Babayeva S.

 

Teatr günah yumaq üçün məkan

Bəhram Osmanov:Bir çox aktyorlarda intellekt yoxdur

 

Bəhram Osmanovla görüşüb söhbətləşmək 2 gün zaman aldı. Həm yaradıcılıq prosesi, həm də gənc rejissor və aktyor kadrların yetişməsində gərgin pedaqoji əməyi səbəbindən.
   
   Süni rəsmiyyət və ya formallıqdan uzaq tam səmimiyyət üzərində qurulmuş söhbətimizi elə teatr qayğılarından başlayırıq.
   - Bəhram bəy, "Azərbaycan teatrının islahatlara ehtiyacı var" fikri elə teatr biliciləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilirsə də, öz qüvvəsini yalnız sözdə saxlayır. Bunu laqeydlik və yaxud çıxılmaz vəziyyət kimi dəyərləndirmək olarmı?
    B.O: Mən bunu laqeydlik və ya çıxılmazlıq adlandırmazdım. Sadəcə bu islahatlar sənətdə olan, sənətkar sayılan şəxslərin həmişə mənafeyinə toxunduğundan müəyyən maneələr yaranır. Özünüz də bilirsiniz ki, sənət adamları bir qədər kövrək olurlar. Azacıq tərpəniş edən kimi "mən 50, 70 illik ömrümü Azərbaycan sənətinə vermişəm, indi heç kimə lazım deyiləmg" kimi şikayətlər başlanır. Bu baxımdan düşünürəm ki, mədəniyyət və turizm naziri köhnə nəslin xadimlərini də təmin edəcək bir islahat proqramı hazırlamaq istəyir. Lakin "teatr sahəsində, ümumiyyətlə, islahatlar aparılmır" demək düzgün olmazdı. Son bir neçə ildə dövlətin müxtəlif sənət adamlarına qayğısı, xüsusi imtiyazların, prezident təqaüdünün verilməsi, habelə həvəsləndirmək naminə prezident mükafatlarının təsisatı da islahatların bir növüdür, sənətçini daha yaxşı, inamla işləməyə sövq edir. İslahatların ən yekunu və ən əsası hesab etdiyim Azərbaycan teatr modeli isə çox yaxın gələcəkdə olacaq. Bu istiqamətdə artıq işlər aparılır, dünya teatr modelləri öyrənilir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" mövzusunda da çox gözəl sənətşünaslığa namizədlik dissertasiyası müdafiə edib.
   - Teatrın təşkilati, menecer, prodüser fəaliyyətinin nəzəri aspektlərinə bu kitabda geniş şəkildə toxunulması baxımından sizinlə tamamilə razıyam. Bundan başqa, istər dövlət, istərsə də qeyri-hökumət qurumları tərəfindən də bu mövzuda mütəmadi olaraq maraqlı seminarlar, müzakirələr, treninqlər aparılır. Ancaq bütün bunlar sadalananların təkcə nəzəri tərəfini əhatə edir, təcrübədə isə böyük bir boşluq hiss olunur.
   B.O: Mənə elə gəlir ki, buna vaxt, zaman lazımdır. Əməldə artıq xırda-para işlər gedir, baxmayaraq ki, hələ çox hiss olunmur. Düşünürəm, onların səsi-sorağı yaxın gələcəkdə çıxacaq.
   - Siz özünüz "Azərbaycan teatr modeli"ni necə təsəvvür edirsiniz?
   B.O: Əvvəla, yalnız adı sənətdə olan, işləməyib dövlət imtiyazları sayəsində yaşayanları teatrdan tədricən uzaqlaşdırmaq, çalışqan, zəhmətkeş sənətçilərə isə kömək etmək lazımdır. Digər məqam. Şəxsən mən rejissor teatrının tərəfdarıyam. Bu çox gərəkli, eyni zamanda da ağır və bütövlükdə dövlət qayğısına ehtiyacı olan bir məsuliyyətdir. Repertuar teatrlarının daxilində mütləq studiyalar açılmalıdır. Çünki sənət təhsili görmüş gənclərin teatrda özünə yer tapması uzun prosesdir. Bəzən buna 10 illərlə vaxt lazım olur. Teatr nəzdindəki studiyalara cəlb olunan gənclər isə qısa zamanda, təxminən 2-3 il ərzində həmin teatra lazım olan üsluba yiyələnib sözün hər mənasında çalışdıqları teatrların aktyorları ola bilmək hüququnu qazanacaqlar.Məhz bundan sonra gənclərə böyük rollar həvalə etmək olar.
   - Müsahibələrinizin birində demişdiniz ki, hər əsəri "Azdrama"da tamaşaya qoymaq olmaz. Siz bir rejissor olaraq bu meyarı necə müəyyənləşdirirsiniz?
