Kərim Tahirov: “İnternet, elektron
kitabxana kitabla birbaşa ünsiyyəti əvəz edə
bilməz”
Milli Kitabxananin direktorunun
fikrincə, Elektron kitabxana, daha çox, oxucularin rahatliğini
təmin etmək üçündür
Son zamanlarda
internetin, kompüter sisteminin inkişafı ilə əlaqədar kitabla birbaşa təmasa maraq azalıb. Oxucuların
əksəriyyəti məlumatları
əsasən internet vasitəsilə
alır
. Bununla bağlı
M.F.Axundov adına
Milli Kitabxananın direktoru Kərim Tahirovun fikirlərini öyrəndik.
- Qarşıdan
yeni tədris ili gəlir,
bu il üçün
kitabxananızda nə
kimi yeniliklər var?
- Yeni tədris
ili üçün
ən başlıca yeniliklərdən biri analitik təhsil bazasının yaradılmasıdır.
Artıq
Milli Kitabxana bu dərs ilindən
kitablarla yanaşı
qəzet və jurnallarda da gedən məlumatları dərc etmək imkanına malik olacaq. Əgər hər hansı
bir oxucu ona lazım olan kitabı tapa bilmirsə, onda analitik təhsil
bazasına müraciət
edəcək və orada qəzet və jurnallarda həmin mövzuya dair son illərdə gedən məlumatı tapa biləcək. Artıq
500-dən çox qəzet
və jurnallardan aparıcı sahələr
- iqtisadiyyat, neft, hüquq, tarix üzrə məlumatlar analitik təhsil bazasında yerləşdirilib.
Bundan əlavə 2008-ci ilin yanvar ayından oxucuların məsafədən
kitabxanaya yazılması
və məsafədən
kitab sifariş verməsi reallaşacaq.
Yəni,
artıq kitabxanaya üzv olmaq üçün buraya gəlməyə ehtiyac olmayacaq, belə ki, oxucu internet vasitəsilə şəklini
və şəxsiyyət
vəsiqəsinin surətini
göndərməklə qeydiyyatdan
keçəcək. Bundan başqa,
oxucuların kitab sifarişini avtomatlaşdırmaq
fikrindəyik. Bu ilin aprel ayında
ölkə prezidenti kitabxanamızla bağlı
sərəncam imzalayıb.
Sərəncamda 2 il müddətinə
Milli Kitabxananı dünyanın ən modern
kitabxanaları sırasına
çıxardılması üçün tədbirlər
nəzərdə tutulur.
Biz də Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə tədbirlər
planı hazırlayıb
təqdim etmişik.
Bu o deməkdir ki, kitabxanamız tezliklə dünyanın ən müasir kitabxanalarından birinə
çevriləcək. Təkliflər qəbul olunduqdan
sonra biz skanerlərin sifariş olunmasını
da nəzərdə tuturuq. Həmin skanerlər vasitəsilə
bir gün ərzində 6000 min səhifə
üzü köçürə
biləcəyik. Bu da
təxminən bir gün ərzində 15-20 kitab deməkdir, il ərzində
isə kitabxananın böyük sürətlə
zənginləşməsinə gətirib çıxaracaq.
Hazırda kitabxanamızda qiymətli
kitabların nadir nüsxələrinin
mikrofilmləşdirilməsi prosesi gedir.
- Bildiyimizə
görə, bu yaxınlarda Helsinkiyə işgüzar səfəriniz
nəzərdə tutulub.
Bu səfər zamanı hansı işlər görüləcək?
- Milli Kitabxanamız 2005-ci ildən
Avropa Milli Kitabxanalar Konqresi təşkilatının üzvüdür.
Bu təşkilata Avropa İttifaqına daxil olan 51 ölkənin
milli kitabxanası daxildir. Bunlardan biri də bizim kitabxanadır. Artıq 3 ildir ki, bu
təşkilatın üzvüyük.
