İbrahimova S.

 

Tünzalənin Çexiya təəssüratları

 

Müğənni festivalda 45 dəqiqəlik proqramla çıxış edib

 

Əməkdar artist Tünzalə Ağayeva Çexiya səfərinə bu həftə yekun vurub. Xatırladaq ki, müğənni orada keçirilən VIII beynəlxalq musiqi festivalı "Barevna Planet" Azərbaycanı təmsil edib. 45 dəqiqəlik proqramla çıxış edən müğənni buimkanın ona ikinci dəfə verildiyini söyləyib. Müğənninin məlumatına görə, festivalda o, Almaniya, Fransa, Pakistan, Yəmən, Ukrayna, Finlandiya, Bosniya Herseqovina, Zimbabve, Böyük Britaniya, İrlandiya, ABŞ, Argentina, Meksika başqa ölkələrdən olan musiqiçilərlə bir səhnəni bölüşüb. Müğənni festival izləyiciləri qarşısında həm xalq, həm klassik "Ölkəm" kompozisiyası ilə çıxış edib. Eyni zamanda, dinləyicilər Tünzalə Ağayevanın ifasında Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Rafiq Babayevin məşhur bəstələrinə qulaq asıblar: "Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Şəhərin əksər küçələri tədbir iştirakçılarının şəkilləri ilə bəzənmişdi. Festivalın mahiyyəti ölkə musiqilərini səsləndirməkdən ibarət olub. Musiqiçilər arasında mübadilələr aparılıb, gələcəkdə əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar olub. Orada diplom yerlər yox idi. Təəssüratlarım həm bundan ibarətdir ki, Çexiyada Azərbaycan cəmiyyətləri aktiv fəaliyyət göstərirlər".

Əməkdar artist əlavə etdi ki, Çexiya Azərbaycan musiqisini bir-birinə qovuşdurmaq məqsədi ilə ayrıca bir layihə hazırlayır. Müğənni burada həm çex musiqisinin tanıdacaq, həm bizim musiqimizi orada təbliğ edəcək.

Söhbətinin sonunda beynəlxalq tədbirə Heydər Əliyev Fondunun dəstəyi ilə qatıldığını deyən müğənni layihənin gerçəkləşməsində Mehriban Əliyevanın təşəbbüsünü xüsusi qiymətləndirdi.

 

Kaspi.-2007.-15-17 sentyabr.-S.22.