Xuraman Qasımova Opera Teatrından kənarlaşdırılmasıyla barışmaq istəmir

 

"Efirə yol tapan qarışıq musiqilər klassik musiqinin inkişafına mane olur"

Vokal ifaçıları Xuraman Fidan Qasımova bacıları Azərbaycan musiqi sənətinin əsl sənətkarlarındandır. Hər iki sənətkarın musiqi, teatr, hətta kino sənətinə verdiyi yaradıcılıq töhfələri danılmazdır. Artıq 30 ildir ki, onlar musiqi sənətinin təbliğində misilsiz xidmətlər göstəriblər. Bu barədə söhbətimiz elə uzun müddət qonşu Türkiyədə çalışan Xuraman Qasımova ilə oldu. - Xuraman xanım, 30 ildir ki, səhnədəsiniz. Bu müddətdə həyata keçirmək niyyətində olduğunuz, lakin reallaşdıra bilmədiyiniz planlarınız qalıbmı?
   - Əlbəttə, uzun illərdir səhnədə olmağıma baxmayaraq, hələ məni qane etməyən reallaşdırmaq niyyətində olduğum planlarım var.
Məni bu gün iki məsələ narahat edir, biri gənclərlə, digəri isə öz fəaliyyətimlə bağlıdır. Gənclərimizin istedadını qabiliyyətini aşkara çıxara biləcək müəyyən tədbirlər həyata keçirmək Türkiyədə yaşadığım 6-7 il müddətində oradakı tələbələrlə bizimkilər arasında əlaqələr qurmaq konsert proqramları təşkil etmək istəyirəm.
   - Siz eyni zamanda pedaqoq kimi fəaliyyət göstərirsiniz. Klassik musiyqiyə marağı olan, gələcəyinə, istedadına inandığınız tələbələriniz varmı?
   - Var, istedadlı tələbələr çoxdur. Mənim bir neçə tələbəm müsabiqələrdə laureat olub. Ümumiyyətlə, bizdə istedadlı tələbələr az deyil bu sənətə son illər meyl çox artıb. Bu peşə barədə ciddi düşünürlər. Amma bir şeyi qeyd etmək istəyirəm ki, ildən-ilə magistratura bölümünə qəbul olunan tələbələrin sayı bizi qane etsə , vokal solo ifa bölümünə çox az yer ayrılır. Keçən il iki yer ayrılmışdı, bu da çox azdır bu məsələ məni narahat edir.
   - Xuraman xanım, bayaq qeyd etdiniz ki, klassik musiqiyə maraq artıb. Sizə elə gəlmir ki, bu sahəyə maraq artsa da təbliğat azdır. Daha çox bayağı musiqilərə yer ayrılır.
   - Düzdür, efirlərə yol tapan qarışıq musiqilər klassik musiqinin inkişafına mane olur. Ürək ağrısı böyük narahatçılıqla deyə bilərəm ki, bu gün gənclərimiz ona görə həvəslə təhsil almırlar. Onlar çox erkən yaşlarından bu sənətlə məşğul olmağa başlayırlar ki, toy səhnəsinə çıxsınlar. Bu məsələ professional musiqi ilə məşğul olan insanları da mənim kimi narahat etməyə bilməz. Mən şahidi olmuşam ki, təxminən 20-25 il toy məclislərini aparan müğənnilər bunu el arasında deməkdən utanırdılar. İndi isə əksinə, fəxr edirlər toyda səslənən musiqilərin təbliği ilə məşğuldular. Mən demirəm ki, el şənliklərində savadsız müğənnilər olmalıdır, yox. El şənliklərində böyük bəstəkarlarımızın mahnıları ifa edilir, bu da camaatın qarşısında bir təbliğatdır. Mahnılarımız da səviyyəli olmalıdır. Azərbaycan musiqiləri əslində, dünyanın ən gözəl musiqi incilərindən sayılır. Əlbəttə, musiqimizə hətta indi elə axınlar olub ki, biz Çin, türk, ərəb, fars, Hindistan musiqilərini bir-birlərindən fərqləndirə bilmirik.
