Qarabağlı S.
Üzeyir bəy Hacıbəyovun
yaşadığı ünvanlar
Böyük mütəfəkkir, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun həyat və yaradıcılığı
ilə yaxından tanış olmaq istəyənlər xalqının
qüruru olan sevimli sənətkarımız
haqqında yazılan hər bir yeni
məlumatı hədsiz
maraqla qarşılayırlar. Dahi bəstəkarın harada və hansı ünvanlarda yaşaması
da Ü.Hacıbəyov
pərəstişkarlarını düşündürən məsələlərdəndir.
Elə buna görə də sənət dühamızın
olduğu evlərin ünvanlarını araşdırmaq
qərarına gəldik.
Bu işdə isə Üzeyir bəyin böyük bacısı Sayad xanımın oğlu Camal Paşayevin məlumatları bizə yardımçı oldu.
Saf, bulaq kimi çağlayan musiqisi, dəyərli əsərləri ilə Azərbaycanı dünyada
tanıdan XX əsrin böyük dühası Üzeyir bəy Hacıbəyovun həyatı
çox kəşməkeşli
olmuşdur. Yolları
heç də həmişə rəvan olmayan bu məğrur,
əyilməz və səbirli insan millətinin tərəqqisi
üçün bütün
çətinliklərə sinə gərmişdir. Uşaq vaxtından qədim, gözəl Şuşa şəhərində
"Çölqala" məhəlləsində
yaşayarkən ailəsinə
yardımçı olmağa
çalışmışdır. Zəhmətə qatlaşan
Üzeyir kitab yazmağa başlamışdır.
Əski əlifba ilə o, nağıllar,
hekayələr yazmış,
onlara illüstrasiyalar
çəkmiş və
kitab şəklində
cildləmişdir. İlk
qələm məhsuluna
"Kitabi-məzhəkə"
adı vermişdir. Hər gün 13 yaşlı Üzeyir bəy 3 belə kitab hazırlayar, dostları isə onu 15 qəpiyə həmyaşıdlarına satardılar.
Kitablardan əldə olunan 45 qəpiyi anası Şirin xanıma verər, beləliklə də ailəsinə maddi yardım göstərərdi.
14 yaşında ikən
- 1899-cu ildə Ü.Hacıbəyov
Gürcüstana gedir və Qori Müəllimlər
Seminariyasına daxil olur. Orada oxuyarkən
də yaradıcılıq
həvəsi onu tərk etmir. Özünün ilk "Dəllək" adlı mənzum felyetonunu yazır və Tiflisdə çıxan
"Şərqi-rus"
qəzetində dərc
etdirir. Xalq mahnılarını nota salır.
Seminariyanı bitirdikdən
sonra 1904-cü ildə
onu dərs demək üçün Qarabağ mahalının Hadrud kəndinə müəllim təyin edirlər. Burada bir il rus dili, hesab,
tarix və musiqidən - nəğmədən
dərs deyən Üzeyir bəy Hacıbəyov 1905-ci ildə
erməni -müsəlman
davası başlayanda
təcili olaraq kənddən çıxarılır
və Bakıya göndərilir.
1905-ci ildən etibarən
Üzeyir bəy Bakıda yaşamağa
və işləməyə
başlayır. Əvvəlcə
müəllim kimi fəaliyyət göstərir,
Bayıldakı Bibi-Heybət məktəbində
(indiki 51 saylı orta məktəbdə) neft mədənlərində
çalışan fəhlələrin
uşaqlarına dərs
deyir.
Üzeyir Hacıbəyov
millətinin balalarını maarifləndirmək üçün bütün
çətinliklərə qatlaşırdı. Nəqliyyat
olmadığından şəhərdən
Bayıla qədər
Bu illərdə Ü. Hacıbəyov
Bakıda Poçtovaya
- Ostrovski - Süleyman
Tağızadə küçəsində,
Persidskaya, Poluxin - Murtuza Muxtarov və Spasskaya - Qasım İsmayılov - Zərgərpalan küçələrinin
arasında yaşayırdı.
