Simpozium iştirakçıları ümummilli lider Heydər Əliyevin Buxarest şəhərindəki büstünü ziyarət etmişlər

 

Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın 3-də bu ölkənin Mədəniyyət Nazirliyi, Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumu və Rumıniya Demokrat Türk Birliyinin təşkilatçılığı ilə keçirilən "Rumıniyada türk mədəniyyətinin izləri" simpoziumunun iştirakçıları Buxarestin Tey parkındakı Heydər Əliyev xiyabanına gələrək, xalqımızın ümummilli liderinin burada ucaldılmış büstünü ziyarət etmişlər.
Türkiyənin elm adamları, tarixçiləri, tədqiqatçıları görkəmli ziyalılarından ibarət nümayəndə heyəti büstün önünə əklil tər çiçəklər qoyaraq, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə yüksək ehtiramlarını ifadə etmişlər.

 

Azərbaycan.-2007.-4 sentyabr.-S.3.