   - Klassik janrı digər janrlarla müqayisədə ifa etmək bir az çətindir. Bəlkə onlar belə musiqiləri oxumaqla özlərinə daha tez yol tapıb, populyarlıq qazana bilir?
   - Biz gənc olmuşuq yaxşını pisdən ayırmağı bacarmışıq. O da tərbiyə aldığımız mühitdən irəli gəlir. Özümüzə hansısa bir kumir seçəndə sənətkarın sənət yolunu uğurlarını öyrənəndə kimsə bizə nümunə olub. İndi mən bilmirəm ki, bizim gənclərimiz üçün nümunə kimdir? Onlar nümunəni populyar bir insandanmı götürürlər? Amma hesab edirəm ki, bu müvəqqəti populyarlıqdır. Zövqü olan insan, geniş düşüncəli insan yanlış yolda özünə populyarlıq qazanmaz. Onsuz da, yaxşı sənət özünü büruzə verəcək, yaxşı sənətçi özünə bir gün dinləyici çevrəsi tapacaq, yaxşı alqışlar qazanacaq. Onlar bilməlidir ki, milyonlarla insanın qarşısına çıxırlar. Xalq mahnılarını, klassik musiqiləri, əsərləri səhnəyə çıxıb pis ifa etməyə heç kəsin ixtiyarı yoxdur. Biri düşünmür ki, bəlkə mən öz çıxışımla Azərbaycan mədəniyyətinə zərər gətirərəm. Çünki tənqid məsələsi bizdə çox aşağıdır. Bir-birimizi tərifləməkdən heç çəkinmirik. Amma qeyd etdiyim kimi, yaxşı ifaçılarımız da az deyil.
   - Bəs indiki musiqilərin səviyyəsi sizi qane edir?
   - Yox, çünki sözlər mahnı ilə uyğun gəlmir, eyni söz 160 dəfə təkrar edilir. Bizim tarixə daxil olmuş bəstəkarlarımız əsər yaradanda Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Zeynal Cabbarzadə, Vaqif, Füzuli, Nizami kimi görkəmli müəlliflərin mətnlərinə müraciət edirlər. Mahnı yazmağın da qanununu bilmək lazımdır. Amma bu böyük bir təhlükə yaradır. Bu barədə çox ciddi düşünməliyik. Hər yerindən duran oxumaq istəyir. Mən bunun əleyhinə deyiləm. Amma yaxşı olardı ki, buna daha çox haqqı çatanlar ifa etsinlər. Birinə "yox", o birinə "" deməklə deyil ki.
   - Televiziya ekranlarında müsabiqələr keçirilir, buna münasibətiniz necədir?
   - Savad müsabiqədən daha öndədir. Məgər onlar artıq kifayət qədər öz sözlərini dedilər ki, daima yenilərini axtarırlar. Bu yenilər həyatlarında heç bir şey qazanmayıblar. Hər dəfə gəlirlər-gedirlər. Onların arasında bəstəkar sözünü bilməyənlər var. Deyəndə ki, filan mahnını kim yazıb, deyirlər ki, adı yadımdan çıxıb, filan müğənninin repertuarındandır.
   - Söhbətimiz əsnasında özfəaliyyətinizlə bağlı problemlərin olduğunu qeyd etdiniz, nədir o problem?
   - Operasevərlərə yaxşı məlumdur ki, bir neçə korifey opera müğənnilərini, eləcə məni Opera Teatrından kənarlaşdırdılar. Söylədilər ki, artıq sizin təqaüdə çıxan vaxtınıızdır. Səhnə "şou meydanıdır", yəqin ona görə bizim kimi ciddi sənətlə məşğul olanlar onlara lazım olmadığından bizi sıxışdırıb aradan çıxardılar. Guya bizim yerimizə gələn gənclər bizi əvəz edə biləcəklərmi? Yox. Amma əslində onlar hələ bizdən öyrənməli idilər.

 

Üç nöqtə.-2007.-4 sentyabr.-S.13.