Xəlilov T.
Hacıqabul
abidələr diyarıdır
Hacıqabul
Azərbaycanın strateji yollar üzərində
yerləşən qədim yurd yerlərindən biridir. Bu
ərazidə saysız-hesabsız maddi-mədəniyyət
nümunələrinin olması da dediklərimizə
sübutdur. Hacıqabul rayonunda dövlət qeydiyyatına
alınmış 14 abidə vardır. Bunların
içərisində ən məşhuru XI-XIII
əsrlərin yadigarı olan ölkə əhəmiyyətli
Pir Hüseyn Xanəgahı Tarix-memarlıq kompleksidir. Bir
zamanlar bu nadir sənət incisi baxımsızlıq
ucbatından bərbad vəziyyətə düşmüşdü.
2004-cü ildə Pir
Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun
yaradılması hər şeyi dəyişdi, əsaslı
bərpa işləri başladı. Son dövrdə bərpa
işləri sürətlənmiş, keyfiyyət
yüksəlmişdir. Xüsusilə Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Naziri Əbülfəs
Qarayevin və nazirin birinci müavini Ədalət Vəliyevin
qoruqda olmaları, öz tövsiyələrini vermələri
işlərin vüsətini daha da artırmışdır.
Qoruğa xarici
qonaqların axını güclənmişdir.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
Mədəni İrs şöbəsi tərəfindən
Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq
Qoruğuna Hacıqabul abidələrinin elmi-tədqiqat
işlərinin tapşırılması
maddi-mədəniyyət nümunələrinin
öyrənilməsinə, qorunmasına diqqəti
artırmışdır.
Belə ki, rayon
ərazisində dövlət qeydiyyatında olan 14 abidənin
real vəziyyəti öyrənilmiş, yeniləri uçota
alınmağa başlamışdır.
Rayon polis
şöbəsinin sahə müvəkkilləri ilə
bərabər abidələr yerləşən
ərazilərdə müntəzəm reydlər keçirilir,
onların dağılmasının qarşısı
alınır.
Rayonun məktəblərində, idarə müəssisələrində müntəzəm görüşlər keçirilir, izahat işləri aparılır.
Məktəblilər arasında «Hacıqabul abidələr diyarıdır» mövzusunda disputlar, rəsm müsabiqələri keçirilmişdir. Qoruq əməkdaşları «Pir Hüseyn Şirbanı», «Hacıqabulda turizmin inkişaf perspektivləri», «Hacıqabulun yeni tikinti arxeoloji tədqiqatları» topluları və 30-dan yuxarı mətbuatda məqalələr dərc etdirmişlər. İl ərzində Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunda 6 dəfə telekanallarda verilişlər göstərilmişdir.
18 aprel 2007-ci il tarixində qoraq işçiləri rayon ictimaiyyətinin iştirakı
ilə tarix-diyarşünaslıq muzeyində
maraqlı tədbir keçirmişlər.
Hacıqabul ziyalıları dəfələrlə Azərbaycan MEA-nın Prezidentinə abidələrlə zəngin olan rayon ərazisində arxeoloji ekspedisiyaların təşkili barəsində müraciət etmişlər. Yaxşı olardı ki, daimi işləyən «Hacıqabul arxeoloji ekspedisiyası» fəaliyyətə başlayaydı.
Tarixi abidələri qorumaq və təbliğ etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Mədəni-maarif.- 2007.- ¹ 7.- S. 12.