Azərbaycan
tarixindən səhifələr
Şəkinin
tarixi abidələri haqqında filmin çəkilişlərinə də başlanılıb
"Yaddaş" studiyasında Azərbaycanın
tarixinə həsr olunmuş "Azərbaycan
tarixindən səhifələr"
adlı filmin çəkilişlərinə başlanılıb. "Yaddaş"
studiyasının direktoru
Xanlar Cəfərov bildirib ki, film
altı seriyadan ibarətdir. Filmin ilk seriyası Azərbaycan tarixinin 1 əsrindən X əsrinə
qədər bir dövrü əhatə edir. Artıq filmin iki seriyasının çəkilişləri
başa çatıb,
üçüncü və
dördüncü seriyaların
çəkilişinə isə
bu günlərdə start verilib. Çəkilişlərin İçərişəhər,
Bərdə, Beyləqan,
Şəmkir, Qazax, Astara və başqa bölgələrdə
aparılması nəzərdə
tutulub. Xanlar Cəfərov onu da qeyd etdi
ki, çəkilişlərin
bir qismi ölkədən kənarda-Türkiyə, İran və Gürcüstan ərazilərində gerçəkləşəcək.
Filmin rejissoru və ssenari müəllifi Yaqub Mahmudovdur.
Studiya rəhbəri
Şəkinin tarixi abidələri haqqında
da filmin çəkilişlərinə başlandığını deyib.
Mirbala Səlimovun quruluşunda hazırlanacaq
filmin sentyabr ayında ekranlara çıxması nəzərdə
tutulub.
Səs.- 2007.- 13 sentyabr.- S. 12.