18 sentyabr- Milli Mıısiqi Günüdür
On ildən çoxdur ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü - sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd oiunur. Bu ənənə maestro Niyazidən yadigar qalıb. Üzeyir Hacıbəyovun vəfatından sonra Niyazi hər il bu günü xüsusi olaraq qeyd edirmiş.
1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günü Milli Musiqi Günü kimi qeyd olunması barədə fərman imzalayaraq, bu ənənəni rəsmiləşdirdi.
Hər il olduğu
kimi, bu il də Milli
Musiqi Günündə
musiqisevərlər bir
araya toplaşacaqlar. Amma bu dəfə
təntənəli mərasim
ənənəvı olaraq,
Bakı Musiqi
Akademiyasının binası önündə
deyil, İncəsənət
Muzeyinin qarşısında
yeni istifadəyə verilmiş Fontanlar Parkında düzənlənəcək.
Əvvəlcə tanınmış
sənət adamları
və ziyalılar
Fəxri Xiyabanda uyuyan görkəmli Azərbaycan bəstəkarlarının
məzarını ziyarət
edəcəklər. Fontanlar
Parkında düzənlənəcək
konsert proqramı çərçivəsində Ü.Hacıbəyov adına simfonik orkestr, Xor kapellası, Hərbi-nəfəs alətləri orkestri çıxış edəcək. Daha
sonra tədbir iştirakçıları Üzeyir
Hacıbəyovun Ev Muzeyinin yeni korpusunun açılış
mərasimində ıştirak
edəcəklər. Təmir
olunan korpusda muzeyin
inzibati binası,
arxiv və həmçinin sərgi salonu yerləşir.
Həmin gün muzeydə kamera konserti və dahi bəstəkarın "O
olmasın, bu olsun" operettasının klavir
variantının prezentasiyası baş tutacaq.
Dahi bəstəkar bu musiqili komediyanı 1910-cu ildə qələmə alıb. Operalarının librettolarını da özü yazan Ü.Hacıbəyov tezliklə dramaturq kimi də yüksək istedada malik olduğunu nümayiş etdirərək "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" komediyalarını yazıb və Şərqin ilk musiqili komediya yazarı kimi tarixə düşüb. Bəstəkarın sonuncu musiqili komediyası postsovet dövründə xarici ölkələrin səhnələrində oynanılıb. Bəstəkar bu əsəri 1913-cü ildə Sankt-Peterburq konservatoriyasında təhsil aldığı illərdə qələmə alıb. Deyilənlərə görə, konservatoriyanın rektoru, görkəmli rus bəstəkarı A.K.Qlazunov əsərlə tanış olduqdan sonra onu hətta bütün Rusiyada ilk operetta adlandırıbmış. Həmin dövrlərdə artıq Ü.Hacıbəyov bir neçə opera və operettaların müəllifi kimi tanınırdı. "Leyli və Məcnun"dan sonra bəstəkar "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm", "Harun və Leyla" operalarını nota köçürmüşdü. Bəstəkarın yaradıcılığının zirvəsində duran "Koroğlu" operası isə 1937-ci ildə səhnəyə qoyulub. Xalq musiqisi ilə klassik operanı bir araya gətirən, xüsusi melodik dilə malik əsər bu gün dünyanın şah əsərləri ilə bir sırada dayanır. Üzeyir Hacıbəyovun xalqımıza verdiyi əsas töhfə isə şəksiz ki, Azərbaycan himninin musiqisidir.
Xəzər.- 2007.- 15 sentyabr.- S. 19.