Nəsibə Abdullayeva
Bakıya gəlib
Özbəkistanın Xalq artisti,
əslən azərbaycanlı
Nəsibə Abdullayeva
ötən gün Bakıya səfər edib. Müğənninin uzun fasilədən sonra yenidən Azərbaycan bəstəsini
oxuyaraq ona klip çəkdirdiyi barədə məlumat vermişdik. Mahnının
müəllifi Baba Vəziroğlu müğənninin
hansı məqsədlə
Azərbaycana gəldiyi
barədə bunları
söylədi: "Nəsibə
xanım bura bizimlə görüşmək
və Bakı üçün darıxdığından
gəlib. Gələcəkdə
isə böyük layihələr olacaq".
Qeyd edək
ki, Nəsibə xanım Baba Vəziroğlunun sözlərinə
Kamal müəllimin bəstəsi olan "Səndən nigaranam" mahnısını ifa edib. Mahnının efir variantı artıq bir müddətdir telekanallarda
yayımlanır. Baba Vəziroğlunun məlumatına
görə, yaxın aylarda N.Abdullayevanın burada böyük konsertinin təşkili də nəzərdə tutulub. Müğənninin
Bakı səfəri çərçivəsində bu barədə mahnının müəllifləri
ilə söhbətinin
olacağı istisna edilmir.
Oxumaqla kifayətlənməyən
N.Abdullayevanın filmə
çəkildiyini öyrəndik.
Xatırladaq ki, "Sui-qəsd" adlanan film psixoloji
məqamlarla zəngindir
və burada o, baş rollardan
birini oynayıb.
Mövqe.- 2007.- 18-19 sentyabr.- S. 13.