Abdulla A.

 

Bu gün Üzeyr Hacıbəyovun doğum günüdür

Hər tərəfdə heykəllər, mərmərlə süslənmiş parklar var, onlar da dəyişəcək, amma Üzeyir bəy unudulmayacaq…

Bu gün dahi bəstəkarımız Üzeyr Hacıbəyovun doğum günüdür. Amma televiziya kanallarında, mətbuatda bəstəkar haqqında geniş bilgi verilmədi. Bunun da səbəbi hazırkı iqtidar hakimiyyətinin bəstəkara göstərdiyi dırnaqarası münasibətidir. Vaxtilə Üzeyir Hacıbəyovun yaradıb ərsəyə gətirdiyi Konservatoriyadan adının götürülməsi indiyə qədər qaytarılmaması da bu münasibətdən irəli gəlir. Televiziya kanallarından bu gün Elton Conun Bakıya gəlməsi onun dahi sənətkarlığı haqqında məlumatlar sərgilənir. Üzeyir Hacıbəyov isə yada düşmür. Düşməz , çünki hər aşiqin öz oylağı var. Bizim ekranlar indi eltonların oylağıdır.
Bəstəkarın doğum günündə həmkarlarınabu gün dövlətin Üzeyir Hacıbəyova olan münasibətindən razısınızmı?” sualı ilə müraciət etdik.   

Arif Məlikov, bəstəkar:

«Üzeyirin əsərləri onun səviyyəsində yaşamır»

- Bütün Azərbaycan xalqı Üzeyir Hacıbəyovu sevir ona pərəstiş edir. Bir şəxsiyyət üçün mən bundan böyük qiymət görmürəm. Sizə xatırladacağım bu kiçik epizoddan ona xalqın sevgisinin şahidi olacaqsınız. 1948-ci il... Üzeyir bəyin vəfatı gününü yadıma salıram. Hələ Azərbaycanda, dünyanın heç bir yerində, heç bir xalq öz övladının son mənzilə belə təntənə ilə yola salındığının şahidi olmayıb. İnsanlar ağaclara, damlara çıxıb bu böyük şəxsiyyəti son mənzilə yola salırdı. Adamların göz yaşları, hıçqırtıları qədər kədərli idisə, bu izdihamın möhtəşəmliyi ondan da böyük idi. O vaxt bu mənzərədən o qədər təsirləndim ki, sonralar həmin günü qələmə alıb, məqalə yazdım. İndiyə qədər bu millətin kimisə belə təntənə ilə yola salmasının şahidi olmamışam.
Bəstəkarın adının Konservatoriyaya qaytarılmamasına gəlincə, bu arzunun reallaşması üçün çox çalışdım. Təəssüflər olsun  ki, buna gücüm çatmadı. Mən Konservatoriyanı onsuz da Üzeyir bəyin adı ilə bağlayıram hər gün işə gələndə bu məktəbin qarşısında böyük Üzeyir bəyi görürəm, duyuram. Onu duyan hər kəs, o məkandan keçən hər bir insan o dəqiqə özünü yığışdırmalıdır. Çünki Üzeyir dahidir.
Amma onu da deyim ki, bu gün Üzeyirin əsərləri onun səviyyəsində yaşamır. O «Koroğlu»nu ki Üzeyir bəy yazıb, bu gün o əsəri bizim teatrda layiq olduğu səviyyədə qoymaq mümkün deyil. Bizim teatrı elə vəziyyətə gətiriblər ki, orada Üzeyir bəyə layiq səviyyədə əsər qoyula bilməz. Üzeyir bəyi Azərbaycandan qıraqda yaşatmaq isə bu nəslin çiyninə düşüb. Çox hayıf ki, Bəstəkarlar İttifaqı da Üzeyir bəylə düşmən olub. Bəzi bəstəkarlar var, qəzetlərdə yazırlar ki, Azərbyacan mədəniyyəti Nizami, Rostropoviç Firəngiz Əlizadə ilə bağlıdır. Bax burada Üzeyir bəyə haqsızlıq olur. Ü.HacıbəyovArşın mal alanyazıb. Bu, operettadır, “Məşədi İbadmusiqili komediyadır. Amma biz Opera Teatrını Musiqli Komediya səviyyəsinə çatdırmışıq. Operada TeatrındaMəşədi İbadgedir. Belə haqsızlıqlar var Üzeyr bəyə qarşı.
Böyük musiqidə özünə yer tapa bilməyənlər qəzetlərdə özünə tərif verməklə gözə girmək, tanınmaq istəyirlər. Məgər qəzet məqaləsi ilə bəstəkara qiymət vermək olar? Bizim aramızda gəzən özünü  dünyanın bir nömrəli bəstəkarı sayan birisinin dili gəlmir ki, Üzeyir bəyə dahi desinAmma bu, həqiqətdir ki, Üzeyir Hacıbəyov Azərbaycan tarixinin əbədi dahisidir
Bu gün Müslüm Maqomayevin doğum günüdür. Onun da Azərbaycan musiqi tarixində böyük xidmətləri olub. OnunNərgizoperası çox gözəldir. Bundan əlavə, Müslüm Maqomayevin bir ziyalı kimi çox böyük xidmətləri olub.

