Zümrüd
Səfiəddin
Urməvi və Əbdülqadir Marağayinin musiqiləri
bərpa edilib
İndiyə qədər
ən qədim alət istifadəyə verilib
XII, XIII və XIV əsrlərə
aid olan qədim mahnıları repertuarına daxil edən
Qədim Musiqi Alətləri Ansamblı bu dəfə
tariximizin daha sonrakı mərhələlərində
ərsəyə gələn musiqilərə ruh
verəcək. Mədəniyyətimizin tarixini yaşadan musiqi
ansamblı hazırda yeni laylhənin hazırlıqlarına
başlayıb. Kollektivin rəhbəri Məcnun Kərimovun
məlumatına görə, orta əsrlərdə
bəstələnən və bu günümüzə
qədər gəlib çata bilməyən musiqilərin
əksəriyyəti artıq ansamblın repertuarına daxil
edilib. Ansambl rəhbəri əlavə edib ki, həmin
musiqilər arasında daha çox musiqişünas
Səfiəddin Urməvi və Əbdülqadir Marağayi
tərəfindən yaradılan bəstələr
üstünlük təşkil edir. Eyni zamanda, Qədim Musiqi
Alətləri Ansamblının repertuarını daha
sonrakı dövrlərin musiqiləri bəzəyəcək.
M.Kərimovun sözlərinə görə, bu işdə onlara
Türkiyədə yaşayan həmyerlimiz Sürəyya
Ağayeva kömək edəcək: "Azərbaycan
bəstəkarlarının o dövrlərə aid
əsərləri Türkiyədə qorunub
saxlanıldığından həmin musiqilər
Sürəyya Ağayevanın köməyi ilə Bakıya
gətiriləcək".
Xatırladaq ki, Musiqi
Mədəniyyəti Dövlət Muzeyinin nəzdində
fəaliyyət göstərən Qədim Musiqi
Alətləri Ansamblı qədim alətlərin
bərpasını da davam etdirir. Ansamblın bədii
rəhbərinin sözlərinə görə, hazırda iki
çoxsimli musiqi aləti üzərində iş
aparılır: "Çoxdandır bərpasına
başlanan Nuşhə adlı alətin nəhayət, bu il
hazır olacağı nəzərdə tutulub. Cəng və
Qanun alətinin sintezindən icad olunan Nuşhənin
təqdimatından sonra laboratoriyada Huçni alətinin
bərpasına başlanacaq".
Qeyd edək ki, qədim
musiqi alətlərinin bərpası laboratoriyasında bu
günə qədər 10 qədim alət bərpa olunaraq,
ansamblın istifadəsinə verilib.
Səs.- 2007.- 18 sentyabr.- S. 12.