Xəlilzadə F.

 

Tarixi binalar ikinci ömrünü yaşayır

 

Hər bir memarlıq binası öz varlığında təkcə doğulduğu tarixi deyil, həm də məxsus olduğu dövrün mədəni mühitini, maddi imkanını, yaradıcısının təfəkkür tərzini, düşüncəsini əks etdirir. Bu səbəbdən memarlıq abidələrinin - binalarının mühafizəsi dünyanın diqqət mərkəzində dayanıb. Onları qorumaq, saxlamaq, gələcək nəsillərə çatdırmaq çox vacibdir.
Azərbaycan dövləti milli mədəniyyətimizin ayrı-ayrı məqamlarını özündə əks etdirən memarlıq binalarının qorunmasında, bərpasında gələcək nəsillərə çatdırılmasında maraqlıdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu sahədə səmərəli tədbirlər həyata keçirilib. Bir tərəfdə tarixi binaların qorunması ilə bağlı müəyyən işlər görülürdüsə, digər tərəfdə yeniləri yaradılırdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan abidələrinin taleyi ilə bağlı müxtəlif təmayüllü sərəncamlar imzalayaraq bir sıra tədbirlərin həyata keçirilməsinin təşəbbüskarıdır.
Paytaxtımız tarixi binalarla zəngindir. Onların böyük əksəriyyətinə "memarlıq abidəsi" statusu verilib hazırda dövlət tərəfindən qorunur. Mərhum yazıçı Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" adlı kitabında qədim Bakının keçmişindən maraqlı məlumatlar verib. Həmin kitabda oxuyuruq: "Şəhər qala divarları içərisində idi. Küçələr darısqal, əyri, evlər bir-ikimərtəbəliE Diqqəti cəlb edəcək üç böyük bina vardı. Təpədə Şirvanşahlar Sarayı, Qoşa qala qapısı, yaxud Şamaxı darvazaları yanında Bakı xanlığının sarayı, bir əfsanəvi Qız qalası". Müəllifin yazdığına görə, Qız qalasından yerin altı ilə üç istiqamətə - Ramana qalasına, Bibiheybət məscidinə, Yasamal dərəsinə - Qurd qapısına yol gedərmiş. O dövrdə Bakıda üç böyük atəşgah olub. Onlardan biri Suraxanıda, ikincisi Pirallahıda, üçüncüsü Şübanı dağlarında imiş. Bakı əslində lap qədimdən mədəniyyət ocağı kimi dünyanın diqqətini çəkibmiş. Manaf Süleymanovun yazdıqlarından bəlli olur ki, Bakının ilk memarlarından biri Qasım bəy Hacıbababəyov olub. Doğma şəhəri o qədər ürəkdən sevirmiş ki, onun məhəllələrini layihələşdirəndə son dərəcə ustalıqla planlaşdırma aparırmış. Şəhərin relyefini, yerin topoqrafiyasını, dərə-təpə olmasını nəzərə alaraq küçələri pilləvari şəkildə planlaşdırmağa çalışırmış. Onun layihələrinə rus Avropa memarları heyran qalarmışlar. Bakı təkcə qara qızılı ilə deyil, zahiri görünüşü, gözəlliyi ilə şöhrət tapmışdır. Bakıya gələn qonaqlara, varlı imkanlı insanlara əylənmək üçün taxtadan bir bina da tikdirmişdilər. Onu əhənglə elə ağartmışdılar ki, şəhər əhli arasında adına " klub" deyərdilər. Hansı səbəbdənsə, bu klub yanaraq külə dönüb. Şəhərin sərvət sahiblə\ri bələdiyyə idarəsini məcbur ediblər ki, mütləq yay klubu tikdirsin. O zaman tikiləcək yeni mədəniyyət ocağının layihəsini Monte-Karlo şəhərində olan filarmoniyaya baxaraq hazırlayıblar. O dövrdə Monte-Karlo filarmoniyası gözəlliyinə görə Avropada birinci yer tuturdu. Bizim memarlar da onun ikincisini XIX əsrin sonlarında məhz Bakıda inşa etdilər. Uzun illər insanlara mədəni xidmət göstərən bu mədəniyyət ocağı ötən əsrin sonlarında demək olar ki, sıradan çıxmışdır. İlləri, müəyyən təbii prosesləri yola salaraq müxtəlif deformasiyaya məruz qalan Filarmoniya ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə yenidən həyata qayıtdı. Aparılan təmir bərpa işləri nəticəsində Azərbaycan Dövlət Filarmoniyası bu gün paytaxtın qızıl tacına dönmüşdür. Gecələr xüsusilə gözəl görünən Filarmoniya binası bu gün ikinci ömrünü yaşayır.
Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyev İçərişəhərin mühafizəsi ilə bağlı vaxtilə bir neçə sərəncam imzalamışdır. Ötən il avqustun 18- Prezident İlham Əliyev bu işin uğurlu davamı kimi "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası qorunması haqqında" sərəncam verdi. İçərişəhərlə bağlı imzalanan bütün sərəncamlarda Bakının nadir tarixi-memarlıq abidələri ilə bağlı bir sıra ciddi məsələlər qaldırılaraq əlaqədar təşkilatların diqqətinə çatdırılmışdır. Bu da səbəbsiz deyildir. Təkcə İçərişəhərdə 50-dən artıq memarlıq maddi-mədəniyyət abidəsi var. Bu ərazinin mühafizəsi olduqca vacibdir. Təəssüf ki, İçərişəhərin taleyi ilə bağlı çalınan həyəcan təbilinə çox hallarda laqeydlik göstərilir. Bu səbəbdən onun tarixi siması pozulub. Cənab İlham Əliyevin sərəncamı ilə əlaqədar müəyyən strukturlar, aidiyyəti təşkilatlar İçərişəhəri qorumaq üçün onun mühafizəsi ilə bağlı yeni tədbirlər həyata keçirməlidirlər.
Tarixin əks-sədası olan hər bir abidənin insan əlinin sığalına ehtiyacı var. Prezident İlham Əliyevin 2 aprel 2007-ci ildə "Azərbaycan Respublikasında monumental heykəltəraşlıq abidələri, xatirə, monumental memarlıq kompleksləri haqqında" imzaladığı sərəncamda deyilir: "Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün abidələr xatirə-memorial memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti estetik təsir gücü ilə səciyyələnir. Həmin əsərlər insanların tarixini-mənəvi dəyərlərə hörmət məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edirE
Azərbaycanda monumental heykəltəraşlıq abidələrinin, xatir
ə-memorial memarlıq komplekslərinin ümumi bədii-estetik görkəminin milli-mənəvi dəyərlərə uyğunlaşdırılmasını, habelə yerləşdikləri ərazilərin abadlaşdırılması təmin edilməlidir". Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumların qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Sərəncamın önəmli cəhətlərindən biri budur ki, cənab İlham Əliyev XX əsrdə ucaldılmış, lakin görünüşü bugünkü dövrdə bizi qane etməyən, yəni, dünya standartlarına uyğun olmayan bəzi xatirə komplekslərinin azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılmasının zəruri olduğunu qeyd etmişdir. Həmin sərəncamda yeni tarixi etnoqrafik abidələrin yaradılması da nəzərdə tutulmuşdur.
Ölkəmizdə milli mədəni sərvətlərin qorunması bu gün dövlətimizin diqqət mərkəzində dayanıb. Çalışılır ki, respublikanın artan iqtisadi potensialı əsasında mədəniyyət sahəsind
ə mühüm işlər aparılsın, bir sıra mədəniyyət ocaqları yaradılsın. Eləcə onların fəaliyyət göstərdiyi binalar müasir standartlara cavab versin. Uzun illər fəaliyyətsiz dayanan Yaşıl Teatr məhz ölkə başçısının xüsusi qayğısı nəticəsində yenidən həyata qayıdaraq ikinci ömrünü yaşamaqdadır. Vaxtilə bakılıların çox sevdiyi bu ünvan yenidən şəhərimizin maraqlı mədəniyyət ocaqlarından birinə çevrilib.
Cənab İlham Əliyev 6 mart 2007-ci ildə "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncam imzaladı. Bu sərəncamdan sonra paytaxtın bir sıra muzeyləri beynəlxalq standartlara cavab vermək məqsədilə əsaslı təmirə dayanıb. İncəsənt, Ədəbiyyat, Tarix muzeyləri ikinci ömürlərinə qədəm atmaq məqsədilə insan qayğısı nəticəsində rəngini dəyişməkdə, gözəlləşməkdədir.
Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş, uzun illər bu unudulmaz şəxsiyyətin iştirakı ilə keçirilmiş tədbirlərə, mərasimlərə şahidlik etmiş Heydər Əliyev adına Saray əsaslı təmirə dayandırılıb. Burada gedən yenidənqurma işləri ilə tanış olmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev həmin mədəniyyət ocağında olmuş, memarlara, dizaynerlərə öz tövsiyələrini vermişdir. Xəzərin ayna sularında əksi daha maraqlı görünən Hökumət evinin binası his-pasın içində qaralmışdı. Onun fasadında aparılan təmizlənmə əməliyyatları binaya yeni görünüş gözəllik vermişdir.
Şəhərimiz indi əsl tikinti meydanına bənzəyir.
Bir tərəfdə yaşayış evləri ucaldılırsa, bununla bahəm, tarixi abidələr qorunur, bərpa edilir, yeni elmi mərkəzlər, muzeylər, mədəniyyət ocaqları yaradılır. Ən gözəli isə tarixi abidələrin təmiri, bərpası, dünya standartlarına uyğunlaşdırılması, beləliklə , ikinci ömrə qədəm qoymasıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Bizim borcumuz bütün Azərbaycanı dəyişdirməkdir, onu inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir". Ulu öndərin arzusu bu gün ləyaqətlə həyata keçirilir.

Azərbaycan.-2007.-14 sentyabr.-S.7.