Zümrüd

 

Londonda Azərbaycan kitabxanası yaradılıb

 

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diasporasının təşəbbüsü ilə Londonda Azərbaycan kitabxanası yaradılıb.

"İrəli" Ümumrespublika Gənclər hərəkatının həmtəsisçisi Elnarə Qəribovanın Londonda kitabxana yaradılması işinə hərəkatın Avropa ofisi də dəstək verib: "Londonda yaradılmış Azərbaycan kitabxanası dünya ölkələri üzrə birincidir. İlk dəfədir ki, xarici ölkələrdən birində Azərbaycan kitabxanası yaradılır". Elnarə Qəribova deyib ki, kitabxananın kitablarla təmini istiqamətində hərəkat bir sıra tədbirlər həyata keçirəcək və müntəzəm olaraq kitabxanaya müxtəlif sahələrə aid olan kitablar göndərəcək: "Bir sözlə, "İrəli" bu işin böyük bir qismini öhdəsinə götürüb. Çalışacağıq ki, kitabxanaya gələn istənilən hər bir şəxs özünü Azərbaycanda hiss etsin və ölkəmiz barədə istənilən məlumatları toplaya bilsin”.

 

Səs.- 2007.- 18 sentyabr.- S. 12.