Buxarestdə Heydər Əliyev adına parkın açılışı
Sentyabrın 24-də Buxarestdəki
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adını daşıyan
parkın açılışı
olmuşdur. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku və onların xanımları iştirak etmişlər.
2004-cü ilin oktyabrında
burada zəmanəmizin
görkəmli siyasi xadimi Heydər Əliyevin büstünün
açılışı olmuşdur. Əlamətdar
haldır ki, 1989-cu il inqilabından sonra Rumıniyada xarici ölkələrin siyasi xadimlərindən yalnız 3 nəfərin -
Şarl de Qoll, Mustafa Kamal
Atatürk və Heydər Əliyevin abidələri qoyulmuşdur.
Bu ilin mart
ayında parkda başlanmış yenidənqurma
işləri avqust ayında başa çatdırılmışdır. Burada "Heydər Əliyev Azərbaycan xalqının ümummilli
lideridir" xatirə
kompleksi, üç uşaq meydançası,
bir idman meydançası yaradılmışdır.
İtibucaqlı ulduz şəklində olan mərkəzi fəvvarənin
dövrəsində altı
musiqili fəvvarə quraşdırılmışdır. Parkda fasiləsiz olaraq Azərbaycan və rumın xalq musiqisi səslənir.
Parkın hasarının
üzlənməsində Azərbaycan
və rumın milli naxışlarından
ibarət metal pannodan istifadə edilmişdir. Əsas giriş qapısı Azərbaycan milli memarlıq üslubunda - şəbəkəli tağ
formasında düzəldilmişdir.
Parkda yenidənqurma işləri aparılarkən
yaşıllaşdırmaya xüsusi diqqət yetirilmişdir. Burada təxminən 30 min çiçək, beş
min kol əkilmiş,
sahəsi 4 hektardan çox olan çəmənlik salınmışdır.
Parkın bütün
mərkəzi hissəsinə
qranit plitələr döşənmişdir. Burada
100 oturacaq yeri olan amfiteatr vardır.
Parkın girəcəyində
Azərbaycan Prezidenti İlham Əliyevi, Ruminya Prezidenti Trayan Beseskunu və onların xanımlarını Buxarestin
ikinci sektorunun meri Nekulay Onsamu
və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
İoan Pop de Popa qarşıladılar.
Mərasimdə çıxış
edən Nekulay Onsamu dövlət başçılarını salamlayaraq
dedi ki, Buxarestdə Heydər Əliyev parkının açılması Azərbaycan-Rumıniya əlaqələrinin
inkişafının parlaq
təzahürüdür.
Rumıniya-Azərbaycan
Dostluq Cəmiyyətinin
sədri İoan Pop de Popa
vurğuladı ki, Heydər Əliyev Rumıniyanın dostu idi, o, iki
ölkənin strateji tərəfdaşlıq münasibətlərinin
təməlini qoymuşdur.
O, Bakıda görkəmli
rumın bəstəkarı
Corc Eneskuya abidə ucaldılmasına
görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Rumıniya Prezidenti Trayan Besesku çıxışında bildirdi
ki, Buxarestdə Heydər Əliyev Fondunun nümayəndəliyinin
və Azərbaycan xalqının ümummilli
liderinin adını daşıyan parkın açılması Azərbaycan
və Rumıniya xalqları arasında dostluq münasibətlərinə
əyani sübutdur. O
dedi ki, Xəzər və Qara dəniz regionlarında təhlükəsizlik
və sülh zonası yaradılması
üçün hər
iki ölkə çox səy göstərir. Rumıniya
beynəlxalq hüququn
dövlətlərin ərazi
bütövlüyü və
sərhədlərin toxunulmazlığı
kimi prinsiplərinə
riayət edilməsinə
xüsusi əhəmiyyət
verir.
Prezident İlham Əliyev mərasim iştirakçılarını
Azərbaycan-Rumıniya
münasibətlərinin tarixində
əlamətdar gün
- bütün həyatını
öz xalqına xidmətə həsr etmiş Heydər Əliyevin adını daşıyan parkın açılışı münasibətilə
təbrik etdi. O bildirdi ki, ümummilli
liderin rəhbərliyi
altında Azərbaycanın
müstəqilliyi möhkəmlənmişdir
və indi ölkəmiz sürətlə
inkişaf edir.
Dövlətimizin başçısı
Azərbaycan-Rumıniya
münasibətlərinin genişlənməsindən
bəhs edərək dedi ki, Rumıniya
Azərbaycanın müstəqilliyini
tanımış ölkələrin
sırasında ikincidir.
O, Azərbaycanın Avratlantik
strukturlarına inteqrasiya
səylərinin, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində
ölkəmizin ədalətli
mövqeyinin dəstəklənməsinə
görə Rumıniya
rəhbərliyinə təşəkkürünü
bildirdi.
Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq
kimi, humanitar sahədə əlaqələr
də fəal inkişaf edir. Bakıda rumın bəstəkarı Corc Eneskuya abidə ucaldılması və Buxarestdə Heydər Əliyev parkının açılışı buna
əyani sübutdur. Azərbaycan dövlətinin
başçısı əmin
olduğunu bildirdi ki, dost Rumıniya
ilə Azərbaycanın
əlaqələri daha
da genişlənəcəkdir.
Azərbaycan və Rumıniya prezidentləri və onların xanımları Heydər Əliyevin büstü önünə gül qoydular.
Sonra dövlət başçıları parkı
gəzdilər, Tei gölünün əsrarəngiz
panoramına tamaşa
etdilər.
Gəzinti zamanı Buxarest Texniki Universitetinin Heydər Əliyev təqaüdçüləri
olan azərbaycanlı
tələbələr Prezident
İlham Əliyevə
yaxınlaşaraq, ona
minnətdarlıqlarını bildirdilər. Buxarestin türk və tatar diasporlarının nümayəndələri Azərbaycan
Prezidentinə üzərində
aşağıdakı sözlər
yazılmış plaket
təqdim etdilər:
"Azərbaycan türklərinin,
bütün türk dünyasının lideri mərhum Heydər Əliyevin xatirəsinə
ehtiram əlaməti olaraq bu abidənin
ucaldılmasına və
bu parkın açılışına görə
Sizə təşəkkürümüzü
bildiririk".
Sonra parkda Azərbaycan və rumın artistlərinin iştirakı ilə konsert oldu.
Azərbaycan.-2007.-25 sentyabr.-S.2.