Şərurda nadir tapıntı aşkar edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi ekspedisiyası Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində apardığı arxeoloji qazıntıları yekunlaşdırıb. Bu barədə APA-ya ekspedisiyanın rəhbəri Səfər Aşurov məlumat verib. O bildirib ki, eneolit ilk tunc dövrünə aid edilən bu tarixi abidə Avropa alimlərinin diqqətini cəlb edib. Ötən il Azərbaycan Fransa arxeoloqları ərazidə birgə tədqiqat aparıblar. Azərbaycan arxeoloqlarının bu il avqustun 1- başladığı arxeoloji qazıntılar başa çatsa da, kəşfiyyat işləri hələ davam etdirilir. Uzunmüddətli ekspedisiya zamanı Ovçular təpəsinin bütünlüklə tədqiq olunması planlaşdırılıb. Builki arxeoloji qazıntılar zamanı tədqiqat sahəsi 800 kvadrat metrə çatdırılıb. İlk dəfə olaraq bu il geomaqnitik üsulla Ovçular təpəsinin bütün yeraltı quruluşunun planı hazırlanıb aero-foto çəkilişlər aparılıb. Tədqiqatlar nəticəsində orta tunc dövründən ta orta əsrlərə qədər yaşayış yerləri, sədlər, qəbirlər qeydə alınıb. Arxeoloqun bildirdiyinə görə, builki qazıntılar zamanı nadir tapıntı aşkar olunub. Cənubi Qafqazda ilk dəfə olaraq yaşayış binasının bir küncündə xüsusi düzəldilmiş səki üzərində insan heyvan fiqurlarından ibarət yaradılan kiçik bir səhnə üzə çıxarılıb. Hazırda tapıntı üzərində ilkin araşdırmalar analizlər aparılır. Fransada tədqiq olunan bu analizlər nəticəsində abidənin yaşı müəyyənləşdiriləcək. Arxeoloji qazıntılar gələn il davam etdiriləcək.

 

Səs.-2007.-6 sentyabr.-S.16.