   B.O: Söhbət təkcə Milli Dram Teatrından deyil, ümumilikdə teatr sənətindən gedir. Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun. Razıyam. Klassikada aktyor, rejissor yetişir. Ancaq hansısa klassik əsər dövrün tələbinə cavab verə bilmirsə, yaxud günümüzlə səsləşən kanonlar tapılmırsa, onda həmin əsəri qoymaq lazım deyil. Nəinki klassika, hətta müasir əsər belə, dramaturji baxımdan kamil deyilsə, ona quruluş vermək olmaz. Xüsusilə də Akademik Milli Dram Teatrında. Çünki saysız tənqidlərə məruz qalmasına baxmayaraq bu, respublikada birinci teatrdır. Hansı ki vaxtilə bütün Azərbaycan teatrlarına örnək olub. Və mən açıq deyirəm, bütün tənqidlərə rəğmən Akademik Milli Dram Teatrı öz normal səviyyəsinə çatandan sonra digər teatrlarımız da düzələcək. Bu, artıq gözəgörünməz bir ənənədir.
   - "Teatr cəmiyyəti maarifləndirməlidir" fikrilə razılaşmamağınız artıq mənə məlumdur. Ancaq cəmiyyətin problemlərinin önə çıxarılmasında teatrın aparıcı qüvvə olması da danılmazdır. Qəbul etsək də, etməsək də bu faktdır. Bu gün Bəhram Osmanovun tamaşaları bu tələblərə nə dərəcədə cavab verir?
   B.O: Bəli, insanlar təmizlənirlər də, ruhlanırlar da, cəmiyyətdə düzü və əyrini görürlər, ancaq bütün bunlar tamaşa vaxtı olur. Yəni cəmiyyətin şüuruna yalnız tamaşa vaxtı təsir etmək mümkündür.
   Hətta bizim özümüz belə, hər hansı bir tamaşanın timsalında balaca bir dünya yaradır, böyük həqiqətlərdən danışırıq. Lakin teatrdan, tamaşadan, məşqdən çıxandan sonra hamı öz həyatını yaşayır. Necə deyərlər, "həyat öz axarı ilə gedir". Qəbiristanlıqda hamı bir olur, onun qapısından çıxan kimi insanlar ölümü də unudur, günahlar da edirlər. Düşünürəm ki, teatr günah yumaq üçün bir məkandır. Bir məsciddə ibadət edərək günah yumaq olar, bir də teatrda. Təsadüfi deyil ki, müasir insanlar inkişaf etdikcə daha çox ibadət yerləri və teatrlar tikirlər. Bu baxımdan sənət təsir edə bilər, öyrədə bilməz. Digər tərəfdən bu, çox yaxşı bir oyun, qəribə bir dəbdir. Çox insanlar ibadət edir, müqəddəs ziyarətgahlara üz tuturlar. Ancaq bu insanların çox az qismi öz ibadətlərinin bəhrəsini qazanır. Yəni sözün əsl mənasında imanlı olmağı hər kəs bacarmır.
   - Son illərdə Akademik Milli Dram Teatrında xoşagəlməz bir ənənə yaranıb. Hər hansı bir rolu həvalə edərkən aktyorun yaşı nəzərə alınmır. Yəni gənc personajı yaşı 50-ni haqlamış aktyorlar ifa edirlər. Və yaxud da əksinəg
   B.O: Belə hallar ötən əsrin ortalarında da olub. Məni də o vaxtlar bu təzad düşündürürdü, necə olur ki, 50-60 yaşlı aktyor 30 yaşlı və ya daha da cavan rolları oynaya bilir və tamaşaçı da onu qəbul edir. Görünür, o dövrdə daha səmimi olmuşuq və aktyorun böyüklüyü, sənəti bizi məcbur edib ki, onun xarici görkəminə baxmamışıq. Amma bu gün... Ümumiyyətlə, aktyorluq çox çətin sənətdir. Bugünkü gənc aktyorun peşəkar gücü çatmır ki, həmin rolun ağırlığını tamaşaçıya çatdırsın. Məsələn, Hamleti oynamağı hamı arzulayır. Hər kəs istər ki, Romeo və Cülyetta rollarını 17-18 yaşında gənclərin ifasında görsün. Lakin rolun yükü o qədər ağırdır ki, peşəkar səriştəsi olmayan aktyor onun öhdəsindən gəlmir.
   - Deməli, hər il çox sayda aktyor məzun edən Mədəniyyət və İncəsənət Universiteti teatrların tələbatını təmin etmir?
   B.O: Mən də həmin universiteti bitirmişəm. Amma yaşa dolandan sonra düşünürəm ki, mən öz "şirəmdə bişmişəm". Mənim "plyus"larım müəllimlərimlə qurduğum dostluq münasibətlərim olub. Nəsir Sadıqzadə, Mehdi Məmmədov kimi ustadlarla yoldaş olmasaydım, mən də o sıradan tələbələrdən olardım. Ancaq bütün səmimiyyətə rəğmən hörmət, dərsə nizam-intizam vardı. Bəla ondadır ki, Mədəniyyət və İncəsənət Universitetində rejissorluq fənnindən tamam fərqli adamlar dərs deyir. Meditasiyanı bilməyən tələbədən necə müasir artist olacaq?!. Müəllim deyəndə ki, "mən 1-ci kursun çalışmalarında darıxıram", mən inciyirəm. Çünki ən maraqlısı elə 1-ci kursdur. 2-ci, 3-cü kurslarda sən artıq bir tamaşa göstərməlisən. Eyni zamanda ustalığı öyrətmək lazımdır. Sənətə gələn şəxs nəyə qadirdir, onu başa salmaq, onlara xarakter yaratmağı anlatmaq lazımdır.
Bizsə tələbəyə 1-ci kursdan rol oynamağı öyrədirik.

