Sarıyeva İ.
Səsin zirvədən
gəlsin, Cavidan!
Balaca xanəndə
ilk albomunu buraxmağı planlaşdırır
Hər yoldan
ötənin gözəl səsi olmur. Amma elə insanlar var
ki, Tanrı onları səxavətlə
mükafatlandırır onlara
gözəl səs verir. Sevindiricidir ki, son illər Azərbaycanda
unikal səsə, gözəl ifa tərzinə malik
uşaqların sayı artıb. Bu uşaqların bir
çoxu sonradan xalq musiqi sənətimizin görkəmli
simalarının - Cabbar Qaryağdıoğlunun,
Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin,
Seyid Şuşinskinin irsinin davamçısına çevrilir.
Onlardan biri də 12 yaşlı Cavidan
Qəhrəmanlıdır.
Qeyd edək kt, Cavidan
Cavanşir oğlu Qəhrəmanlı 1994-cü ildə
Bakıda doğulub, 7 yaşından «Bayatı-Şiraz» oxuyur
və bu muğamla da R.Babayev adına 25 saylı musiqi
məktəbinə daxil olub. Lakin yaşı xanəndəlik sinfınə
düşmədiyinə görə, iki il tar sinfində
oxuduqdan sonra, nəhayət ki, 9 yaşında muğam
sinfinə keçib. Balaca xanəndə bir neçə musiqi
festivalında iştirak edib, diplom və fəxri fərmanla
təltif olunub. 2006-cı ildə isə «Kainat» Gənclik
Mərkəzinin keçirdiyi XI uşaq muğam
müsabiqəsinin «Qran-Pri» mükafatına layiq görülüb.
Hazırda Muğam Teatrının nəzdində
yaradılmış «Fərhad» Muğam Studiyasında və
R.Babayev adına 25 saylı musiqi məktəbində təhsil
alır.
Məlumatımıza
görə, 12 yaşı olmasına baxmayaraq, Cavidan artıq
muğam, təsnif və xalq mahnılarından ibarət ilk
albomunu buraxmaq kasset zavodu ilə danışıqlar aparıldığını
deyən K.Musazadə, diskin yaxın vaxtlarda işıq
üzü görəcəyini planlaşdırır: «Bir
şey çox maraqlıdır ki, bu gün sözünü deniş
müğənnilərin çoxu Cavidanın oxuduğu
zərb muğamlarını oxuya bilmir. Bəfkə də bu
fikrindədir. Tanınmış pedaqoq-xanəndə
Qəzənfər Abbasovun tələbəsi olan Cavidanın
albomunun prodüsseri Kəmalə Musazadənin bildirdiyinə
görə, «Cənnətim Qarabağ» (mus. Cahangir Cahangirovun,
söz. Rəfiq Zəkanındır) adlanan albom Bakı Kasset
Zavodunda buraxılacaq. Maliyyə tapsam, bu mahnıya klip film
çəkmək niyyətindəyəm».
K.Musazadə bildirdi ki,
o, Cabbar Qaryağdıoğiu haqqında «Adsız məzar»
adlı film çəkərkən, Cavidanı Cabbar əminin
uşaq vaxtı ətrafında olan uşaqlardan birinin roluna
çəkib və burada ilk dəfə onun səsinə
heyran olub.
Əslən Tərtər rayonunun Hüsənli kəndindən olan Cavidanın özü isə gələcək albomu haqqında, bir uşaq kimi, bunları deyir: «Bu alboma «Cənnətim Qarabağ» adı verilib. Çünki Bakıda doğulsam da, əslim Qarabağdan Tərtər rayonun Hüsənli kəndindəndir. Bizim kəndimiz işğal olunmayıb. Mən hər yay öz kəndimizə gedirəm. Qarabağ torpağının suyundan içib, havasından uduram. Arzum budur ki, tezliklə torpaqlarımız işğaldan azad olunsun və mən kəndimizdən də o tərəfə Ağdama, Şuşaya, Xankəndinə gedə bilim».
«Mənsuriyyə», «Qarabağ şikəstəsi», «Şahnaz», «Heyratı», «Arazbarı» kimı muğamları, «Yar bizə qonaq gələcək», «Meyvələrdən üç meyvə var», «Bulud zülflü», «Tar-kamanım gəl» «Cənnətim Qarabağ» kimi xalq mahnılarının və təsniflərin yer aldığı albomun tezliklə işıq üzü görəcəyinə inanırıq.
Cavidana isə uğurlar diləyirik!
Qoy səsi daha uca zirvələrdən böyük-böyük səhnələrdən gəlsin...
Bakı xəbər.- 2007.- 18 sentyabr.- S. 16.