Kəngərlidə Tarix Diyarşünaslıq Muzeyi təşkil olunub

 

Açılış mərasimində çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Kəngərli bölgəsinin çox qədim tarixi olduğunu vurğulayan Vasif Talıbov bu qədim diyara məxsus eksponatların indiyədək məktəblərdə, şəxsi arxivlərdə qorunub saxlanıldığını dilə gətirib: “Artıq Kəngərlinin maddi-mədəniyyət nümunələri rayonun özündə qorunacaq. Qonaqlar, rayon sakinləri, məktəblilər bu eksponatlarla tanış olacaq öz doğma ocaqlarının qədim eyni zamanda şərəfli tarixi ilə qürur duyacaqlar. Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı  Ramiz Cəfərov belə bir muzeyin təşkilini rayonda aparılan sosial-iqtisadi inkişafın nəticəsi olduğunu söyləyib. Qeyd edək ki, muzeydə qədim, orta yeni dövrləri əks etdirən 1400-dən çox eksponat nümayiş olunur. Binanın ikinci mərtəbəsində isə Kəngərli Rayon Mədəniyyət Turizm Şöbəsinin həmkarlar təşkilatı fəaliyyət göstərəcək

 

Zaman.-2007.-6-7 sentyabr.-S.8.