Musiqidə xəlqilik

 

18 sentyabr Üzeyir musiqi günüdür

 

XX əsrdə maestro Niyazinin təşəbbüsü ilə hər il sentyabrın 18-i böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyovun anadan olduğu gün respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə konservatoriyanın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəyovun şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90- illərində xaos dövrünü yaşayan Azərbaycanda, xüsusilə də Bakıda bu ənənə unuduldu. Böyük bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması, həqiqətən, narahatlıq doğururdu. Unudulmaz Niyazinin təşəbbüsü 1995-ci ildə yenidən həyata vəsiqə aldı. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr - Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, xüsusilə musiqisevərlərin ürəyincə oldu.
Aşağıda Üzeyir bəyin 1939-cu ildə çap etdirdiyi bir yazını oxucuların diqqətinə çatdırırıq. Fikrimizcə, Üzeyir musiqi günündə ən dəyərli sözü yenə dahi bəstəkar özü deyə bilər.
Xalq incəsənəti, folklor stili səslər gözəllik cəhətdən tükənməz zənginliyə malikdir. Bunlarda dil çox rəngarəngdirE
İlk gözəl nəğmə rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır.
Bununla belə, xalq yalnız kompozitor deyildir; xalq eyni zamanda misilsiz tənqidçi musiqi əsərlərinin ən yaxşı "istehlakçısıdır", xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir hər çeşidli saxta gözəllikləri ideyasız dəbdəbələri amansızcasına rədd edirE
Mədəni
səviyyəli tamaşaçı-incəsənət işçilərinə xüsusilə kompozitorlara yüksək tələblər verməkdədir.
Bu tələbləri təmin etmək üçün kompozitorun nəinki ümumi musiqi kulturası sahəsində, bəlkə xalq musiqisi sahəsində ciddi musiqi məlumatı olmalıdır. O, yaradıcılıq işinə başlamazdan əvvəl özünün kompozitorluq fəaliyyətinə qədər hazır olduğunu ciddi düşüncəli surətdə yoxlamalı, sonralar məharətlə istifadə edə bilmək üçün folklorunu öyrənməlidir.
Şəxsən öz haqqımda bunu deyə bilərəm ki, mən
xalq musiqisinin əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm.
Öz işlərim məni bu qənaətə gətirmişdir ki, Azərbaycan xalq musiqisi bir sıra tarixi səbəblərə görə xüsusi bir sistemə malikdir tamamilə formalaşmış müst
əqil bir incəsənətdir.
Hazırda Azərbaycan incəsənəti ərəblərin osmanlı türklərin incəsənətindən olduqca yüksəkdə durur. Eyni zamanda Azərbaycan incəsənəti yavaş-yavaş hər cür yabançı, qondarma xüsusilə Şərq musiqisi adı verilən təsirlərdən azad olmaqdadır.
Oriyental stili məşrut götürülmüş bir stildir, kompozitorları heç bir işə bağlamayan, şablondan başqa bir şey deyildir.
Bu stil başlıca olaraq zəngin xromatizmlərdə, mübaliğə məqamında, bir növ melodik xüsusiyyətlər gözlənilən yerdə işlənilir. Azərbaycan musiqisində isə heç bir xromatizm yoxdur, bizim musiqimiz ciddi diatonik musiqidir.
Temperasiya məsələsi haqqında da bir neçə kəlmə demək lazımdır. Azərbaycan kompozitorları artıq simfonik orkestrlər, operalar başqa sahələr üçün böyük formalı musiqi əsərləri yazmağa alışmışlar. Simfonik orkestrdə temperasiya məsələsi qoyulmur. Biz bu məsələyə musiqişünaslıq nöqteyi-nəzərindən yanaşıb, ifaçılardan ümumi musiqi dilində qətiyyən olmayan intonasiyalar vermələrini tələb edə bilmərik. Buna görə mən şəxsən dünya musiqi əlifbasının Azərbaycan musiqi xüsusiyyətlərini verə bilmədiyini isbat etməyə çalışan bəzi musiqişünasların əsassız qeydlərini etinasız buraxıram.
Bu fikir tamamilə yanlışdır. Əvvəla, ona görə ki, xromatik qamma bizi tamamilə təmin edir; ikincisi budur ki, əgər Azərbaycan musiqisinin bu ya digər xüsusiyyətlərini qeyd etmək lazımdırsa, bunun üçün lazımi musiqi ədəbiyyatı vardır. Not işarələrindən başqa biz lazım olduqca ədəbi izahatın sayını artıra bilərik. Hər halda, yeni əlavə not işarələri uydurmaqdansa, ədəbiyyatı artırmaq daha asandır.
