Cəvahir
«Pəncərə» dərgisi
işıq üzü gördü
Ədəbi
dərgilər sırasına biri də əlavə edildi.
Günel Anarqızının baş redaktorluğu ilə
işıqüzü görən jurnal «Pəncərə»
(Mədəniyyətə baxış) adlanır. Dünən
Müslüm Maqomayev adına Filarmoniyada jurnalın təqdimat
mərasimi düzənləndi. Mədəniyyət və
Turizm Nazirliyinin dərgisi olan «Pəncərə»nin təqdimat
mərasimində tanımış mədəniyyət və
söz adamları iştirak etdi. Qeyd
edək ki, jurnal ayda bir
dəfə nəşr
olunacaq. Ədəbi, eləcə də mədəniyyət aləmində
baş verən yeniliklər, maraqlı layihələr «Pəncərə»də yer alacaq.
Mərkəz.- 2007.- 12 sentyabr.- S. 16.