Bakının rusdilli mədəniyyətinin fenomeni
Paytaxtın Azadlıq prospektində yerləşən Rus Mədəniyyəti Mərkəzi
yaranmasının 13 illiyini
qeyd etmişdir. Bu illər
ərzində mərkəz
rus dili və mədəniyyətinin,
adət və ənənələrinin qorunması
və təbliği, habelə millətlərarası
əlaqələrin, rus
və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı
təsirinin və qarşılıqlı zənginləşməsinin
möhkəmləndirilməsi sahəsində çox böyük iş görmüşdür.
Burada görkəmli mədəniyyət və
incəsənət xadimlərinin
yaradıcılığına həsr olunmuş ədəbi-musiqili gecələr, Milad, Pasxa, Maslenitsa və s. kimi
dini bayramlar münasibətilə ənənəvi
konsertlər təşkil
edilir. Böyük rus şairinin şərəfinə keçirilmiş
“Puşkiniana” da bayram şənliklərinə
çevrilmişdir.
Rus xalq və klassik musiqisinin, mahnı və rəqslərinin ən yaxşı ifası üçün
“Könül təranələri”
respublika müsabiqə-festivalı da Azərbaycanın musiqili həyatında hadisəyə
çevrilmişdir. Həmin
festivalda peşəkarlarla
yanaşı, özfəaliyyət
kollektivləri və ifaçıları da çıxış edirlər.
Festivallar rus xalq və klassik
yaradıcılığına ictimaiyyətin diqqətini
cəlb etmiş, yeni adları və gənc istedadları tanıtmaqla mahir ifaçıları üzə çıxarmışdır.
Festivallarda təkcə
Bakıdan deyil, habelə Gəncə, Lənkəran, Şamaxı
və İsmayıllıdan
olan kollektivlər və ifaçılar da iştirak edirlər.
Artıq onuncu ildir ki, Rus
Mədəniyyəti Mərkəzinin
təşkil etdiyi yolka şənlikləri Bakıda keçirilən
ən yaxşı Yeni il və
Milad yolkası şənlikləri hesab olunur. Uşaq bayramlarının ssenarisi
də rus xalq nağıllarının
motivləri əsasında
yazılır, tamaşalarda
isə özfəaliyyət
kollektivlərinin ən
yaxşı üzvləri
və Bakı teatrlarının artistləri
iştirak edirlər. Mərkəzdə, sözün
əsl mənasında,
peşəkarlardan ibarət
yaradıcılıq kollektivləri
çalışır. Məsələn, “Rusiya çölləri” vokal-instrumental ansamblı
(bədii rəhbər
Q.Çernoqorov), “Oxuyan
ürəklər” qadın
vokal ansamblı (bədii rəhbər
İ.Kazımova), “Zəriflik”
rəqs ansamblı (bədii rəhbər Q.Semyonova), “Çal, qarmon!” rus xalq
mahnıları ansamblı
(bədii rəhbər
V.Limberq), uşaq xoru (bədii rəhbər A.Sazonova),
şairlər klubu kimi kollektivlər vardır. Onların hamısı bir çox respublika müsabiqə və festivallarının laureatı
və mükafatçısıdır.
Mərkəzə yarandığı
gündən indiyədək
Bakı Musiqi Akademiyasının dosenti Svetlana Barinova başçılıq edir.
Onun fədakar əməyi sayəsində
Rus Mədəniyyəti
Mərkəzi ölkənin
elmi və yaradıcı ziyalılarının
ən yaxşı nümayəndələrini, habelə
istedadlı gəncləri
öz ətrafında
birləşdirmişdir.
Xalq qəzeti.-2007.-9
sentyabr.-S.2.