Mən Azərbaycan xalq musiqisində yarımtondan az interval olduğunu eşitməmişəm. Bizim yarımton hətta ümumi musiqi dilində qəbul edilməmiş yarımtondan bir qədər genişdir. Bizim böyük tersiyamız ilə temrire quruluşunda qəbul edilmiş tersiya arasındakı uyğunsuzluq da buradan doğur.
Tersiyalar kvarta çevrilən qədər qulağımız bir neçə tersiyanı alır. Bu məsələdə harmoniyanın tətbiq edilməsi, fortepiononun simfonik orkestrin yayılması görkəmli rol oynayır.
Azərbaycan musiqisini öyrəndikdə ondan istifadə etdikdə muğam sisteminə, Azərbaycan musiqisində olan çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir. Çalışmaq lazımdır ki, bu muğamlar öz sərbəst əhəmiyyətlərini itirməsinlər.
Mən şəxsən inanmışam ki, biz Azərbaycan muğamlı musiqisinin intensiv şəkildə işləməklə muğam incəsənətini ən yüksək səviyyəyə qaldıra bilərik. Şübhəsiz ki, bu işdə ictimaiyyətin geniş köməyi olmalıdır.
Azərbaycan xalqı bu muğamlarda major, yaxud minor köklərini axtarmaq ehtiyacı duymur, hər bir muğamın bizdə xüsusi əhəmiyyəti , özünəməxsus xüsusi koloriti vardır.
Azərbaycan musiqisində həştada qədər muğam olduğunu iddia edənlərin fikrinə zidd olaraq, mən bizim musiqimizdə öz xüsusi quruluşu olan sərbəst muğamların sayının səkkizdən artıq olmadığı fikrindəyəm, bundan başqa, əlavə muğamlar vardırsa da bunlar əsas muğamlardan ayrılmır.
Hər bir muğamın müstəqil əhəmiyyətindən danışarkən mən xalq anlayışını nəzərdə tuturam. Məsələn, "Segah" muğamı lirik-aşiqanə əhəmiyyətə malikdir. Bütün incə aşiqanə xalq nəğmələri bu muğam əsasında qurulmuşdur. Buna görə mən aşiqanə səhnələri öz operalarımda verdikdə bu muğamdan istifadə edirəm.
Musiqi boyaları ilə xalqın məzlum vəziyyətini, yaxud istismarçı siniflərin qəddarlığını ifadə etmək lazım olduqda, mən "Çahargah" muğamını işlədirəm. Bundan başqa, mərdlik, sevinc, mübarizə xarakterinə malik olan "Rast" muğamı da vardır.
Şəxsən bu fikirdəyəm ki, muğam sistemi ümumi musiqi kulturasına bir çox yeniliklər təravət gətirəcəkdir.Bu saat mən "Azərbaycan muğamlarını öyrənmək üçün rəhbər" adl
ı elmi əsərimi nəşr etdirməyə hazırlayıram. Zənnimcə, bu kitab Azərbaycan incəsənəti sahəsində çalışmaq istəyən kompozitorlara lazımi kömək edəcəkdir.
Mən "Koroğlu" operasını yazdıqda köhnə xalq yazısı çərçivələrindən bir qədər kənara çıxmışam, yəni əsərimi bir qədər sərbəst stildə yazmışam. Praktika göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə çata bilmişdir bunun səbəbi operanı yazarkən onun musiqi tekstində həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur.
Çoxsəslilik haqqında da bir neçə söz
demək lazımdır.Bu da böyük mürəkkəb bir məsələdir, çünki yenə bir sıra tarixi səbəblər nəticəsində son illərə qədər Azərbaycan musiqisində çoxsəslilik olmamışdır. İndi biz musiqimizə çoxsəslilik daxil edirik. Çoxsəslilik kulturasını inkişaf etdirmək üçün kontrapunktun tətbiq edilməsi Azərbaycan musiqisində harmoniyadan daha artıq böyük rol oynayır, çünki kontrapunkt ifaçını majora, yaxud minora məcbur edir.
Xalq musiqisini öyrənmək işinin çox böyük əhəmiyyəti vardır bu məsələ konservatoriyanın əsas dissiplinalarından biri olmalıdır.
Lakin Azərbaycan Dövlət Konservatoriyasında bu dissiplinadan nədənsə dərs keçilmir; bu da bir sıra cavan kompozitorların işində öz təsirini göstərir, onların musiqi əsərləri çox zaman abstrakt ya subyektiv xarakter daşıyır.
Son zamanlarda bizim gənc kompozitorlarımız musiqidə xəlqiliyin böyük əhəmiyyəti olduğunu anlamağa başlamışlar, onların bir çox zəngin olan folklor sahəsini diqqətlə öyrənir; bu işlər bizi tamamilə möhkəm surətdə inandırır ki, yaxın illərdə Azərbaycan musiqisi daha da parlaq bir çiçəklənmə mərhələsinə girəcək, bizim böyük sosialist vətənimizin fəxri olacaq bir səviyyəyə yüksələcəkdir.

 

Azərbaycan.-2007.-18 sentyabr.-S.7.