Qaliboğlu E.

 

“Ağıllı oxucu ilk növbədə dünyadakı yeniliklərlə maraqlanır”

 

Kərim Tahirov: “İndi hamı dəqiq, aydın, operativ informasiya almaq istəyir”

 

Hazırda dünyada kompüter texnologiyaları yüksək səviyyədə inkişaf edib, internetdən istifadə çoxalıb. Son vaxtlar internet vasitəsilə mütaliə qaydası da geniş yayılıb: bu, operativlik, dəqiqlik baxımından əhəmiyyətlidir. Məhz bu və başqa səbəblərdən kitab oxumağa meylin azalması tez-tez müzakirə mövusuna çevrilir. M.F.Axundov adına Respublika Milli Kitabxanasının direktoru Kərim Tahirovla hazırda kitaba münasibət, oxucu problemi ilə bağlı söhbətləşdik.

-  Bu gün müstəqillik dönəmində soydaşlarımızın kitaba münasibətində yeni dövrün əhvalı daha çox müşahidə olunur. Bu məsələ ilə bağlı necə düşünürsünüz?

- Sovet dövrü ilə müqayisədə tamamilə başqa bir əhval-ruhiyyə mövcuddur. İndi insanların hər şeyə münasibəti əvvəlki dövrdən    fərqlidir. Adətən,  müstəqilliyini qazanan ölkənin həyatında ilk dövrlər çətinliklər olur. Həmişə cəmiyyət  quruculuğunda nəsə yeni bir əhval-ruhiyyəyə ehtiyac olur. Bu məsələlərdə son illər müəyyən irəliləyişlər var. Milli Kitabxana Azərbaycanın ən böyük kitabxanasıdır. Bir gün ərzində kitabxanaya orta hesabla 820-850 oxucu gəlir. O demək deyil ki, oxucuların kitabxanaya marağı azalıb. Sözügedən rəqəm heç də kiçik rəqəm deyil. Bu gün kitabxanamızın potensial oxucularının sayı 40 min nəfərə çatır, virtual oxucularımızın sayı isə 30 minə yaxınlaşır. Kitabxananın oxuculara təqdim etməyə yeni ədəbiyyatı, kitabı, jurnal-qəzeti nə qədər çox olarsa, bu, təbii olaraq oxucular arasında mütaliənin artmasına təkan verən amillərdən biri olar. Oxucunu kitabxanaya cəlb etməyin ən optimal yolu budur. Bu gün hamı dəqiq, aydın, operativ informasiya almaq istəyir. Ağıllı oxucu ilk növbədə həm də dünyadakı yeniliklərlə maraqlanır.

Ölkə başçısının sərəncamı ilə 3 ildən artıq bir müddətdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri çap olunub, kitabxanalar yeni nəşrlərlə təchiz edilib. Son illər bu minvalla 9 milyon nüsxə kitab çap olunub. Bu, az göstərici deyil. Artıq oxucularımızın istifadə etməyə latın qrafıkası ilə kifayət qədər kitabları var. Ötən ayın sonlarında ölkə başçısının yeni bir sərəncamı iləDünya ədəbiyyatıseriyasından 150 cildlik çap olunacaq. Hesab edirəm ki, bu, oxucular tərəfindən yaxşı qarşılanacaq. Sevindirici haldır ki, bu gün xüsusən gənclərin mütaliəyə marağı artıb.

- Amma indi kompüter texnologiyalarından istifadə istər-istəməz canlı kitablardan istifadəni məhdudlaşdırır. Azərbaycanda   internetdən istifadə edənlərin sayı durmadan artmaqdadır. Ümumiyyətlə, insanların yaradıcı şəkildə kompüterdən istifadə etməsi bütün hallarda canlı kitab oxumağı əvəz etmir.

- Bəli, kitabla canlı ünsiyyəti heç əvəz etmir. Dünyanın müxtəlif inkişaf etmiş ölkələri bu mərhələni çoxdan keçiblər. İndi-indi internet kitabxanalarımıza  ayaq  açır, ayrı-ayrı kitabların məzmunu, kataloqları, fondları, internetdə yerləşdirilir. Dünyada bununla bağlı 20-30 illik təcrübə var. Hər il sentyabr ayında Avropa Milli Kitabxanalar Konfransının iclasına qatılıram. Bu il Helsinkiyə gedəcəyəm. Hər il bu sahənin həmkarları bir ölkədə görüşürük. Ümumi  qənaətlər onu göstərir ki, artıq oxucular yenidən kitaba üz tuturlar. İnternet heç vaxt kitabı əvəz edə bilmir. İnternet   kitabxana oxucularının kitabxanadan oxucularının kitabxanadan istifadəsini asanlaşdırmaq, operativliyi təmin etmək üçündür. Bu cür istifadə məkan, zaman problemini aradan qaldırır. Əgər oxucunun kitabxanaya gəlmək imkanı yoxdursa, kitabxanamızın elektron kataloquna müraciət edir, istədiyi kitabı seçir, düyməni basır, məzmunu oxuyur. Yaxud da oxucu dünyanın müxtəlif kitabxanalarından bu sayaq istifadə edir. Müqayisə üçün deyim ki, ötən illərdə virtual oxucularımızın sayı dəfələrlə az idi. Bizdə bu sahədə inkişaf var, amma ola bilsin, bir neçə ildən sonra bu sahədə təbii olaraq geriyədönmə baş versin, yəni oxucular canlı kitab oxumağa daha çox üstünlük versinlər.

- Kitabxananın mövcud elmi-texniki imkanları dünyanın müəyyən kitabxanaları ilə müqayisə edilərsə, hansı nəticələr meydana çıxar?

