Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin açılışı
olmuşdur
Sentyabrın 24-də Azərbaycan
Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku öz xanımları ilə birlikdə Buxarestin mərkəzində
Heydər Əliyev Fondunun nümayəndəliyinin
açılış mərasimində
iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
açılması ilə
bağlı müvafiq
sənədlər toplusu
Rumıniyanın Elmi Tədqiqatlar Agentliyi, Elmlər Akademiyasının
Rəyasət Heyəti,
səhiyyə, xarici işlər, ədliyyə,
mədəniyyət və
təhsil nazirliklərinin,
Baş nazirin müavininin imzaları ilə təsdiq olunduqdan sonra Nazirlər Kabinetinin tam tərkibli iclasında müzakirə
edilərək, Baş
nazirin sərəncamı
ilə müvafiq qərar qəbul olunmuşdur. Qərar Rumıniyanın rəsmi dövlət bülletenində
çap edildikdən və Rumıniya Ali Məhkəməsinin qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minmişdir.
Nümayəndəliyin humanitar
fəaliyyəti ölkə
ictimaiyyəti tərəfindən
dəstəklənmişdir. Məsələn, nümayəndəlik
ahıllar evlərindən
birini hamiliyə götürmüşdür. Nümayəndəliyin
Buxarestin mərkəzində
yerləşən binası
XX əsrin əvvəlində
tikilmiş memarlıq
abidəsidir.
Azərbaycan və Rumıniya prezidentləri nümayəndəliyin açılışını
bildirən rəmzi qırmızı lenti kəsdilər.
Dövlət başçıları
fondun nümayəndəliyi
ilə tanış oldular və Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Besesku nümayəndəliyin həyətində
ağac əkdilər.
Renomed Form tibb mərkəzinin
rəhbəri Dayan Babesku həmin mərkəzin nəzdində
fəaliyyət göstərən,
Krayova şəhərində
yerləşən dializ
və nevrologiya klinikasına Heydər Əliyevin adının verilməsi barədə qərarın surətini Azərbaycan Prezidentinə
təqdim etdi.
Azərbaycan.- 2007.- 25
sentyabr.- S. 1.