Cavanşir Quliyev, bəstəkar:
«Azərbaycan durduqca Üzeyir bəy onun sıralarında birinci olacaq»

- Üzdə hakimiyyət özünü elə göstərir ki, guya hər yerdə Üzeyir bəyə qayğı göstərirlər. Amma Konservatoriyanın tələbələri neçə illərdir ki, dəridən-qabıqdan çıxsalar da, bəsətəkarın adını bu təhsil ocağına qaytara bilmirlər. Bu günə qədər bəstəkarın əsərlərinin tam külliyyatı çap olunmayıb.
Üzeyir şəxsiyyətinə hakimiyyətin qısqanclığına gəlincə, bunun bir neçə səbəbi ola bilər. Qeyd edim ki, o, Müsavat Partiyasının üzvü olub. ƏgərArşın mal alanəsəri olmasaydı əsər bu qədər məşhurlaşmasaydı, 37-ci ildə Hüseyn Cavidlə birgə Ü.Hacıbəyov da Sibirə sürgün ediləcəkdi, bəlkə , güllələnəcəkdi.. Çünki H.Cavidin  Müsavatla heç bir əlaqəsi olmayıb, amma Üzeyir bəy partiyanın fəal üzvü olmaqla yanaşı, M.Ə.Rəsulzadənin yaxın silahdaşı olub. Bu qısqanclıq da ondan qaynaqlanıb. Azərbaycan durduqca Üzeyir bəy onun sıralarında birinci olacaq. Öncüllərdən olacaq. Onun xalq üçün gördüyü işləri indiyə qədər heç kəs görməyib. Yaxın gələcəkdə elə bir fiqur görmürəm ki, onun yerini tutsun.

Firudin Allahverdi, bəstəkar:

«O, klassiklərdən fərqli olaraq, özünə azərbaycanlı deyən ilk fikir adamlarından biridir»

Üzeyir Hacıbəyov nəinki Azərbaycan musiqisinin, ümumiyyətlə, müsəlman xalqlarının mədəniyyət tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Onu Azərbaycan fikir tarixinin banilərindən biri saymaq olar. Çünki o, klassiklərdən fərqli olaraq, özünə azərbaycanlı deyən ilk fikir adamlarından biridir.
Üzeyir bəy 20-ci əsrin əvvələrindəki bir çox ziyalılardan fərqli olaraq, hər şeyi qara görməyib, həyata pessimist yanaşmayıb.
Onun əsərlərinə diqqət edərkən görürük ki, ən azı bir müsbət qəhrəman, yəni işıq ucu var. Ən maraqlısı diqqətəlayiq odur ki, onun müsbət qəhrəmanları əsasən gənclərdir. Kobud dillə desək, o, gənclərəstavkaedib.
Tarixin axarını dəyişmək olmaz. Bunu yalnız böyük insanlar edə bilər. Amma bu insanların adını heç ilə silmək mümkün deyil. Üzeyir bəy tarixi yaşayan yox, yaradan insanlardandır. Onun adını Bakı Musiqi Akademiyasından götürüblər. Bundan Üzeyir bəy isə itirirmi? Vaxt vardı ki, Azərbaycanın hər tərəfini Leninin heykəlləri bəzəyirdi, onlar uçdu, amma Üzeyir bəyin heykəli öz yerindədir. İndi hər tərəfdə heykəllər var, mərmər parklar var, onlar da dəyişəcək, amma Üzeyir bəy unudulmayacaq. Əlbəttə, Bakı Musiqi Akademiyasını söküb yerində sementi üç dəfə az vurulmuş bina da tikə bilərlər, onun heykəlini uçura bilərlər... Amma dünyanın dörd bir yerində Üzeyir Hacıbəyovun çap olunmuş nəzəri kitablarını necə məhv etmək olar? Bütün Şərq xalqlarının konservatoriyalarının divarlarını onun şəkilləri bəzəyir, onu necə oradan çıxara bilərlər?

Bizim yol.-2007.-18 sentyabr.-S.13.