Çiçək B.

 

Abidələrin monitorinqi davam edir

 

Dörd təbii va səkkiz mədəni sərvətimizin Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində də iş aparılır

 

Məlum olduğu kimi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Yeri gəlmişkən, dövlət başçısı da Qobustan qoruğunun ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında sərəncam verib. Sənəddə Qobustan qoruğunun idarə olunması, inkişaf və qorunub saxlanması ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılıb. Bu ay təkliflər quruma təqdim olunmalıdır.

Qeyd edşk ki, sərəncamda yer alan bəndlərin icrası ayrı-ayrı təşkilatlara tapşırılıb. Mütəxəssislər hesab edirlər ki, bu tapşırıqlar qoruğun sərvətlərinin qorunması və inkişafı ilə birbaşa bağlıdır. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov söyləyir ki, Qobustanın mədəni sərvətlərinin dünya əhəmiyyəti var: "Hətta Dünya Mədəni İrs Komitəsinin sədri etiraf edib ki, Qobustan Dünya Mədəni İrs Siyahısının incisidir".

Məlumat üçün bildirək ki, Ümumdünya Mədəni İrs Siyahısında 800-dən artıq abidə var. İtaliya, İspaniya, Yunanıstan və Fransa abidələri bu siyahıda çoxluq təşkil edir. Bu onunla əlaqədardır ki, Azərbaycanda mədəni irsin qorunmasına əsasən müharibədən sonra başlanıbsa, İtaliya bu işə XVIII əsrdən girişib. Təsadüfi deyil ki, italiyalıların 40-dan çox abidəsi bu siyahıda yer alıb.

Ümumdünya İrs Siyahısına həm mədəni, həm də təbii sərvətlər daxil oluna bilər. Onu da qeyd edək ki, Gürcüstanın və Ermənistanın sözügedən siyahıda üç abidəsi var. R.Bayramov bunu onunla əlaqələndirir ki, adları çəkilən ölkələrdə bu istiqamətdə iş çoxdan aparılırmış: "Düzdür, biz bir az yubanmışıq. Hazırda abidələrin sənədləri üzərində işləyirik".

R.Bayramovun dediyinə görə, dörd təbii, səkkiz mədəni sərvətimizin daxil olduğu siyahı hələ 1995-2000-ci illərdə UNESCO ekspertləri Azərbaycan nümayəndələri ilə birlikdə hazırlanıb. "Suraxanı atəşgahı", "Naxçıvan türbələri", "Xəzəryanı müdafiə tikililəri", "Şuşa şəhəri", "Şəki xanları evi" mədəni sərvətləri "Hirkan qoruğu", palçıq vulkanları, "Bakı pilləkənləri", Binəqədidə yerləşən "Qır gölü" təbii sərvətləri bu siyahıda yer alıb. Artıq mədəni sərvətlərimizdən ikisi bu siyahıya daxil edilib. Keçən il isə Hirkan qoruğunun sənədləri geri qaytarılıb. Bu meşələrin bir hissəsi İranda yerləşdiyi üçün təbii sərvətin bir yerdə təqdim olunması tövsiyə edilib. Hazırda İran tərəfi sənədləri hazırlayır.

"Şuşa şəhərinin işğal altında olması bu abidənin siyahıya daxil olmasında çətinliklər yaratmayacaq ki?" sualını cavablandıran nazirlik rəsmisi bildirdi ki, bu, istisna deyil: "Çünki Şuşanı artıq biz idarə etmirik. Ona görə onu siyahıya daxil edə bilməyəcəyik. Lakin Xarici İşlər, Mədəniyyət Turizm nazirlikləri dəfələrlə beynəlxalq təşkilatlara, Avropa Şurasına, UNESCO-ya bununla bağlı müraciətlər edib. Tələbimiz o olub ki, mədəni sərvətimizin qorunması təmin edilməlidir".

Onu da qeyd edək ki, 2000-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 6308 abidə dövlət qeydiyyatına götürülüb. Dövlət başçısının ötən il "Bakı şəhərində memarq abidələrinin bərpası" ilə bağlı sərəncamına uyğun olaraq qeydiyyata götürülmüş abidələrin monitorinqi həyata keçirilir: "Bu sərəncam çox yerinə düşdü. Çünki yeni aşkarlanan abidələr qeydiyyata götürülməlidir".

Hazırda AMEA-nın Arxeologiya vo Memarlıq, İncəsənət institutla ilə birgə monitorinq aparılır. Dəyəri olan abidələr qeydiyyata alır.

R.Bayramov söyləyir ki, konservasiya olunmalı dağılmasının qarşısı ammalı olan abidələrimiz var: "Ancaq bu problem deyil, XII əsrin abidəsi təbii şəraitdən dağılmağa başlayır. Dağlarda yerləşən əksər qalalarda ya körpülərdə belə problemlər var. Abidə baxımsız olacağı təqdirdə, dağılmaq təhlükəsi gözləniləndir. Abidələrdo insan nəfəsi olmadır. Abidələrin qorunmasında ictimaiyyətin rolu olmalıdır. Əhali ətrafında olan abidələrin dəyərini bilməlidir".

Söhbət əsnasında onu da öyrəndik ki, Mədəniyyət Turizm Nazirliyi işğal altında olan abidələrimizin kataloqunun "siqnal" nüxsəsini hazırlayıb. Amma təəssüflər olsun ki, işğal altındakı bütün abidələrimiz haqqında məlumat yoxdur. Belə ki, sovet dövründə abidələr siyahıya anmayıb."Dağq Qarabağdakı abidələrimiz barədə məlumat almaqdan ötrü UNESCO-nun missiyasını gözləyirdik. Ancaq bir sıra səbəblərdən missiya gələ bilmədi. Lakin onların yolunu gözləyirik. Yalnız bundan sonra işğal altında olan abidələrimiz haqqında məlumat əldə edə bilərik", - deyə R.Bayramov bildirdi.

 

Ayna.- 2007.- 15 sentyabr.- S. 20.