"Üzeyir bəy Hacıbəyov və
"Molla Nəsrəddin"
"Adiloğlu"
nəşriyyatında yenica çapdan çıxmış
"Üzeyir bəy Hacıbəyov və "Molla
Nəsrəddin" kitabında toplanmış materiallar dahi
bəstəkar, görkəmli yazıçı-publisist,
jurnalist, alim və ictimai xadim, nəcib şəxsiyyət
Üzeyir bəy Hacıbəyovun
mollanəsrəddinçilərin məslək, əqidə dostluğundan
bəhs edir.
Əməkdar jurnalist
Tahir Aydınoğlu və Üzeyirbəyşünas
Səadət Qarabağlının birgə tərtib
etdikləri kitab birincinin "Zamanın sorğusuna cavab"
adlı yığcam, lakin mənalı ön sözü ilə
açılır.
Professor Şirməmməd
Hüseynovun, Filologiya elmləri namizədi Mirabbas Aslanov va
tərtibçilərin maqalələrində yalnız bu
məsələ sual kimi qoyulur va tutarlı fakt,
dəlillərlə "Üzeyir bəy Hacıbəyova
qatiyyətlə mollanəsrəddinçi demək olar!"
cavabı verilir.
Bunun daha bir əyani
sübutu kimi Ü.Hacıbəyovun mətbuatımızın
bu bənzərsiz və əvəzsiz dərgisinin səhifələrində
dərc olunmuş felyetonları toplanıb təqdim olunur.
Üzeyir bəyin 122
illik yubileyi günlərində oxuculara çatdırılan,
iki böyük mollanəsrəddinçi ədibin – Cəlil
Məmmədquluzadə və Üzeyir bəyin
xatirəsinə həsr edilən bu kitab
Üzeyirbayşünaslığa dəyərli
töhfədir.
Kitabın redaktoru
Söz Azadlığını Müdafiə Fondunun (SAMF)
icraçı direktoru, tanınmış jurnalist
Məmməd Nazimoğludur.
Kitab Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası və SAMF tərəfindən nəşr
edilib.
Azad Azərbaycan.- 2007.- 21 sentyabr.- S. 8.