Bəhram Osmanovla görüşüb söhbətləşmək 2 gün zaman aldı. Həm yaradıcılıq prosesi, həm də gənc rejissor və aktyor kadrların yetişməsində gərgin pedaqoji əməyi səbəbindən.
   
   Süni rəsmiyyət və ya formallıqdan uzaq tam səmimiyyət üzərində qurulmuş söhbətimizi elə teatr qayğılarından başlayırıq.
   - Bəhram bəy, "Azərbaycan teatrının islahatlara ehtiyacı var" fikri elə teatr biliciləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilirsə də, öz qüvvəsini yalnız sözdə saxlayır. Bunu laqeydlik və yaxud çıxılmaz vəziyyət kimi dəyərləndirmək olarmı?
    B.O: Mən bunu laqeydlik və ya çıxılmazlıq adlandırmazdım. Sadəcə bu islahatlar sənətdə olan, sənətkar sayılan şəxslərin həmişə mənafeyinə toxunduğundan müəyyən maneələr yaranır. Özünüz də bilirsiniz ki, sənət adamları bir qədər kövrək olurlar. Azacıq tərpəniş edən kimi "mən 50, 70 illik ömrümü Azərbaycan sənətinə vermişəm, indi heç kimə lazım deyiləmg" kimi şikayətlər başlanır. Bu baxımdan düşünürəm ki, mədəniyyət və turizm naziri köhnə nəslin xadimlərini də təmin edəcək bir islahat proqramı hazırlamaq istəyir. Lakin "teatr sahəsində, ümumiyyətlə, islahatlar aparılmır" demək düzgün olmazdı. Son bir neçə ildə dövlətin müxtəlif sənət adamlarına qayğısı, xüsusi imtiyazların, prezident təqaüdünün verilməsi, habelə həvəsləndirmək naminə prezident mükafatlarının təsisatı da islahatların bir növüdür, sənətçini daha yaxşı, inamla işləməyə sövq edir. İslahatların ən yekunu və ən əsası hesab etdiyim Azərbaycan teatr modeli isə çox yaxın gələcəkdə olacaq. Bu istiqamətdə artıq işlər aparılır, dünya teatr modelləri öyrənilir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" mövzusunda da çox gözəl sənətşünaslığa namizədlik dissertasiyası müdafiə edib.
   - Teatrın təşkilati, menecer, prodüser fəaliyyətinin nəzəri aspektlərinə bu kitabda geniş şəkildə toxunulması baxımından sizinlə tamamilə razıyam. Bundan başqa, istər dövlət, istərsə də qeyri-hökumət qurumları tərəfindən də bu mövzuda mütəmadi olaraq maraqlı seminarlar, müzakirələr, treninqlər aparılır. Ancaq bütün bunlar sadalananların təkcə nəzəri tərəfini əhatə edir, təcrübədə isə böyük bir boşluq hiss olunur.
   B.O: Mənə elə gəlir ki, buna vaxt, zaman lazımdır. Əməldə artıq xırda-para işlər gedir, baxmayaraq ki, hələ çox hiss olunmur. Düşünürəm, onların səsi-sorağı yaxın gələcəkdə çıxacaq.
   - Siz özünüz "Azərbaycan teatr modeli"ni necə təsəvvür edirsiniz?
