Eyvazlı E.
Tikdim ki, izim qala...
Ölkəmizdəki 6308 abidəni
dövlət mühafizəçisi qoruyur
Bu gün Azərbaycanda
3 mindən artıq tarixi abidə dövlət
tərəfindən mühafizə olunur. Onların
1400-ü Bakı şəhərində
yerləşir. Qeyd edək ki, bu
il tarixi abidələrin qorunmasına
və saxlanılmasına
dövlət büdcəsindən
təxminən 2 milyon
manat vəsait ayrılıb. Bu vəsait ötən illə müqayisədə
xeyli çoxdur. Belə ki,
2006-cı ildə tarixi abidələrin
qorunmasına və saxlanılmasına dövlət
1 milyon 600 min manat vəsait ayırmışdı. Mədəniyyət
və Turizm Nazirliyindən verilən məlumata görə, büdcədən ayrılan
vəsait hazırda görülən işlər
üçün yetərlidir.
Onu da bildirək
ki, Prezident İlham Əliyev 2006-cı il 18 avqust
tarixində monumental heykəltəraşlıq abidələri,
xatirə-memorial və
memarlıq kompleksləri
ilə bağlı sərəncam imzalayıb.
Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb
ki, Bakı şəhərində, eləcə də digər
şəhər və rayonlarda ucaldılmış monumental
heykəltəraşlıq abidələri, xatirə-memorial
və memarlıq komplekslərinin ümumi görkəminin qorunub-saxlanılması
və ətrafının abadlaşdırılması
üçün müvafiq tədbirlər görülsün. Prezidentin
sərəncamından irəli gələn
vəzifələrdən biri də dövlət
mühafizəsinə götürülən abidələrin
əhəmiyyət dərəcəsinə görə
yenidən reyestrinin aparılmasıdır. Abidələr
əhəmiyyətlilik dərəcəsinə görə 3
yerə bölünürlər: dünya
əhəmiyyətli, ölkə əhəmiyyətli və
yerli əhəmiyyətli. Abidələrin yenidən siyahıya
alınmasına böyük ehtiyac olduğunu deyən
Mədəniyyət və Turizm Nazirliyi mədəni irs
şöbəsinin müdiri Rizvan Bayramov qeyd edir ki, 2001-ci
ildə tərtib edilən dövlət mühafizəsində
olan tarixi abidələrin siyahısı 1968, 1981 və 1988-ci
illərin məlumatına əsasən işlənib: "Bu
illər ərzində isə tarixi abidələr insan və
təbiət faktorunun təsiri altında xeyli
dəyişikliyə məruz qalıb". Onun
sözlərinə görə, çoxlu sayda məhv olan
və yeni aşkarlanan tarixi abidələr var ki, onların
qeydiyyatının aparılması vacibdir.
Nazirlik rəsmisi deyib
ki, dünya əhəmiyyətli abidəiərin bərpa
işlərinə maliyyə vəsaiti dövlət
tərəfindən ayrılır: "Ancaq ölkə əhəmiyyətli
abidələrin təmirinə ehtiyac varsa, qanuna görə,
bu məbləği istifadəçi ödəməlidir.
Yerli əhəmiyyətli abidələrdə isə bu
baxımdan daha geniş imkanlar var. Yaxın günlərdə
40-a yaxın abidənin mühafizə zonasının
yaradılması və onların bərpası işləri ilə
bağlı layihələndirmə işləri
aparılacaq".
Məlumat
üçün bildirək ki, Azərbaycanda 6308 tarixi
abidənin 400-ə yaxın dövlət
mühafizəçisi var. Məsələn, Qala
kəndində 180 abidəni cəmi 4 mühafizəçi
qoruyur. Mədəniyyət və Turizm Nazirliyində isə
bunu həmin tarixi abidələrin bir-birinə yaxın yerləşməsi
ilə izah edirlər.
Milli Məclisin
Mədəniyyət məsələləri daimi
komissiyasından verilən məlumata görə, indiki zamanda
tarixi və mədəni abidələrin qorunmasına
böyük ehtiyac duyulur: "Həm ölkə daxilində,
həm də sərhədlərimizdən kənarda olan,
xalqımıza məxsus abidələrin dəqiq
siyahısını hazırlamalı, bundan sonra isə
onların qorunması üçün ciddi addımlar atılmalıdır.
Burada həm inzibati metoddan, həm də
maarifləndirmədən istifadə edilməlidir. Ehtiyac
duyularsa, bu yöndə qanurivericilik, sahəsində də
dəyişiklik edilə bilər. Əsas
odur ki, tarixi abidələrimiz lazımi səviyyədə
qorunsun. Biz mövcud abidələri gələcək nəslə
çatdırmağa borcluyuq".
Xəzər.- 2007.-1 sentyabr.- S. 12.