Teatrlar mövsümü açdı
Təntənəli
günə Füzuli meydanında start verilib
Ötən gün Azərbaycan teatrının
135-ci mövsümünün təntənəli açılışı
keçirilib. Teatr tarixində ilk dəfə olaraq təntənəli gün
paytaxtdakı sənət
ocaqlarının kollektivlərinin
iştirakı ilə
Füzuli meydanında
keçirilib. Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyatov bu il ilk dəfə
olaraq mövsümün
açılışının bu səviyyədə qeyd olunduğunu bildirib. Əvvəlcədən
nəzərdə tutulduğu
kimi həmin gün şəhər teatrları müxtəlif
tamaşalarla çıxış edib. M.Bünyatovun sözlərinə
görə, belə bir layihənin həyata keçirilməsinə
səbəb bir sıra teatrların binasının əsaslı
təmirdə olmasıdır.
Qeyd edək ki, sözügedən layihə ilk dəfə olaraq ötən il Dövlət Dram Teatrının mövsümünün
açılışı zamanı təşkil olunmuşdu.
Təntənəli açılışdan
sonra hər bir teatr müvəqqəti
fəaliyyət göstərdiyi
binada mövsümün
açılışını edəcək. Qeyd edək ki, Muğam
Teatrı sentyabrın
15-də mövsümünə
konsert proqramı ilə start verəcək. Teatrın direktoru Arif Qazıyev konsert proqramında teatrın solistlərinin çıxış
edəcəyini qeydetdi.
Sentyabrın 15-də mövsümünü açacaq
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı həmin gün Marat Haqverdiyevin "Qısqanc ürəklər" tamaşasını
göstərəcək. Azərbaycan
Dövlət AkademikOpera
və Balet Teatrı isə tamaşaçıların görüşünə
Üzeyir Hacıbəyovun
"Koroğlu" operası
ilə gələcək.
Teatr mövsümünü
sentyabrın 18-də Üzeyir Musiqi Günündə açan
Dövlət Gənclər
Teatrı reyissor Sərvər Əliyevin quruluşunda səhnələşdirilmiş
Üzeyir Hacıbəyovun
"Ər və arvad" tamaşasını
nümayiş etdirəcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 20-də "Natəvan" tamaşasını
nümayiş etdirəcək.
Oktyabrın ilk ongünlüyündə mövsümünü
açmağı planlaşdıran
"Çiçəyim" Uşaq Teatrı azyaşlı tamaşaçılar
üçün "Tıq-tıq xanım"ı östərməkfikrindədir.
Dövlət "Yuğ"
Teatrı mövsümünü
sentyabrın əvvəllərində
açmağı qərarlaşdırsa
da, bu, bir
az ləngiyir. Mövsümün açılış
günü teatrda Orxan Fikrətoğlunun
"Tas" əsəri
əsasında hazırlanmış
eyniadlı tamaşa nümayiş etdiriləcək.
Vaqif İbrahimoğlunun
quruluş verdiyi tamaşanın baş rollarını Qasım Nağı, Ruslan Əfəndi, Zümrüd
Bəxtiyar və Gülzar Qurbanova ifa edirlər
Kaspi.- 2007.- 15-17 sentyabr.- S. 22.