Ruslana Mehriban Əliyeva
ilə görüşüb
“Biz siyasətdən
danışmadıq...”
Ukraynanın deputat-müğənnisi Ruslananın
Bakıda sayca ikinci konserti baş tutdu. Konsert öncəsi media mənsubları ilə görüşən
Ruslana “Azərbaycanlı
tamaşaçılar qarşısında
bir daha çıxış edəcəyim
üçün çox
xoşbəxtəm”- deyə
söylədi.
“Natiq” ritm qrupu ilə eyni səhnəni paylaşacağından məmnunluq
hissi keçirən Ruslana, deyəsən, onları yaman bəyənib: “Bu qrupun enerji dolu
ifası məni olduqca valeh etdi”.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevlə
görüşən Ruslana
bu görüşün
gələcəkdə hər
iki ölkə arasında mədəniyyət
sahəsində körpü
rolunu oynayacağını
bildirdi: “Mən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşdüm.
Biz söhbətimizdə
siyasi məsələlərdən
yox, iki ölkə arasındakı
mədəni əlaqələrdən
söz açdıq”.
Nəhayət, gözlənilən
an gəlib çatdı. Qeyd edək ki, iş adamı Səlahəddin Atalayın
təşkilatçılığı ilə düzənlənən
konsert proqramı olduqca yüksək səviyyədə hazırlanmışdı.
Səhnəyə çıxan
Ruslana bir-birinin ardınca ən yeni mahnılarını ifa etməklə yanaşı həm də rəqs edirdi. “Natiq” ritm qrupunun
müşayiəti ilə
təşkil olunan konserti uğurlu saymaq olar.
Yeni Müsavat.-2007.- 4 sentyabr.-S.13.