Məşədi İbadadlı toplu çap olunub

 

Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operasının "Məşədi İbad" adlı ilk akademik klavir variantı nəşr olunub. Bu xəbəri Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru bəstəkar Sərdar Fərəcov verib. Onun sözlərinə görə, 500 tirajla nəşr olunan toplu artıq M.F.Axundov adına Milli Kitabxanaya təqdim edilib:

"Yeni dərs ilindən ımısiqi məktəblərində bu əsər tədris olunacaq. Musiqi toplusu şəhər kitabxanalarına da veriləcək. Tələbat çox olarsa, tirajın sayı artırılacaq".

S.Fərəcov bildirib ki, sentyabrın 18-də - dahi bəstəkan doğum günündə musiqi kitabının təqdimat mərasimi keçiriləcək. Həmin gün muzeydə Ü.Hacıbəyovun həyat yaradıcığını əks etdirəcək sərgi təşkil olunacaq. Mıızey direktorunun sözlərinə görə, artıq muzeyin inzibati binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir: "Üzeyir bəyin doğum günündə yeni təmirdən çıxan binada sərgi açmaq fikrindəyik. Bıından sonra muzeydə sərgi salonu da fəaliyyət göstərəcək".

 

Ayna.- 2007.- 1 sentyabr.- S. 19.