Bahar
Teatrlar is başındadır...
Paytaxt teatrları tamaşacıları hansı
tamaşalarla salamlayacaq?
Sentyabrın ilk ongünlüyü geridə qaldı. İki aydan çoxdur ki, aktyor nəfəsi gəlməyən teatrlarda canlanma yaranıb. Bu saat hansı bir teatra telefon edib, hansısa bir aktyoru axtarsan, verilən cavab eyni olacaq: "Məşqdədir, 3 saatdan sonra zəng edin". Görəsən, aktyor və rejissorlarımız hansı əsərin məşq prosesindədir? Teatrlar yeni mövsümdə tamaşaçıları hansı tamaşa ilə salamlayacaq?
Elə bu sualla da üz tutduq şəhərimizin teatrlarına. Araşdırma zamanı məlum oldu ki, paytaxt teatrlarının hər biri istirahətdən qayıdıb. Sənət adamlarının harada və necə dincəlməsindən xəbər tutmasaq da, onların təqdim edəcəkləri rolları və tamaşaları barədə məlumatlandıq.
Azərbaycan Dövlət Filarmoniyası sentyabrın sonuna kimi qonaq-qaralı olacaq. Filarmoniyanın direktor müavini Mövlud Ocaqovun verdiyi məlumata görə, bu mədəniyyət ocağı yeni mövsümünü sentyabrın 1-i açıb. Sentyabrın 26-da dirijor Vladimir Runçak, solist Yozef Erminin iştirakı ilə gözəl bir gecə düzənlənəcək. Sentyabrın 29-da isə Filarmoniyanın səhnəsi yenidən almaniyalı qonaqların ixtiyarına veriləcək. Teymur Göyçayevin iştirakı ilə Emin Məmmədov öz ifası ilə pərəstişkarlarını musiqiyə qonaq edəcək. Filarmoniyanın direktor müavini onu da qeyd etdi ki, bu mövsümdə tanınmış muğam ifaçılarının da solo-konsertləri nəzərdə tutulub. Amma onların konsertinin vaxtları oktyabr ayında bəlli olacaq.
Həmişəki ənənələrinə
sadiq qalan Muğam Teatrı da sentyabrın 1-dən iş
başındadır. Teatrın direktoru və baş rejissoru Arif Qazıyevin sözlərinə görə,
sözügedən mədəniyyət ocağı
bu mövsümdə yeni layihələrlə
çıxış edəcək: "Rəhbərlik etdiyim teatr yarandığı
gündən həmişə işgüzarlığı
ilə
fərqlənib. Hazırda istirahətdən qayıtmışıq. Teatrın yeni proqramı da demək olar ki, hazırdır. İndi keçirəcəyimiz
ilk gecəyə hazırlıq işləri gedir".
Qeyd edək ki, Muğam Teatrının ilk gecəsi dünyasını
dəyişmiş
sənət adamlarından birinə - Mirvari Dilbaziyə həsr olunacaq.
Gecədə mərhumun sənət dostları da iştirak
edəcəklər. Müğənnilər isə
onun sözlərinə yazılan mahnıları səsləndirəcəklər.
Musiqili Komediya Teatrının yaradıcı
kollektivi də məşq edir. Marat Haqverdiyev və
Ramiz Mirişlinin
"Qısqanc
ürəklər" tamaşası
dünən bütün teatrsevərləri bir araya yığdı.
Qeyd edək ki, sözügedən teatr yola saldığı
mövsümü də
bu tamaşa ilə bağlamışdı. Teatrın aparıcı
aktyoru Novruz Qartalın sözlərinə
görə, “Qısqanc
ürəklər”lə mövsümü
açan kollektiv daha məsuliyyətlə çalışacaq. Aktyor onu
da bildirdi ki, teatr mövsümü
açar-açmaz növbəti
tamaşanın təqdimatı
üçün hərbi
hissələrə yola
düşəcək.
Repertuarına görə bütün teatrlardan fərqlənən
Bakı Bələdiyyə
Teatrında da qızğın məşqlər
gedir. Teatrın direktoru Amaliya
Pənahovanın sözlərinə
görə, rəhbərlik
etdiyi yaradıcı heyət bu mövsümdə
tamaşaçılarını Abdulla Qurbaninin "Türk sancağı"
ilə salamlayacaq.
Qeyd edək ki, teatrsevərlər
bu tamaşaya dünən baxdılar.
Direktor bildirdi ki, bu
mövsümdə Bələdiyyə
Teatrı repertuarını
daha da genişləndirmək
fikrindədir. Amaliya
xanım dedi ki, Xalid Əlimirzəyevin
"Daşa dönmüş
ürəklər" adlı
əsərinin məşqləri
isə artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, sözügedən
tamaşa sentyabrın
sonlarında təqdim
olunacaq.
Bir ildən yuxarıdır ki, təmirə dayanan Gənc Tamaşaçılar Teatrı
da teatrsevərləri
sevindirmək fikrindədir. İstirahətdən yenicə qayıdan teatr yeni mövsümünü
sentyabrın ikinci ongünlüyü açacaq.
Teatr bu dəfə izləyicilərini "Tıq-tıq
xanım" tamaşası
ilə salamlayacaq.
Tamaşanın quruluşçu rejissoru Ağaxan Salmanlıdır.
Abdulla Şaiq
adına Kukla Teatrının yaradıcı kollektivi isə xatirə gecəsinə hazırlaşır.
Teatr budəfəki mövsüm
açılışını mərhum sənətkarımız,
balacaların sevimlisi Ələkbər Hüseynova
həsr edəcək.
Teatrın direktoru Rəhman
Quliyevin sözlərinə
görə, xatirə
gecəsi "Körpəm"
teatrında keçiriləcək.
"
Bütün mövsümlərdə Opera və
Balet Teatrı tamaşaçılarını dahi bəstəkar Üzeyir Hacıbəyovun
şah əsəri sayılan “Leyli və Məcnun”la salamlayıb. Amma deyəsən, teatr
rəhbərliyi bu dəfə ənənəni
pozmaq fikrindədir.
Teatrın mətbuat xidmətinin
rəhbəri Şükufə
Ağamirzəyevanın sözlərinə
görə, yeni mövsümdə onlar tamaşaçılarını "Koroğlu" operası ilə salamlayacaq. Qeyd edək ki, tamaşada
baş rolda Ülvi Qılınc oynayacaq.
Rusdilli tamaşaçıların
həsrətlə gözlədiyi
Səməd Vurğun
adına Rus Dram Teatrı da istirahətdən qayıdıb. Teatrda aparılan təmir
işləri hələ
başa çatmadığından
yaradıcı heyət
tamaşaçıları ilə başqa teatrın səhnəsində
görüşəcək. Məhz bu səbəbdən mövsümü hansı
tamaşa ilə açacaqlarına qərar
verməyiblər. Amma
teatrdan bildirdilər ki, rusdilli tamaşaçılar
bu il
bir neçə əsərin premyerasına
baxa biləcəklər.
Rəşid Behbudov adına Mahnı
Teatrında isə bəzək işləri ilə ələqədar olaraq təmir aparılır. Məhz bu səbəbdən
teatrın repertuarı
dəqiqləşməyib. Teatrın yaradıcı kollektivi yeni mövsümünü
sentyabrın 10-u açsa
da, bu ayın
sonuna kimi hansısa tədbirin keçirilməsi gözlənilmir.
Reytinq.- 2007.- 16 sentyabr.- S. 17.