Ər və arvadın müasir
versiyası
"Təzə gəlin" adıyla
səhnələşdirilən əsərin premyerası oldu
Srağagün
Milli Musiqi günündə dahi bəstəkar Üzeyir
Hacıbəyovun doğum gününə hədiyyə olaraq
Dövlət Gənclər Teatrının təqdimatında
Akademik Milli Dram Teatrının binasında "Ər və
arvad" iki hissəli komediyasının tamaşası oldu. "Təzə gəlin" adı ilə səhnələşdirilən
komediya müasirləşdirilmiş
ampulada tamaşaçılara
təqdim edildi. Quruluşçu rejissor Sərvər Əliyev idi. Tamaşanın başlanğıcında bütün
əhvallar sanki müasir dövrdən xəbər verirdi. Haradasa ötən yüzilin bu vaxtlarındakı əhvalla indiki əhvalın eyniliyi, dəyişməzliyi tamaşada
ifadəsini tapmışdı.
Adi bir epizod
kimi diqqəti cəlb edən qəzet satıcılarının
carçılığında dünyanın müasir siyasi əhvalından, hadisələrindən tutmuş
ilk görüşdə erməninin kürəyini yerə çırpan Rövşən
Bayramovadək xəbərləri
tamaşaçılara çatdırmaqla
canlı bir əhval yaratmaq istəyirdilər.
Hadisələr bir
ailənin taleyi fonunda gərginləşir. Belə ki,
Mərcan bəy qadınından boşanmaq
üçün yollar
arayır, nəhayət,
tanışı Kərbəlayi
Qubadın vasitəsilə
dərdinə çarə
tapmaq istəyir.
Lakin Minnət (Nəsibə Eldarova) xanımın səyi nəticəsində
ailə dağılmaqdan
qurtulur, nəinki əri Mərcan bəy, üstəlik Kərbəlayi Qubad da pis vəziyyətə
düşür. Mərcan bəy
(əməkdar artist Ayşad
Məmmədov) baş
rolun ifaçısı
olaraq pula həris obrazını yarada bilmişdi. Aktyor Qurban İsmayılovun
Kərbəlayi Qubad obrazı da yalnız pul haqqında düşünür.
Tamaşa boyunca hadisələrin
biri-birinə zəif bağlantısı, demək
olar, komediyaya xas qaynarlığın müşahidə edilməməsi
diqqətdən yayınmadı.
Qulluqçuların hər ikisinin
Səfi adlanması, birinin uca boylu
(Rəşad Səfərov),
digərinin isə balaca boylu (Natiq
Aslan) seçilməsi
tamaşadakı komizmin
yaranmasını şərtləndirirdi.
Tamaşa boyunca Üzeyir bəyin sonrakı məşhur əsərlərinin ("Arşın
mal alan", "O olmasın, bu olsun") motivləri aydınca sezilirdi. Mərcan bəyin toy səhnəsinin
tərtibində müəyyən
çatışmazlıqlar vardı. Hər halda tamaşa
daha yaxşı alına bilərdi.
Teatrın baş
rejissoru, tamaşanın
bədii rəhbəri,
əməkdar incəsənət
xadimi Rəhman Əlizadə bildirir ki, dahi bəstəkar
Üzeyir Hacıbəyovun
dramaturji fəaliyyətinin
ilk nümunələrindən biri olan "Ər və arvad" musiqili komediyasına müraciət
ideyası heç də asan gerçəkləşməyib:
"Əsər haradasa
fransız vodevillərini
xatırladır. Tamaşada xalq
musiqisindən xüsusi
istifadə olunub.
