İsayev Ə.

Şəmkirin sirri açılır

 

Regionların İctimai İnkişafı Birliyinin təşəbbüsü ilə Qərb bölgəsində bir sıra faydalı işlər görülür. Səhiyyə təhsil müəssisələrinin təmirinə kömək göstərilir, bir sıra mədəni-kütləvi tədbirlər keçirilir. Ziyalılar, müxtəlif sənət sahibləri, veteranlar, uzunömürlülər haqqında kitablar nəşr edilir. Bu yaxınlarda daha bir xeyirxah addım atılıb. Birliyin vəsaiti rayon icra hakimiyyətinin köməyi ilə qədim Şəmkirin tarixi araşdırılır.
Şəmkir çayı vadisində genişmiqyaslı işlər görülür. Neçə vaxtdır ki, burada Mədəniyyət Turizm Nazirliyinin Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun mütəxəssisləri axtarış işləri aparırlar.
Qədim Şəmkir şəhərinin "canlı" izləri hələ uzaqdan diqqəti cəlb edir. Arran üslubunda tikilmiş divarların, habelə aşırımlı körpünün bəzi qalıqları bu günə kimi qalıb. Əsas tarix isə alimlərin dili ilə desək torpağın alt qatındadır. Oğul lazımdır ki, onu üzə çıxarsın.
Şəmkir hələ orta əsrlərdən Azərbaycanın mühüm iqtisadi, hərbi - inzibati mərkəzlərindən biri kimi tanınırdı. Tarixi mənbələrdə Beyləqan, Gəncə Şabran şəhərləri ilə yanaşı Şəmkirin adı çəkilir. Bərdə-Tiflis karvan yolunun üstündə dayaq məntəqələrdən biri sayılırdı.
Şəhərin xarabalıqları neçə əsr bundan əvvəl alimlərin diqqətini cəlb edirdi. Keçən əsrin 70-80-ci illərində memarlar tədqiqat işləri aparmış, Narınqala divarlarının bərpasına cəhd göstərmişlər. İlkin tədqiqatlar nəticəsində qala divarları içərisində şəhərin iyirmi bir hektar sahədə yerləşdiyi zənn edilirdi. İndi isə alimlər deyirlər ki, qədim şəhərin ərazisi daha böyük olub - 28 hektar imiş. Bu, Şəmkiri Azərbaycanın orta dərəcəli şəhərləri sırasına daxil etməyə əsas verir.
Ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyevlə söhbət etdik. Alim deyir ki, Şəmkir şəhəri dövrün memarlığına uyğun olaraq dördbucaqlı plan quruluşuna malik idi. Narınqala, şəhristan bir rabad, yəni bayır şəhəri. Şəhristan Narınqala qalın divarlarla əhatə olunmuşdu. Onun böyük bir hissəsi torpağın altında qalmışdı. İndiki tədqiqatın əsas məqsədlərindən biri Narınqalanın şərq divarını açaraq təmizləmək, onun konstruktiv xüsusiyyətləri, inşaat texnikası, bədii tərtibatı ilə bağlı suallara aydınlıq gətirməkdən ibarətdir. Hazırda divarın 80 metr uzunluğundaki hissəsi üzə çıxarılıb. Onun hündürlüyü 4,5-5 metr, bəzi yerlərdə isə 5,5 metrə çatır. Arran memarlıq məktəbi üçün səciyyəvi olan polixrom, qarışıq hörgü ilə inşa edilib. Çay daşından, zəyəmdən bişmiş kərpicdən istifadə olunub. Qazıntılar zamanı müxtəlif təyinatlı əmək alətləri, məişət avadanlığı nümunələri, saxsı qablar, bəzək əşyaları, mis pullar s. tapılıb.
Narınqalanın daxilində onun şərq tərəfində - azı dörd yüz kvadratmetr sahədə qazıntı işləri davam edir. Bişmiş kərpic çay daşından hörülmüş tikili kompleksi aşkar edilib. Divarlarının qalınlığı bir metrdən artıq olan həmin kompleks iki otaq bir dəhlizdən ibarətdir. Otaqlardan yalnız birinin zirzəmisi qalmışdır. Digər otağın, habelə dəhlizin döşəməsi bişmiş kərpiclərlə örtülüb.
Şəmkir çayı üzərində iki körpü mövcud olub. Onlardan nisbətən salamat qalanı on aşırımlı imiş. Bu, təxminən on birinci əsrin yadigarıdır. İndi həmin tarix dəqiqləşdirilir.
Tarix Dostiyev deyir ki, qazıntılar dörd ay üçün nəzərdə tutulub. Müddət başa çatmaq üzrədir. Amma görüləsi çoxdur. Hər bir tapıntı yeni qaynaqdan, yeni istiqamətdən xəbər verir. Əgər Regionların İnkişafı İctimai Birliyi yenə maliyyə dəstəyi göstərərsə biz işimizi ardıcıl şəkildə davam etdirmək niyyətindəyik.
Qaracəmirli kəndində aparılan arxeoloji qazıntılar zamanı Qafqazın ən qədim tikililərindən biri aşkarlanıb. Hazırda geniş düzəngahda qızğın gedir. Burada beynəlxalq ekspedisiya çalışır. Almaniyanın maliyyə dəstəyi ilə Azərbaycan, Almaniya Gürcüstan alimləri tərəfindən tədqiqat işləri aparılır.
Ekspedisiyanın rəhbəri, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlyas Babayevlə görüşüb söhbət etdik. Alimin dediyinə görə, burada aşkarlanan yaşayış binası təxminən 2500 il bundan öncə tikilib. Arxeoloqlar saray tipli inzibati binada səkkiz otaq bir neçə sütun müəyyən ediblər. Binanın bünövrəsi çınqıl daşdan, divarları isə o dövr üçün səciyyəvi olan çiy kərpicdən tikilib. Bu, eramızdan əvvəl birinci minilliyin ortalarında mövcud olmuş Əhəmənilər dövrünün yadigarıdır. Şəmkirin bu qədim yaşayış məskəni Gürcüstandakı Qumbati, Qazaxdakı Sarıtəpə, İrandakı Pasarqard, Personol Suz şəhərlərinə bənzəyir.
Şəhərin tarixi haqqında elmi ekspedisiyanın fikri
yekdildir. Ekspedisiya çox səriştəli çox nüfuzludur. Burada Almaniyanın Münhen muzeyindən, arxeologiya institutundan Hall universitetindən altı nəfər çalışır. Qonşu Gürcüstandan da bir professor bir nəfər rəssam gəlib. Almaniyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Per Stankina qonağımız olub, bizim tarixi tapıntımıza yüksək qiymət verib.
Professor İ.Babayev deyir ki, Şəmkir ərazisində böyük təpələr çoxdur. Həmin ərazilər geniş bölgəni əhatə edir görünür ki, bura Əhəmənilər dövründə böyük inzibati mərkəz olub. Almaniyadan xüsusi aparatlar gətirmək təpələrin altında nələr olduğunu yoxlamaq fikrindəyik.

Azərbaycan.-2007.-1 sentyabr.-S.5.