1907-ci ildə "Leyli
və Məcnun" operası üzərində
işləyərkən Bazarnaya
- Hüsü Hacıyev
küçəsində (Nijne-Priyutskaya
- Kamo - Süleyman Rəhimov ilə Verxne Priyutskaya - Ketsxoveli - Şamil Əzizbəyov küçələrinin
arasında ) kirayədə qalırdı.
Üzeyir bəy Şərqin ilk operasını 1908-ci ildə
"İslamiyyə" mehmanxanasında
(indiki Süleyman Tağıyev küçəsindəki
6 saylı uşaq musiqi məktəbinin yerləşdiyi bina) tamamlamışdır.
1909-cu ildə "Şeyx
Sənan" operasını, "Ər və arvad" operettasını
yazan bəstəkar Spasskaya - Qasım İsmayılov - Zərgərpalan
küçəsində yaşayırdı.
1910-cu ildə "Rüstəm
və Söhrab" operasını, "O olmasın,
bu olsun" operettasını Üzeyir
bəy Nijne Çemberekenskaya - Lermontov
küçəsində kirayədə
olarkən yazmışdır.
1911-ci ildə 2 ev
dəyişərək əvvəlcə Serkovnaya - Vidadi küçəsi ilə Nijne Tazepir - Mirzə Fətəli küçələrinin tinindəki
evdə, sonra isə 3-cü Paralelni - Əbilov küçəsində
yaşamışdır. 1912-ci ildə isə Şemaxinskaya - Cəfər
Cabbarlı və
3-cü Paralelni - Əbilov
küçəsinin tinindəki
evdə özünün
"Şah Abbas və Xurşidbanu",
"Əsli və
Kərəm" operalarını
yazmışdır. Elə
o ildə də ali təhsil
almaq üçün
əvvəlcə Moskvaya,
sonra isə 1913-cü
ildə Sankt-Peterburq şəhərinə gedərək
imtahanları müvəffəqiyyətlə
verib, Rimski Korsakov adına Sankt-Peterburq Konservatoriyasına
qəbul olunur. Burada Ü.Hacıbəyov
Yekaterin kanalı (Yekaterinski kanal) ev ¹ 126, mənzil 77-də yaşamış və dünya şöhrətli "Arşın
mal alan" operettasını yazmışdır.
Bakıya qayıtdıqdan sonra düz 27 il, 1915-ci ildən 1942-ci ilə qədər Verxni Priyutskaya- Ketsxoveli - Şamil Əzizbəyov küçəsi
¹ 67-də ömür
sürmüş, bir çox musiqi əsərlərini, o cümlədən yaradıcılığının
zirvəsini təşkil
edən "Koroğlu"
operasını bu evdə yazmışdır. Hazırda
Ü.Hacıbəyovun ev-muzeyi
burada yerləşir.
Xalq şairimiz Qabil "Royal" şerində belə yazırdı:
Bakı. Ketsxoveli küçəsi.
Bu mülk.
Bu mülkü sehirli orqan
sanardım.
Uşaq aləminin marağı böyük,
Orqan çalınardı,
mən dayanardım.
Köhnə bir küçədə kiçik
bir
bina...
Dəyib
toxunulmaz bülbül
yuvası,
Burda "Koroğlu"nu verdi
cahana
Böyük Üzeyirin
böyük dühası.
1942-ci ildə "Monolit"
adlanan bina hazır olduqdan sonra böyük sənətkara orada (Hüsü Hacıyev küçəsi ¹1, mənzil
45), dördüncü mərtəbədə
6 otaq vermişdilər.
Bu evdə Üzeyir bəy Hacıbəyov müxtəlif
musiqi əsərləri
ilə yanaşı,
"Azərbaycan xalq musiqisinin əsasları"
adlı elmi əsərini tamamlayaraq nəşr etdirmişdir. Burada cəmi 6 il yaşayan dahi bəstəkar, publisist, dramaturq, pedaqoq, mütəfəkkir
alim, ictimai xadim, akademik Üzeyir bəy Hacıbəyov 1948-ci ildə
vəfat etmiş, haqqa qovuşmuşdur...
Azərbaycan.-2007.-18
sentyabr.-S.7.