Kamal Y.
Son baharın min bir büsat qurduğu bu gözəl zamanda gündən-günə gözəlləşən Ağcabədi
çal-çağırlı,
toylu-büsatlı, xoş avazlı bir musiqi dünyasını
xatırladır. Sentyabr
ayı bu yerlər daha çox qonaqlı-qaralı olur. Hər yerdən Üzeyir bəy ocağına Milli musiqi gününü qeyd etməyə qonaqlar gəlir.
Neçə min çiçək dərib
Gəzdi sənət bağını.
Qibləgaha döndərib
Yurdumun torpağını.
Kərəm oldu, Sənan
oldu
Üzeyir,
Min havalı kaman oldu
Üzeyir.
Bəli, Ağcabədidə
Milli musiqi gününün, dahi bəstəkar Ü. Hacıbəyovun
anadan olmasının
122-ci ildönümünün daha da təmtəraqlı,
daha da gözəl
keçirilməsi üçün
rayon ictimaiyyəti, ziyalılar,
bütün musiqisevərlər,rayon
Mədəniyyət və
Turizim şöbəsinin
bu nəcib təşəbbüsünə qoşulmuşlar. Ayın əvvəlindən
başlayaraq rayonun bütün mədəni-maarif
müəssisələrində, musiqi məktəblərində
Milli musiqi günü qeyd olunmaqda davam edir.
Sentyabr ayının 18-də Ağcabədidə
hamı bayram əhval-ruhiyyəsində idi.
"Sənsiz"in qəlbləri göynədən,
könülləri riqqətə
gətirən sədaları
dalğa-dalğa ətrafa
yayılır. Böyük Üzeyir
bəy harayı ulu Şeyx Nizaminin
ruhuna qovuşur.
Şəhərin M.Rəsulzadə küçəsi ilə böyük bir izdiham Ü.Hacıbəyovun
adını daşıyan
Ağcabədi şəhər
İncəsənət məktəbinə
doğru irəliləyir.
Məktəbin qarşısında dahi bəstəkarın abidəsi önünə
əklillər və gül-çiçək dəstələri
qoyulur. Ağcabədi rayon Mədəniyyət və Turizim şöbəsinin müdiri
Rza Quliyev tədbiri açaraq musiqisevərləri təbrik
edib, qonaqları salamlayır. Üzeyir
Hacıbəyov adına
şəhər İncəsənət
məktəbinin direktoru
Sevda Malışova,
rayon Mədəniyyət evinin
direktoru şair Yusif Kamal, Tarix-diyarşünaslıq
muzeyinin direktoru Elmira Adıgözəlova, müəllimə
Vüsalə Zeynalova çıxış edərək
Üzeyir bəyin həmişəyaşarlığını təsdiq edən ölməz əsərlərindən
söz açdılar.
Şəhər İncəsənət
məktəbinin müəllimi
və şagirdlərdən
ibarət orkestrin ifasında bəstəkarların
"Koroğlu" operasının
uvertürasının sədalarının
sehrinə düşən
şənlik iştirakçıları
bir-birinin ardınca Üzeyir Hacıbəyovun
"Leyli və Məcnun", "O olmasın,
bu olsun", "Arşın mal alan" dünyasına da heyran kəsildilər. "Qara göz",
"Sevgili canan",
"Sənsiz", "Cəngi"
qəlbləri riqqətə
gətirdi. Qəmbər
Qəhrəmanovun, Fazil
Heydərovun, Arzu Abbasovun, Hicran Məmmədovanın maraqlı
çıxışları tamaşaçıları günün
təsiri altında saxlamağa əminlik yaratdı.
Tədbirin sonunda Ağcabədi
Rayon İcra Hakimiyyətinin
başçısının müavini Əbülfət
Tapdıqov çıxış
edərək Milli musiqi günü münasibəti ilə Üzeyirsevərləri təbrik
etdi. O, tədbir
iştirakçılarına bildirdi ki, Ağcabədi
RİH başçısı Şahin Məmmədovun təşəbbüsü ilə
şəhərimizin mərkəzində
yerləşən park Ü.Hacıbəyovun
adını daşıyacaq.
Hazırda parkda yenidənqurma
işləri aparılır
və burada böyük bəstəkara
abidə ucaldılacaq.
Azərbaycan.-2007.-26
sentyabr.-S.6.