Ramiz Quliyev musiqi məktəbləri üçün kitab hazırlayıb

 

              Kitabda 25 bəstəkarın əsərləri yer alıb

 

Xalq artisti, tarzən Ramiz Quliyev yeni dərslik üzərində işləyir. Bu günlərdə hazır olacaq dərslik Təhsil Nazirliyinin sifarişi ilə musiqi məktəblərində istifadəyə veriləcək. Bu barədə "Olaylar"-a məlumat verən tarzən dərslikdə Azərbaycan bəstəkarlarının əsərlərini tar ilə fortepiano üçün işlədiyini deyib. "Azərbaycan bəstəkarlarının əsərləri" adlı kitaba 25 bəstəkarın Ü.Hacıbəyovun, F.Əmirovun, S.Hacıbəyovun, Ə.Bədəlbəylinin, S.Rüstəmovun, H.Xanməmmədovun, T.Quliyevin, A.ƏIizadənin və başqalarının əsərləri daxil edilib. Kitab bu günlərdə elmi şura tərəfindən təsdiq olunmalıdır.

 

Paritet.- 2007.- 20-21 sentyabr.- S. 12.