Respublikamızda teatr mövsümünün açılışı hər il sentyabrın 14- keçiriləcəkdir

 

AzərTAc xəbər verir ki, sentyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısındakı Füzuli meydanında ölkəmizdə peşəkar teatrın 135-ci mövsümünün açılış mərasimi keçirilmişdir.
Respublikamızda fəaliyyət göstərən teatr kollektivləri nümayəndələrinin, mədəniyyət teatr xadimlərinin iştirakı ilə keçirilən tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev mövsümün hər il sentyabrın 14-ə açılacağını bildirmiş, bugünkü bayram münasibətilə sənətsevərləri təbrik etmişdir. O, ötən müddət ərzində Azərbaycanda teatrın inkişafından, onun xarici ölkələrdə verdiyi tamaşalardan, o cümlədən SSRİ xalq artisti Fikrət Əmirovun "1001 gecə" baletinin ərəb ölkələrində, böyük Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının musiqi beşiyi Vyanada uğurlu səhnə həyatından ətraflı söz açmışdır.
Azərbaycanda hakimiyyətdə olduğu illərdə milli teatrımızın inkişafına, aktyorlarımızın sosial qayğılarına, fəxri adlar almasına ulu öndərimiz Heydər Əliyevin diqqət qayğısından ətraflı bəhs edən natiq Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamının əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu sənəddə irəli sürülən vəzifələrin yerinə yetirilməsi nəticəsində teatr binalarının əksəriyyətində əsaslı təmir işləri aparılacaq, onlar müasir avadanlıqla təchiz olunacaqdır. Yeni ildə əsaslı təmirdən çıxmış bir sıra teatr binalarında açılış mərasimləri keçiriləcəkdir.
Xalq artisti Firəngiz Şərifova tədbir iştirakçılarını salamlamış, tamaşaçılar üçün darıxdıqlarını bildirmişdir.
Aktyorlar "Meydan tamaşalarından peşəkar səhnəyədək" adlı kompozisiyada qaravəllilər, səhnə əsərlərindən parçalar göstərmişlər.

 

Azərbaycan.-2007.-15 sentyabr.-S.6.