müzakirə olundu
Mədəniyyət
və Turizm nazirinin müvafiq göstərişlərinə
uyğun olaraq, hər il tədris öncəsi rayon
rəhbərliyi və musiqi məktəblərinin
rəhbər kollektivlərinin iştirakı ilə iclas
keçirilir.
Budəfəki iclas
sentyabrın 12-də Xırdalan mədəniyyət evində
baş tutdu. İclasda Mədəniyyət və Turizm Nazirliyi
musiqi təhsili üzrə metodiki kabinetin rəhbəri
Səid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyəti
başçısının müavini Yalçın
Fərəcov iştirak edirdi.
Giriş sözü ilə
Xırdalan rayon mədəniyyət və turizm
şöbəsinin müdiri İlham Manafov danışaraq
yeni tədris ili münasibətilə müəllim
heyətini təbrik etdi. Bildirdi ki, hər il olduğu kimi bu il
də nazirlik sistemi çərçivəsində
keçirilən iclasda musiqi məktəblərinin vəziyyəti
və yeni tədris planı müzakirə olunacaq.
İclasda 5 musiqi məktəbinin nümayəndəsi iştirak edirdi.
İlk olaraq Ceyranbatan qəsəbəsi musiqi məktəbinin direktoru Nəcibə Zeynalova danışaraq bildirdi ki, məktəbdə 12 ixtisas tədris olunur. Məktəb hər il tədbirlər planına uyğun olaraq perspektivli tədbirlər həyata keçirir.
Bütün uğurlara baxmayaraq, bir sıra problemlər də mövcuddur ki, onların icrası məktəbin səlahiyyətində deyil.
Nəcibə xanım ən böyük problem kimi, məktəb binasını misal gətirərək dedi ki, obyektin tam şəkildə ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilmə məsələsi ortaya çıxıb.
Xırdalan musiqi məktəbinin direktoru İkram Manafov da öz məktəblərinin fəaliyyətindən danışarkən qeyd etdi ki, burada 120-dən çox müəllim çalışır. Bu il 100-dən artıq uşaq 10 ixtisas üzrə təhsilini başa vurub. O, məktəbin əsaslı təmirində əməyi keçən rayon rəhbərliyinə təşəkkür etdi. Həmçinin problemlərin də mövcud olduğundan danışıb bildirdi ki, sinif otaqları çatışmır, dərslər evdə keçirilir, kollektiv daxilində də çatışmazlıqlar nəzərə çarpır, gecikmə halları, işə laqeyd münasibətlər var və s.
Mehdiabad musiqi məktəbinin direktoru Təranə Mahmudova da analoji məlumatı diqqətə çatdıraraq məlumat verdi ki, ötən tədris ilində 25 şagird məktəbi bitirib, 4 nəfər musiqi kollecinə daxil olub. Eyni zamanda rayon, respublika səviyyəsində tədbirlər həyata keçirilib.
1990-cı ildən fəaliyyət göstərən Saray incəsənət məktəbinin müdiri Murad Nuriyevin çıxışından məlum oldu ki, 2007-2008-ci ildə şagirdlərin qəbul planı tam olaraq yerinə yetirilib. Məktəbdə 9 ixtisas tədris olunur. Məktəbin şagird kollektivi nazirlik tərəfindən göndərilən əmrə əsasən respublika daxilində və ölkə xaricində keçirilən tədbirlərdə uğurla iştirak edir. Qeyd etdi ki, başqa idarə və müəssisələrdə olduğu kimi, onlarda da bir sıra nöqsanlar var. Kollektiv daxilində bir sıra işçilər müvafiq tapşırıqları yerinə yetirmir, buna görə onlar üçün müəyyən cəzalar tətbiq olunur. O, məktəbin vəziyyətindən də şikayətlənərək bildirdi ki, məktəbin nəinki səhnəsi, hətta kiçik zalı belə yoxdur. Tədbirlər icarə əsasında başqa obyektlərdə keçirilir. Məktəb məscid ilə üzbəüz yerləşdiyindən ara-sıra problemlər də yaşanır. Sonda o, yeni məktəb binasının tikilməsi üçün müraciət etdi.
Qobu incəsənət məktəbinJn
rəhbəri Azər
Qasımov bir qədər nikbin əhval-ruhiyyə ilə bildirdi ki, 2008-ci ildən Qobu Bələdiyyəsi tərəfindən bina məsələsi həll
olunacaq. Ötən ildə
məzun olan
11 şagirdin biri İncəsənət Universitetinə
daxil olub. Bu ildən rəssamlıq və
xoreoqrafiya ixtisası üzrə dərs keçilməsi də
nəzərdə
tutulub.
Bütün verilən məlumatlara cavab olaraq İlham
Manafov diqqətə çatdırdı ki,
rayon rəhbərliyi Nazirlər
Kabineti qarşısında
məsələ qaldırıb. Bir sıra
problemlərin həllinə
dair artıq cavab gəlib və o, layihə ilə artıq tanışdır.
İclasda iştirak
edən Mədəniyyət
və Turizm Nazirliyinin musiqi təhsili üzrə-metodiki
kabinetin rəhbəri
Səid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini
Yalçın Fərəcov
yeni tədris ili münasibəti ilə hamını təbrik etdilər və müəllimləri
ruh yüksəkliyi ilə işləməyə
çağırdılar.
Sonra tədris planı geniş şəkildə
müzakirə olundu.
Kino+.- 2007.- 14 sentyabr.-
S. 3.