Hər il
bu təşkilata üzv ölkələrdən
birində illik konfrans keçirilir. Konfransda bütün kitabxanaların
rəhbərləri bir
araya gəlir və milli kitabxanalarda
baş verən yeniliklər haqda məlumat verilir. Ən başlıcası isə
sentyabrın 26-da Finlandiya
milli kitabxanasında keçiriləcək direktorlar
şurasının iclasında
bizim Milli Kitabxanamızın Avropa elektron kitabxanasına daxil olması barədə ilkin sənədin imzalanması
planlaşdırılır. Əgər həyata keçərsə,
2008-ci ildən milli kitabxananın elektron kataloqunda olan bütün məlumatlar birbaşa Avropa elektron kitabxanasına daxil ediləcək.
Bu o deməkdir ki, bizim hər bir oxucumuz istədiyi
vaxt Avropanın istənilən kitabxanasının
virtual istifadəçisi ola bilər. Eyni zamanda avropalı oxucular da bizim
kitabxanamızdan bəhrələnə
biləcək. Belə əməkdaşlığı
Rusiya Milli və ABŞ-ın Konqres kitabxanaları ilə qurmuşuq. Latın əlifbası ilə Azərbaycan dilində ədəbiyyatın kütləvi
nəşri haqda prezident sərəncamına
uyğun şəkildə
bu gün Azərbaycan və dünya klassiklərinin əsərləri kütləvi
tirajla çap olunur. Sərəncama
əsasən, hər il 25 min nüsxə
kitab çap olunur və kitabxanalara pulsuz paylanır. Bu da
kitabxanalarımızın zənginləşməsində
xüsusi əhəmiyyət
kəsb edir. Artıq 9 milyon nüsxə kitab çap olunaraq kitabxanalara verilib.
- Sizcə,
elektron kitabxananın fəaliyyət göstərməsi
nə dərəcədə
əhəmiyyətlidir və
bu kitabxananın fəaliyyəti birbaşa
oxucuların azalmasına
səbəb olmurmu?
- Elektron kitabxananın fəaliyyət
göstərməsi, məlumatların
elektron kataloqda yerləşdirilməsi hələlik
Azərbaycan üçün
yenilikdir, ancaq dünyanın bir çox ölkələrində
bu proses artıq təcrübədən
keçib və çox gözəl də nəticə verib. Milli Kitabxanada
da artıq 2006-cı ilin may ayından internet saytı fəaliyyətə
başlayıb. Bu saytın içərisində
elektron kitabxana yerləşdirilib. Bu gün elektron kataloqda Azərbaycan dilində təxminən
90 min ədəbiyyat öz
əksini tapıb.
200-dən çox kitab isə elektron kitabxanada yerləşir. Oxucularımız sərbəst şəkildə
istənilən məsafədən
bizim elektron kitabxanamızdan istifadə
edə bilərlər.
Təbii
ki, bunun üstünlükləri çoxdur.
Doğrudur, çoxları düşünürlər
ki, elektron kitabxanalar kitabxanaların potensial oxucularının azalmasına gətirib çıxaracaq, amma mən qətiyyən belə fikirləşmirəm.
İnternet, nə elektron
kitabxana kitabla canlı ünsiyyəti əvəz edə bilməz. Əlbəttə, elektron kitabxana,
elektron kataloq oxucuların rahatlığını
təmin etmək üçündür. Əgər
oxucu hər hansısa bir sorğu üzrə kitab axtarırsa öz yaşadığı
və ya işlədiyi ünvandan bizim saytımıza daxil ola
bilir. Bundan başqa, gündüz
kitab oxumaq imkanı olmayan oxucu gecə saatlarında sayt vasitəsilə kitabxanadan
istifadə edir. Bunların hamısı operativliyi təmin edir, zaman və məkan
problemlərini aradan qaldırır. Bu günə kimi elektron kitabxanamızdan istifadə edən oxucuların sayı 28 mini
ötüb. Bu oxucuların hamısı qeydiyata alınır.
Bir daha deyirəm ki, elektron kitabxananın
fəaliyyət göstərməsi
heç də oxucuların sayının
azalmasına gətirib
çıxarmır, əksinə,
yeni oxucuların qazanılmasını təmin
edir.
525-ci qəzet.- 2007.- 8 sentyabr.- S. 24.