İçərişəhərin baş planı təqdim olunub

 

Dünən Muzey Mərkəzində Dünya Bankının təşəbbüsü ilə hazırlanmış İçərişəhər Tarixi Memarlıq Qoruğunun baş planının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev İçərişəhərin Azərbaycanın ən qiymətli tarixi abidəsi olduğunu deyib. O bildirib ki, 2001-ci ildən etibarən Şirvanşahlar Sarayı, Qız Qalası İçərişəhər kompleksi, bu ildən isə Qobustan qoruğu UNESCO-nun "Bəşəriyyətin mədəni irsi" siyahısına daxil edilib: "İçərişəhərin təhlükə altında olan mədəni abidələr sırasında olması sözsüz ki, bizi narahat edir. Amma İçərişəhər ölkə başçısının Mehriban xanım Əliyevanın diqqətindədir. Müxtəlif beynəlxalq təşkilatlar da vəziyyəti yaxşılaşdırmaq üçün kömək göstərirlər. Üç il bundan əvvəl Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmağa başlanan İçərişəhərin idarəetmə planı Mədəniyyət Turizm Nazirliyi tərəfindən tamamlanıb. Bu işin gerçəkləşməsində bizə Dünya Bankı kömək edib".

Nazir 27 sentyabrın Beynəlxalq Turizm Günü olduğunu bu tədbirin belə bir gündə keçirilməsini məqsədəuyğun saydıqlarını vurğulayıb. Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov İçərişəhərin qorunub saxlanılması üçün daha vacib addımların atılmasının vacibliyini qeyd edib: "İçərişəhərin master-planı hazırlanır ümidvaram ki, gələn ilin bu vaxtlarına həmin layihə təqdim olunacaq. Bu planın hazırlanması üçün yaradılan komissiyaya UNESCO-nun ekspertləri yerli mütəxəssislər cəlb edilib". Dünya Bankının Azərbaycandakı nümayəndəsinin çıxışından sonra İçərişəhərin baş planı təqdim olunub.

 

Kaspi.- 2007.- 28 sentyabr.- S.8.