Səbinə

 

"Norveçli muzey işçilərinə işğal altında olan muzeylər barədə məlumat veriləcək"

 

Azərbaycan Norveç muzeyləri arasında saziş imzalanıb

 

Ötən gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyinin direktoru Harald Yakobsen və muzeyin meneceri Anna Kari Skaarı qəbul edib. Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyinin nümayəndə heyətinin sentyabrın 23-dən Azərbaycana səfəri başlayıb. "Azərbaycan Norveç muzeyləri arasında əlaqələr" adlı səfərin əsas məqsədi qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanmasıdır.

Azərbaycanla Norveç arasında sıx mədəni əlaqələrin mövcud olduğunu bildirən Mədəniyyət Turizm naziri Ə.Qarayev məhz Norveçin köməyi ilə İçərişəhər Qobustan tarixi abidələrinin YUNESKO-nun Mədəni İrs siyahısına salınmasını yada salıb: "Bu əməkdaşlıq müqaviləsi Azərbaycan Norveç muzey işçiləri arasında əlaqə yaratmaq məqsədi daşıyır. "Bu gün Qarabağda işğal altında qalan dağıdılmış muzeylərin vəziyyəti barədə məlumat veriləcək. İşğal altında qalan Cəbrayılın Tarix-Diyarşünasq Muzeyinin bütün əşyaları çıxarılıb onlar hazırda Muzey Mərkəzində qorunur".

Stavanger şəhərinin Arxeologiya Muzeyinin Azərbaycan nümunələrinin təbliğ olunmasında böyük rolu olduğunu qeyd edən Ə.Qarayev 6 ay müddətində bu sərgiyə 10 min tamaşaçının maraq göstərdiyini vurğulayıb: "Belə böyük maraq sözsüz ki, mədəniyyətimizin zənginliyindən xəbər verir. Nəzərdə tutulan seminarlar belə təqdimatların keçirilməsindəki stil təcrübə mübadiləsi aparmağa, artıq yeniləşən Azərbaycan muzeylərində belə sərgilər təşkil etməyə imkan verəcək". Azərbaycanla Norveç arasında eyni zamanda elmi əlaqələrin yaradılması, bizim mədəni irsimizin qorunması ilə bağlı müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılır.

Harald Yakobsen çıxış edərək, keçirilən sərgilərin görüşlərin əməkdaşlığa dair ilkin addım olduğunu qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. "Mən müharibənin olmasına baxmayaraq, muzey materiallarını tapıb gətirənlərlə maraqlanacağam. Azərbaycanda hazırda belə adamlar var. Onlarla müəyyən, müzakirələr aparacağam". Görüşdən sonra "Azərbaycan və Norveç muzeyləri arasında əlaqələr" adlı saziş imzalanıb. Sazişə əsasən, ilkin olaraq bu ilin payızında Bakıda hər iki ölkənin muzey işçilərinin iştirakı ilə I seminar keçiriləcək. 2008-ci ildə isə müvafiq olaraq II seminarın Osloda keçirilməsi nəzərdə tutulub.

 

Paritet.- 2007.- 25-26 sentyabr.- S. 10.