   B.O: Əvvəla, yalnız adı sənətdə olan, işləməyib dövlət imtiyazları sayəsində yaşayanları teatrdan tədricən uzaqlaşdırmaq, çalışqan, zəhmətkeş sənətçilərə isə kömək etmək lazımdır. Digər məqam. Şəxsən mən rejissor teatrının tərəfdarıyam. Bu çox gərəkli, eyni zamanda da ağır və bütövlükdə dövlət qayğısına ehtiyacı olan bir məsuliyyətdir. Repertuar teatrlarının daxilində mütləq studiyalar açılmalıdır. Çünki sənət təhsili görmüş gənclərin teatrda özünə yer tapması uzun prosesdir. Bəzən buna 10 illərlə vaxt lazım olur. Teatr nəzdindəki studiyalara cəlb olunan gənclər isə qısa zamanda, təxminən 2-3 il ərzində həmin teatra lazım olan üsluba yiyələnib sözün hər mənasında çalışdıqları teatrların aktyorları ola bilmək hüququnu qazanacaqlar.Məhz bundan sonra gənclərə böyük rollar həvalə etmək olar.
   - Müsahibələrinizin birində demişdiniz ki, hər əsəri "Azdrama"da tamaşaya qoymaq olmaz. Siz bir rejissor olaraq bu meyarı necə müəyyənləşdirirsiniz?
   B.O: Söhbət təkcə Milli Dram Teatrından deyil, ümumilikdə teatr sənətindən gedir. Bəzən məcbur edirlər ki, mütləq klassika qoyulsun. Razıyam. Klassikada aktyor, rejissor yetişir. Ancaq hansısa klassik əsər dövrün tələbinə cavab verə bilmirsə, yaxud günümüzlə səsləşən kanonlar tapılmırsa, onda həmin əsəri qoymaq lazım deyil. Nəinki klassika, hətta müasir əsər belə, dramaturji baxımdan kamil deyilsə, ona quruluş vermək olmaz. Xüsusilə də Akademik Milli Dram Teatrında. Çünki saysız tənqidlərə məruz qalmasına baxmayaraq bu, respublikada birinci teatrdır. Hansı ki vaxtilə bütün Azərbaycan teatrlarına örnək olub. Və mən açıq deyirəm, bütün tənqidlərə rəğmən Akademik Milli Dram Teatrı öz normal səviyyəsinə çatandan sonra digər teatrlarımız da düzələcək. Bu, artıq gözəgörünməz bir ənənədir.
   - "Teatr cəmiyyəti maarifləndirməlidir" fikrilə razılaşmamağınız artıq mənə məlumdur. Ancaq cəmiyyətin problemlərinin önə çıxarılmasında teatrın aparıcı qüvvə olması da danılmazdır. Qəbul etsək də, etməsək də bu faktdır. Bu gün Bəhram Osmanovun tamaşaları bu tələblərə nə dərəcədə cavab verir?
   B.O: Bəli, insanlar təmizlənirlər də, ruhlanırlar da, cəmiyyətdə düzü və əyrini görürlər, ancaq bütün bunlar tamaşa vaxtı olur. Yəni cəmiyyətin şüuruna yalnız tamaşa vaxtı təsir etmək mümkündür.
   - Müasir dövrdə Azərbaycan aktyorlarında çatışmazlıqlar əsasən hansı cəhətdən özünü büruzə verir?
   B.O: Ümumiyyətlə, bu gün Azərbaycan aktyorlarında intellekt yoxdur. Çünki Allahın verdiyi istedada güvənirlər sənət adamları. İnkişafa can atmırlar, 30 yaşdan sonra bitir, dayanırlar. Dövr isə zəhmət tələb edir. Əgər mən bu gün cəmiyyətdən təcrid olunmuşamsa, çox gəzib görməyə imkanım yoxsa belə, ən azı kitab oxumaqla təhsillənməliyəm.
   Bunun məişət qayğıları ilə əlaqələndirilməsinə də etiraz edirəm.
   Gündəlik qayğılar hər kəsdə var. Fikirlərim qəddarcasına səslənə bilər. Ancaq "qayğının içində boğulan adam" sənətdən uzaqlaşıb özünə qayğısız iş tapmalıdır. Sadəcə, bəzi insanlar zəhməti sevmirlər. Səhnə adamı isə zəhmətsevər olmalıdır.


Həftə içi.-2007.- 14 sentyabr.-S.8.