Musiqi gününün
iştirakçıları Fəxri xiyabanda olmuşlar
Sentyabrın 18- də böyük bəstəkarımız
Üzeyir Hacıbəyovun
anadan olmasının
122-ci ildönümü və
Üzeyir Musiqi Günü ilə əlaqədar respublikamızın
tanınmış mədəniyyət
və incəsənət
xadimləri Fəxri xiyabanda olmuşlar. Onlar əvvəlcə ölkəmizdə musiqinin
və mədəniyyətin
inkişafına, bu sahədə çalışan
insanların sosial problemlərinin həllinə
yaxından diqqət və qayğı göstərmiş ulu öndərimiz Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə
tər çiçək
dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq
alim, akademik Zərifə Əliyevanın
məzarı üstünə
də çiçək
dəstələri düzülmüşdür.
Sonra iştirakçılar
Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun
məzarını ziyarət
etmiş, qəbri üstünə gül-çiçək düzmüşlər.
Dövlət xor kapellasının ifasında
"Şəbi-hicran"
əsəri səslənmişdir.
Bəstəkar Müslüm
Maqomayevin də qəbri ziyarət edilmiş, məzarı üstünə tər çiçəklər qoyulmuşdur.
Azərbaycan.-2007.-19 sentyabr.-S.4.