Qocayeva A.
Mədəniyyətə
qayğı
Ölkə
başçısı İlham Əliyev sentyabrın 17-də
"Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə
fəxri adların verilməsi haqqında" sərəncam
imzalamışdır. Bu sərəncama əsasən 47
nəfər mədəniyyət xadimi müxtəlif fəxri adlara
layiq görülmüşdür. Dövlətin mədəniyyət
sahəsinə göstərdiyi diqqət və qayğı
daimi xarakter daşıyır.
Prezident İlham Əliyev 2007-ci ildə bu istiqamətdə bir neçə sərəncam imzalamış və bu sərəncamlarla müvafiq olaraq neçə-neçə mədəniyyət xadimi fəxri adlara, Vətənin ən ali orden və medallarına, Prezident təqaüdü və Prezident mükafatına layiq görülmüşdür. Mədəniyyət xadimlərimiz sərhədlər aşaraq milli mədəniyyətimizi, incəsənətimizi, onun zənginliyini, qədim tarixini dünya xalqlarına ləyaqətlə təbliğ edirlər. Bu mənada onlar hər cür hörmət və ehtirama layiqdirlər.
Bu ilin birinci ayında "Teatr və teatr fəaliyyəti haqqında" Qanun qəbul edildi. Bu Qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, teatr fəaliyyətinin və teatrlara dövlət qayğısının hüquqi əsaslarını müəyyən edir.
15 yanvar 2007-ci ildə ölkə başçısı "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzaladı. Bu sərəncama müvafiq Mədəniyyət və Turizm Nazirliyinə bir sıra tapşırıqlar verildi.
Paytaxtda İncəsənət Mərkəzinin açılması mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının ən parlaq nümunələrindən biri oldu.
Bu mərkəz müasir incəsənət anlayışının təbliğinə xidmət edəcək.
Prezident 13 mart 2007-ci ildə "Yazıçılar, rəssamlar və bəstəkarların yaradıcılıq şəraitinin yaxşılaşdırılması haqqında" sərəncam imzaladı. Hazırda sərəncam icra edilir.
Dövlətimizin başçısı gənc istedadlara xüsusi qayğı ilə yanaşaraq onların yaradıcılıq fəaliyyətlərini artırmaq məqsədilə "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" imzaladığı sərəncama əsasən 25 yaşına çatmamış hər bir gənc istedada 300 manat təqaüd verilir.
Hər il olduğu kimi bu il də prezidentimiz mədəniyyət və incəsənət adamlarını yaddan çıxarmamış, onlara qayğı ilə yanaşmışdır.
"Azərbaycan Respublikasında monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və
memarlıq kompleksləri haqqında" Prezidentin
2 aprel
2007-ci ildə imzaladığı sərəncam bu sahənin adamlarına verilən
ən yüksək qiymət oldu.
Bu il Prezident İlham
Əlyevin imzaladığı
sərəncamlarla milli
mədəniyyətimizin inkişafındakı
xidmətlərinə görə
bir sıra görkəmli sənətkarlarımız,
tarzən Ramiz Quliyev, bəstəkar, xalq artisti Firəngiz
Əlizadə, tanınmış
xanəndə Alim Qasımov, rejissor Azərpaşa Nemətov və başqaları "Şöhrət"
ordeni ilə təltif edilmişlər.
Bütün bunları
nəzərə alaraq
qətiyyətlə deyə
bilərik ki, ölkə başçısının
sentyabrın 17-də imzaladığı sərəncam
sonuncu deyil və bu xeyirxahlıq
ardıcıl davam etdiriləcək.
İki sahil.- 2007.- 26 sentyabr.- S. 6.