-  2005-ci ildə kitabxanamız Avropa Milli Kitabxanaları Konfransı  üzvlüyünə  qəbul edilib. Hər il bir ölkənin kitabxanasında     müşahidələr aparılır. Müqayisələr prosesində kitabxanamızın imkanlarını özüm üçün  götür-qoy edirəm.  Kitabxanamız maddi-texniki təchizat, texniki səviyyə s. müəyyən səbəblərdən hələ ki, dünyanın aparıcı kitabxanalarının səviyyəsindən geri qalır. Bu ilin aprel ayında ölkə başçısı "Milli Kitabxananın modernləşdirilməsi dünya kitabxanalarının səviyyəsinə qaldırılması məqsədilə tədbirlər görülməsi barədə" sərəncam imzaladı. Artıq xüsusi tədbirlər planı işləyib Prezident Aparatına təqdim etmişik. İnanıram ki, uzağı 2009-cu ilə kimi kitabxanamız dünyanın ən modern kitabxanalarından birinə çevriləcək. Burada kitabxananın daxili xarici interyerinin tamamilə yenidən qurulması, internet təchizatının müasir tələblər səviyyəsinə qaldırılması, elektron informasiya, kommunikasiya avadanlığı ilə tam təchiz edilməsi sahəsində çox mühüm tədbirlər görüləcək. Növbəti ilin büdcəsində bütün bunlar nəzərdə tutulacaq. Kitabxanamızın dünya elektron kitabxana sisteminə qoşulması üçün optimal şərait yaranacaq.

Bu gün ölkəmizin maddi imkanları getdikcə artır. Artıq kitabxananın xarici görkəminin yaxşılaşdırılması üçün köklü işlərə başlanılıb. Bu məqsədlə xüsusi işıqlandırma sistemi qurulacaq. Kitabxananın elektron informasiya bazası mövcuddur. Artıq burada yüzlərlə kitabın mətni öz əksini tapıb. Bu o deməkdir ki, artıq internet vasitəsilə kataloqumuz, fondumuz bütün dünyaya yayımlanır. İnternetdən istifadəçilər arasında xarici ölkələrdən oxucularımız üstünlük təşkil edir. Xarici ölkələrdə bu gün internetdən istifadə insanların məişətinə daha çox daxil olub. Bizdə hələ ki, bu məsələ yeni-yeni inkişaf etməyə başlayır. Artıq 2 əsr bundan əvvəl çap olunmuş kitabları mikrorfılmləşdirib oxucuların ixtiyarına veririk, həm konservasiya edib gələcək nəsillərə saxlayırıq.

Qafqazda kitabxanamız imkanları baxımından öndədir. Hələ Tiflis kitabxanasının elektron kataloqu yoxdur. Ermənistanda ümumiyyətlə, bu barədə söhbət getmir. Hələ Ermənistanın Avropa Milli Kitabxanaları Təşkilatına daxil olması məsələsinə bu il baxılacaq. Biz veto qoysaq, bəlkə Ermənistan keçə bilməyəcək.

 - Rusiyada kitabçılıq işi necədir?

-   Rusiya  böyük  dövlətdir, imkanları çoxdur. Amma deməzdim ki, bu gün Milli Kitabxanamızın modernizasiya səviyyəsi Rusiyanın səviyyəsindən çox geridir. Bizim kitabxananın saytı vasitəsilə Rusiyanın Milli Kitabxanasının saytına birbaşa girişimiz var.   Əgər  tədqiqatçılarımız əvvəllər aylarla  Moskvada oturub dissertasiya işi yazırdılarsa, bu gün Moskvaya getmədən birbaşa Moskvanın Milli Kitabxanasının fondundan istifadə edə bilərlər. Bu barədə qarşılıqlı müqaviləmiz var. Hazırda kitabxanada 70-dən artıq kompüter var. Oxucuların istifadəsinə 8 kompüter verilib. Oxucunun internetdən istifadəsinə məhdudiyyət qoyulmur, amma o, yalnız maarifçilik saytlarına girə bilər. Fonoteka zalında eyni vaxtda 15 nəfər əyləşib musiqiyə qulaq asa, tədqiqat işi apara bilər. Artıq Yaponiyadan alınmış avadanlığın köməkliyilə qrammofon valları disklərə köçürülür. Artıq 100-dən çox plastinka diskə köçürülüb. Oxucular disklərdən istifadə edirlər, qrammofon valları isə xüsusi şəraitdə mühafizə edilir. Bu mənada Səs Yazıları Arxivi ilə əməkdaşlıq edirik.

-  Nəşriyyatlar kitabxanaya nıəcburi kitab,  qəzet-jurnal nüsxələrini göndərirlərmi?

-   Elə nəşriyyatlar var ki. nəşr etdikləri kitab qəzetlərin nüsxələrini bizə göndərirlər. Əksər nəşriyyatlar, qəzet-jurnallar bu qaydaya əməl etmirlər. Bu da nəşriyyatların çap məhsullarının, qəzet-jurnalların nüsxələrinin sabahda qalmaması deməkdir. Çünki kitablar,  qəzet-jurnallar yalnız kitabxanalarda, arxivlərdə ciddi şəkildə qorunur, saxlanılır, həmçinin tədqiqata cəlb olunur. Artıq oxucular bundan sonra internet vasitəsilə istədikləri ədəbiyyatı sifariş verə, az sonra gəlib kitabları burada oxuya biləcəklər. Hazırda bu məsələ üzərində gedir".

 

Xalq cəbhəsi.- 2007.- 6 sentyabr.- S. 14.