Cavadov S.
Latın
qrafikası ilə çap olunan kitablar məktəb və
kitabxanalara çatdırılır
"Kitab bilik
mənbəyidir", "Kitab
insanın ən yaxın dostudur". Kitab haqqında bu kimi çoxlu
sayda qiymətli sözlərə rast gəlmişik. Bir neçə il bundan əvvəl, xüsusilə gənc nəsil latın qrafikasına keçidlə
bağlı kitab oxumaq, mütaliə etmək üçün müəyyən çətinliklər
qarşısında qaldı.
O zaman kifayət qədər dərsliklər
belə yox idi.
Digər tərəfdən
istər Azərbaycan,
istərsə də dünya klassiklərinin əsərlərinin kirillə
olması orta məktəb şagirdlərini
və ali təhsil ocaqlarının
tələbələrini problem
qarşısında qoymuşdu.
Yaranmış çətinliyin aradan qaldırılması
ilə əlaqədar
Respublika Prezidenti İlham Əliyev 12 noyabr 2004-cü il tarixdə "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" sərəncam
imzaladı.
Ölkə başçısının
xeyirxah addımından
sonra respublikamızın
təhsil ocaqlarına
latın qrafikası ilə çap olunan dərsliklər, bədii ədəbiyyat nümunələri
göndərildi. Bütün
kitabxanalar da həmin kitabları aldılar. Bu iş ardıcılıqla
davam etdirilir.
Hacıqabul Rayon Təhsil Şöbəsi
2007-2008-ci dərs ili ilə əlaqədar
1-11-ci siniflər üzrə
35 min 302 nüsxə pulsuz dərsliklə təmin edilmişdir. Məktəb direktorlarının
müşavirəsində dərsliklərin
nömrələnməsi, hər
bir şagirdə çatdırılması qərara
alınmış və
bu iş müvəffəqiyyətlə həyata keçirilmişdir.
Dərsliklər kitabxana
fonduna daxil edildikdən sonra siniflər arasında bölüşdürülmüşdür. Şagirdlərin hamısı
bütün dərsliklərlə
təmin olunmuşdur.
Rayon təhsil şöbəsi latın qrafikası ilə bu il nəşr
olunmuş 6 min 340 nüsxə bədii ədəbiyyat nümunəsi
almış və məktəb kitabxanalarına
çatdırmışdır. Rayon məktəblərində
dərsliklərin və
bədii kitabların qorunub saxlanılması daim diqqət mərkəzindədir. Bununla
bağlı vaxtaşırı
olaraq seminar-müşavirələr keçirilir.
Rayon mədəniyyət
və turizm şöbəsinin xətti
ilə də bu sahədə müəyyən işlər
görülmüşdür. Hazırda Hacıqabulda 32 dövlət kütləvi
kitabxanası fəaliyyət
göstərir. Onlardan
1-i rayon mərkəzi,
1-i uşaq, 6-sı şəhər-qəsəbə
və 24-ü kənd
kitabxanalarıdır. Prezidentin
İcra Aparatının
xətti ilə rayona 2005-ci ildə 16 min 705, 2006-cı ildə 1332, 2007-ci ilin 9 ayında 6 min 500 ədəd latın qrafikası ilə çap edilmiş kitab verilmişdir. Bundan əlavə, respublika Mədəniyyət
və Turizm Nazirliyi, habelə ayrı-ayrı yazıçı və şairlər tərəfindən
rayona xeyli sayda kitablar göndərilmişdir.
Daxil olan ədəbiyyat nümunələri arasında
dünya klassiklərindən
V.Şekspir, V.Hüqo,
T.Drayzer, E.Heminquey, L.Tolstoy, A.Puşkin, N.Hikmət, Azərbaycanın
şair və yazıçılarından N.Gəncəvi,
M.Füzuli, Ə.Xaqani, İ.Nəsimi, S.Ə.Şirvani, M.F.Axundov, C.Cabbarlı, S.Vurğun, H.Cavid, M.Müşfiq, S.Hüseyn,
çağdaş ədəbiyyatımızın
görkəmli nümayəndələri
B. Vahabzadə, H.Arif, M.Araz, Ə.Cəfərzadə, Anar, Elçin, S.Rüstəmxanlı,
H.Abbaszadə və başqalarının seçilmiş
əsərləri vardır.
Azərbaycan.-2007.- 26 sentyabr.-S.7.