Vaxtilə Üzeyir bəy
bütün Azərbaycan
xalq mahnılarını,
muğamları nota köçürüb ki,
sabaha qalsın. Bunlar da Üzeyir bəyin xalqımıza ən böyük xidmətidir. "Ər
və arvad" indiyə kimi Azərbaycan teatrının
səhnəsində az oynanılıb. Musiqili Komediya teatrı yeni quruluşda bu tamaşaya gələn il ərzində
müraciət etməyi
planlaşdırır. Amma sovet
dövründə bu əsər çox oynanılmayıb. Bu əsərə xalq teatrlarında daha çox müraciət edilib. Yadıma gəlir, 6-7 yaşım
olanda bu tamaşa Mərdəkanda xalq teatrında oynanılıb. Əsərin ideyasının bu və ya digər
mənada günümüzlə
səsləşdiyini nəzərə
alıb, onu yeni quruluşda müasir variantda səhnələşdirməyi qərara aldıq. Musiqili Komediya Teatrının gələn il bu tamaşanı oynayacağı ilə əlaqədar xahişinə
əməl etdik, tamaşanın adını
"Təzə gəlin"
qoyduq".
Həmçinin tamaşaya
Üzeyir bəyin felyetonları da əlavə edilib. Rəhman
Əlizadə tamaşanın
temperamentinin müəyyən
mənada çatışmazlığını
da etiraf etdi: "Mənim müşahidə etdiyim budur ki, tamaşada
temperament azdır. Adətən vodevildə, musiqili komediyada tiplər çox parlaq olmalıdır. Xüsusən Mərcan bəy obrazının bu mənada daha yaxşı alınmasını
istəyərdim. Ümumiyyətlə, tamaşanın müvəffəqiyyəti
baş rolun ifaçılarından çox
asılıdır. Adətən məişət mövzusunda
yazılmış bir
əsəri canlandırmaq
həm də çətindir. Son 40 ildə ilk dəfə bu əsər dövlət teatrı səviyyəsində oynanılıb".
R.Əlizadə Mərcan
bəyin toy səhnəsində
aktyorların yetkin oyun nümayiş etdirə bilməmələri
ilə bağlı qənaətlərimizə belə
münasibət bildirir:
"Hər halda bu məqamda da cavan aktyorlardan
istifadə etmək mümkündür. Amma əsas məsələ güclü təəssüratın
yaradılmasıdır".
Tamaşanın notları Üzeyir
Hacıbəyovun ev muzeyindən əldə edilib. Bəstəkar Sərdar Fərəcov çətinliklə də
olsa not yazılarını bərpa
edib: "S.Fərəcov
notları axtarıb tapıb. "Ər və arvad"ın notları başqa tamaşalarla müqayisədə dağınıqdır.
Çox musiqilər var ki, tamaşada
ilk dəfə səslənir. Üstəgəl
S.Fərəcov həmin
musiqiləri oranjiman edib". Qaldı ki, musiqilərin daha çox sintezatorla ifa edilməsinə, baş rejissor bunun səbəbini maliyyə çatışmazlığı ilə izah edir:
"Amma hər şeyi maliyyənin üstünə də yıxmaq olmaz".
Aktyor Qurban İsmayılov
deyir: "Hesab edirəm ki, yavaş-yavaş tamaşaya
daha da çox
öyrəşəcəyik. Adətən tamaşadan-tamaşaya
mövzu aktyorun canına, ruhuna daha yaxşı keçir. Bu, kiçik həcmli bir əsərdir. Biz böyük Üzeyir bəyin ruhuna sayğı əlaməti olaraq əsəri məsuliyyətlə
oynadıq, bizdən asılı olan nə varsa, etməyə çalışdıq".
Tamaşada müasirlik əhvalına gəlincə,
Q.İsmayılov hesab
edir ki, əsəri yazıldığı
dövrün əhvalına,
ruhuna uyğun patarda canlandırsaydılar
belə, yenə də söhbətin nədən getdiyi daha yaxşı anlaşılacaqdı: "Amma
bütün hallarda mövzu bugünümüzlə
səsləşir. Təsadüfi
deyil ki, bu gün adda-budda
da olsa, ikiarvadlılıqla bağlı
danışılır. Tamaşaçı
əsərə baxır,
səhnədə göstərilənlərlə
bugünümüz arasında
paralellər axtarır.
Mənə elə gəlir ki, tamaşaçı əsəri
müasirləşdirilmiş versiyada daha yaxşı anlayır. Əslində belədə
o, özünü hadisələrin bilavasitə
daha canlı və fəal seyricisi kimi təsəvvür edə bilir
Xalq cəbhəsi.-2007.- 20 sentyabr.- S.14.