Bakıda Milli Musiqi Günü təntənə ilə qeyd edilmişdir

 

Sentyabrın 18-də Bakıdakı Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi keçirilmişdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev tədbirin iştirakçılarını musiqi bayramı münasibətilə təbrik etdi. Üzeyir bəyin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladan nazir bildirdi ki, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq ictimai xadim olan Üzeyir Hacıbəyov peşəkar musiqi sənətimizin milli operamızın banisidir. Onun musiqisi ölkəmizin hüdudlarını aşaraq bütün dünyada sevilir maraqla dinlənilir. Təsadüfi deyildir ki, Avropanın musiqi beşiyi sayılan Vyanada Üzeyir Hacıbəyovun əsəri tamaşaya qoyulmuş, orada dahi bəstəkarın abidəsi ucaldılmışdır.
Ə.Qarayev ölkəmizdə Üzeyir Hacıbəyovun kifayət qədər ardıcılları olduğunu bildirmiş, vurğulamışdır ki, həmin sənətkarların sayəsində indi Azərbaycan musiqisi dünyanın bütün ölkələrində tanınır sevilir. Beynəlxalq musiqi festivallarında qazanılan mükafatlar bunu əyani sübut edir.
Bu günlərdə dövlətimizin başçısının sərəncamı ilə bir qrup mədəniyyət incəsənət xadiminə fəxri adların verilməsini xatırladan nazir bu etimada, diqqət qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi mərasimdə çıxış edərək Üzeyir Hacıbəyovun çoxşaxəli yaradıcılığından ətraflı danışmışlar.
Mərasimdə Ü.Hacıbəyov adına Dövlət simfonik orkestrinin, Dövlət xor kapellasının Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir.

 

Azərbaycan.-2007.-19 sentyabr.-S.6