Aktyor Şahin
Cəbrayılov vəfat
edib
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının
aktyoru Şahin Cəbrayılov uzun sürən xəstəlikdən
sonra bu gün saat 11:00 radələrində dünyasını
dəyişib. Aktyorun
ailəsindən APA-ya
bildirilib ki, aktyorla vida mərasimi
onun öz evində keçirilib. Dünən saat 14:00-da isə mərhum Xırdalan qəbiristanlığında
torpağa tapşırılıb.
Qeyd edək ki, bir müddət
əvvəl 58 yaşlı
aktyor infarkt diaqnozu ilə Mərkəzi Neftçilər
Xəstəxananın kardiologiya
şöbəsində müalicə
olunub. Daha sonra isə o, müalicəsini başa vuraraq xəstəxanadan evə köçürülmüşdü. 12 ildən artıqdır ki, beyin iflicindən
əziyyət çəkən
Şahin Cəbrayılov
30 ildən artıq səhnə fəaliyyəti
ilə məşğul
olub. O, “Kökdən düşmüş piano”,
“Qatar”, “Topal Teymur” televiziya tamaşalarında, “Yol əhvalatı” filmində
rol alıb. Onun səhnədən uzaqlaşmasına məhz
səhhəti ilə bağlı yaşadığı
problemlər səbəb
olub
Yeni Azərbaycan.-2007.- 6 sentyabr.-S.8.