"Britanika Ensiklopediyası"nda Qara Qarayevin milli mənsubiyyəti barədə təhrif olunmuş məlumat düzəldilmişdir

 

Bu barədə Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin rəhbəri Xəzər İbrahim bildirmişdir

 

X.İbrahim Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən məsələ ilə bağlı "Britanika Ensiklopediyası"nın baş redaktoru Deyl Hoyberqə müraciət olunduğunu qeyd edərək, təxirəsalınmaz addımların atıldığını nəzərə çatdırmışdır.

"Britanika"nın ofisindən ölkəmizin ABŞ-dakı səfirliyinə bildirmişlər ki, ensiklopediyanın bazasında Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin milli mənsubiyyəti barədə məlumat düzəldilmişdir.

Həm kitab şəklində nəşr olunan, həm internetdə elektron varianta malik Britanika Ensiklopediyasının baş ofisi ABŞ-ın İllinoys ştatında yerləşir.

 

Respublika.- 2007.- 4 sentyabr.- S. 2.